fazmofobiya
fazotron
OBASTAN VİKİ
Fazometr
Fazometr elektrik təchizatı sistemində (məsələn, üç fazalı) iki periodik dəyişən elektrik rəqsləri arasındakı faza dəyişmə bucağını ölçmək üçün nəzərdə tutulmuş elektrik ölçü cihazıdır. == Fazometrlərin tətbiqi == Fazometr güc əmsalının - cosφ-nin müəyyən edilməsi üçün elektrik qurğularında tez-tez istifadə olunur (elektrik qurğusuna xidmət edən personal tərəfindən cihazın adının düzgün bilinməməsi səbəbindən onu loru dildə "kosinusfimetr" də adlandırırlar). Fazometrlər elektron və elektrotexniki aparat və cihazların hazırlanması, tənzimlənməsi və istismarında istifadə olunur. == Fazometrin qoşulma sxemi == Fazometr cərəyan və gərginlik dövrəsinə qoşulur. Üç fazalı elektrik təchizatı sistemində cihazı üç fazaya gərginlik və cərəyana görə birləşdirmək lazımdır: gərginliyə görə - A, B, C fazalarına cərəyana görə - A, B, C fazalarında cərəyan transformatorunun ikinci tərəf dolaqlarınaHəmçinin sadə qoşulma sxemi də mümkündür (cihazın konstruksiyasından asılı olaraq): gərginliyə görə - A, B, C fazalarına cərəyana görə - A, B fazalarında cərəyan transformatorunun ikinci tərəf dolaqlarınaBu vəziyyətdə üçüncü faza (C fazası) A və B cərəyan vektorlarının cəmlənməsi yolu ilə müəyyən edilir. == Ədəbiyyat == Войнаровский П. Д.,. Электрические измерительные аппараты // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Digər lüğətlərdə

водоотво́дный гостинодво́рец паслён подта́чиваться позаби́ться предостере́чь преуменьша́ть пье́за сало́н смертоно́сный втолка́ть риги́дность тонкопряде́ние физиатри́я каголка лоция перевет boarding-card looking pipewort undetermined аукать любознательный местоимение удостовериться