FEMİNİZM
FENİKS
OBASTAN VİKİ
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. == Həyatı == Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. == COVID-19 epidemiyası == Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Sverre Fen
Sverre Fen (14 avqust 1924[…], Konqsberq[d], Buskerud[d] – 23 fevral 2009[…], Oslo) — Norveç memarı. Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir. 1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır. 34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır.
Corc Fen
Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indi oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"i təsis etmiş və Müstəqil Oyunlar Festivalında finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"də işləməyə başlamışdır.
Eduard Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Euphorbia fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fenantren
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Fender
Fender — ABŞ-də yerləşən və dünya miqyasında çox məşhur bir gitara istehsalçısı şirkətdir. Əsası 1946-cı ildə Leo Fender tərəfindən qoyulmuşdur. 1950-ci ildə bir maqnitli Fender Esquire adlı elektrik gitaranı istehsal edən firma 1951-ci ildə həmin gitaranı modifikasiya edərək iki maqnitli Fender Broadcaster ilə əvəz edirlər. Sonradan bu gitaranın adı Telecaster olaraq dəyişdirilmişdi və bu gün həmin gitara peşəkar musiqiçilər arasında ən məşhur gitaralardan biridir. Elə həmin il ilə Leo Fender tarixdə ilk Fender Precision Bass bas-gitarasını ixtira edir və 1952-ci ildən bu gitaranın istehsalına başlanır. Bu gitara hal-hazırda bir çox musiqiçilər və istehsalçılar üçün bas-gitaranın etalonu hesab olunur. 1954-cü ildə Fender öz əfsanəvi Stratocaster gitarasını istehsal edir və bu gitara musiqi dünyasında bir növ inqilab edir. Bu gitaranın forması bir müddət gitara istehsalının tendensiyalarının gedişatını da müəyyən edir. Sonrakı illər Stratocaster'in modifikasiya olunmuş bir neçə modeli hazırlanır və əksəriyyəti indi də istehsal edilir. 1958 — Fender Jazzmaster 1960 — Fender Jazz Bass 1961 — Fender Bass V 1961 — Fender Bass VI 1962 — Fender Jaguar 1964 — Fender Mustang 1965 — Fender Coronado 1987 — Fender Performer 1993 — Fender Prodigy 1995 — Fender Roscoe Beck Bass 2005 — Fender Jaguar Baritone 1987-ci ildə Fender şirkəti, Los-Ancelesdən 180 mil uzaqlıqda, Meksikanın Ensenade şəhərində bir fabrik açır.
Feneketlen gölü
Feneketlen gölü (mac. Feneketlen-tó) — Macarıstandakı süni göl. Budapeştin 11-ci rayonunda yerləşir. Uzunluğu 200 m, maksimal eni 40 m-dir. Sahilləri düzəldilmişdir. İnsanlar arasında məşhurdur. == Adı == Azərbaycan dilinə tərcümədə gölün adı "dibsiz" deməkdir. == Tarixi == Feneketlen gölü bir kərpic fabrikinin su basmış gil ocağıdır. O 1877-ci ildə meydana gəlmişdir. 20-ci əsrin əvvəllərində göl ətrafı ərazilər bir çöllük idi və burada heç bir fəaliyyət yox idi.
Fenerbahçe TV
«Fenerbahçe TV» — «Fənərbaxça İdman Klubu» təsisinin sahibləndiyi və qərargahı İstanbul şəhərində yerləşən Türkiyə idman telekanalı. Telekanal Türkiyə ərazisində yayımlanan ilk idman telekanalıdır. Telekanal 2003-cü ildən peyk, peyk şəbəkəsi xidmətləri və kabel xidməti ilə yayımlanmağa başlamışdır. Günlük yayımlanan proqramlara Live News, Futbolun Zirvesi (prezident Aziz Yıldırım ilə yayımlanan canlı proqram), 2F1B, Biz Bir Aileyiz (atletlərin ailə həyatları haqqında), Cafe Fener (gündəlik atletlərin yaşayışı haqqında), Eko Fener (gündəlik iqtisadi xəbərlər haqqında), Endüstriyel Spor ("sənaye" idmanı haqqında), Filede Fener (voleybol haqqında), Potada Fener (basketbol haqqında), Genç Kramponlar (gənc komandalar haqqında), Maç Kaç Kaç, Maça Doğru, Maç Başlıyor, Maçın Ardından, Maçın Öyküsü (bütün beş proqram həftəlik futbol oyunları haqqında), Nostalji Futbol (keçmiş vacib oyunlar haqqında), Yaşayan Efsaneler (yaşayan əfsanəvi idmançılar haqqında) və s. misal göstərmək olar. Televiziyanın canlı proqramına gündəlik xəbərlər, qadın basketbolu, kişi və qadın voleybolu, gənclərin futbolu, atletika, boks, avarçəkmə və yelkənli idman növlərində keçirilən yarışlar və yarış öncəsi xəbərlər daxildir.
Feniks
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Feniks (bürc)
Feniks (lat. Phoenix) — göyün cənub yarımkürəsində bürc.
Fenilalanin
Fenilalanin həyat üçün önəmli aminturşulardan biridir. Təbii halda məməlilərin südlərində mövcuddur. Süd və müxtəlif növ içki məhsulları istehsalında istifadə olunur. Antidepressiv təsiri vardır.
Fenilketonuriya
Fenilketonuriya — ağır irsi xəstəlik olub, əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur. Autosom — resessiv yolla ötürülür İlk 1934-cü ildə Norveç həkimi və biokimyaçısı İ. A. Fellinq (İvar Asbjörn Fölling, 1888–1973) tərəfindən təsvir edilmişdir. Ağır irsi xəstləik olub əsasən, sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Fenilketonuriya, fenilalanin 4-hidrolaza fermentinin çatışmaması ilə bağlı yaranan bir xəstəlikdir. Xəstənin qanında fenilalaninin miqdarı yüksək olur. Onlarda sidik vasitəsilə fenil piroüzüm turşusunun ifrazı baş verir. Bütün bunların səbəbi orqanizmdə yalnız bir fermentin – fenilalanin 4-hidrolazanın çatışmaması durur. Fenilalanin 4-hidrolaza fermentini kodlaşdıran PAH geni 12-ci autosom xromosomun uzun çiyninin 23.2 lokusunda (12q 23.2) yerləşir. Xəstəlik autosom-resesiv tipdə irsən verilir. Müəyyən edilmişdir ki, xəstəliyin rastgəlmə tezliyi : · Çində-1:18000 · Yaponiyada-1:120000 · Finlandiyada-1:100000 · Koreyada-1:41000 · Türkiyədə-1:2600 · ABŞ-da-1:15000 · Norveçdə-1:13000 Eiologiya.
Fenilsirkə turşusu
Fenilsirkə turşusu (α- toluol turşusu)- kimyəvi formulu С6H5СH2COOH olan üzvü birləşmədir. == Fiziki xassələr == Fenilsirkə turşusu – parıltılı iynələrə bənzər, bal iyli bir maddədir. Üzvü birləşmələrdə həmçinin dietil efirində və etil spirtində yaxşı həl olunur. Suda pis həl olunur 1,66 q/100 q (20 °C). == Alınması == Fenilsirkə turşusunun sintezinin əksəriyyəti benzil - hallogenlərdən əmələ gəlir. Fenilsirkə turşusu benzil nitrilin hidrolizi ilə sintez edilə bilər, öz növbəsində benzil bromidin natrium siyanidlə qarşılıqlı təsiri ilə əldə edə bilərik. Fenilsirkə turşusunun ikinci sintez üsulu - benzilxloridin maqniumlaqarşılıqla təsirindən və sonradan alınan Qrinyar reaktivının karbon turşusu ilə reaksiyası nəticəsində alınır PhCH2Cl + Mg → {\displaystyle \to } PhCH2MgCl PhCH2MgCl + CO2 → {\displaystyle \to } PhCH2COOMgCl PhCH2COOMgCl + H2O → {\displaystyle \to } PhCH2COOH + Mg(OH)Cl == Tətbiqi == Fenilsirkə turşusu və efirləri ətir kompozisiyalarının və qida sirkəsinin hazırlanmasında istifadə olunur Fenilsirkə turşusu amfetaminin sintezində bir başlanğıc maddə kimi istifadə olunur. == Toksikliyi == Dovşanlar üçün fenilsirkə turşusunun yarım öldürücü dozası 5 q / kq təşkil edir. == Mənbə == Рабинович В. А., Хавин З. Я. Краткий химический справочник. — Л.: Химия, 1977.
Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. == Kuperədək Amerika... == ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi.
Fenitlər
Fenitlər — qələvi və ya qələvi-ultraəsasi süxur massivlərinin qranitli-qneys, arkozlu qumdaşları və başqa kvars-çöl şpatlı süxurlarla kontaktında fenitləşmə prosesi nəticəsində əmələ gələn ekzokontakt qələvi metasomatitlər. Fenitlər avtometamorfizm və kontakt metomorfizm proseslərini müşayiət edən, əsasən natrium metasomatizminin məhsulu olub, piroksen — çöl şpatı və ya qələvi amfibollu, apatitli və titanlı nefelin-piroksen (egirin) çöl şpatı süxurlarından ibarətdir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Fenixanthes
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Fenixanthes splendens
Salvia splendens (lat. Salvia splendens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Fenixanthes splendens (Sellow ex Nees) Raf. Horminum splendens (Sellow ex Nees) M.Gómez Jungia splendens (Sellow ex Nees) Soják === Heterotipik sinonimləri === Salvia brasiliensis Spreng. Salvia colorans Benth. Salvia issanchou Anon. Salvia splendens var. bruantii Gumbl. Salvia splendens grandiflora Rob.
Fenixia
Fenixia (lat. Fenixia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Fenixia pauciflora Merr.
Fenixia pauciflora
Fennomaniya
Fennomaniya (fin Fennomania) — Finlandiyanın təhsil almış təbəqəsini isveç dili əvəzinə, fin dilindən istifadə etməsinə, daha sonra dövlət statusu almağa və nəhayət, Finlandiya milli dövlətini yaratmağa çalışan fin milli azadlıq hərəkatı. Hərəkat özünün ən yüksək səviyyəsinə 19-cu əsrin ikinci yarısında, romantik milliyətçiliyin yüksəldiyi dönəmdə çatdı.
Fennoskandiya
Fennoskandiya (fin Fennoskandia, isv. Fennoskandien, norv. Fennoskandia) — Skandinaviya və Kola yarımadalarını, materik Finlandiya və Kareliyanı əhatə edən coğrafi yarımada. == Etimologiya == Fennoskandiya adı latın dilində olan "Fenniya" (Finlandiya) və "Skandiya" (Skandinaviya) sözlərindən gəlir. Termin ilk dəfə Finlandiya arxeoloqu Vilhelm Remzi tərəfindən 1898-ci ildə istifadə edilmişdir. == Xüsusiyyətlər == Fennoskandiya kristalik qalxanlar üzərində düzənliklərdən və Kaledon qırışıqlığında alçaq və orta dağlıqdan ibarət sahədir. Müasir buzlaşma ocaqları, qədim buzlaşmanın izləri, həmçinin buzlaq gölləri, fyord və şxer tipli sahillər xarakterikdir. İqlimi mülayim soyuqdur. Tayqa, meşə-tundra, tundra, qarışıq meşələr, dağ-tundra qurşaqları var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fennoskandiya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Fenokopiya
Fenokopiya – fenotipin qeyri-irsi dəyişikliyidir (modifikasiya), genotipin (mutasiyaların) müəyyən dəyişiklik əlamətləri ilə oxşardır. "Fenokopiya" termini 1935-ci ildə R. Qoldşmidt tərəfindən təklif olunmuşdur. Bir qayda olaraq fenokopiya genetik normal (qeyri-mutant) orqanizmə fiziki və kimyəvi faktorların təsirinin nəticəsidir. Belə ki, talidomid qəbul edən hamilə qadınlarda çox vaxt fekomeliya (üzgəcşəkilli qollar) ilə uşaqlar doğulurdu (talidomid fenokopiyalar). Fekomeliyanı mutanyt allellər də törədə bilər. Eyni faktor ontogenezin müxtəlif mərhələlərində müxtəlif fenokopiyalar, müxtəlif faktorlar isə eyni mərhələyə təsir edərək eyni fenokopiyalar törədə bilər. Məsələn, erkən mərhələlərdə toyuq embrionunun sarı kisəsinə insulin inyeksiyası nəticəsində yumurtadan quyruqsuz cücələr çıxır, daha gec mərhələlərdə isə yuxarı dimdiyiqısa olan cücələr çıxır (hər 2 hal üçün uyğun mutasiyalar məlumdur). Drozofildə resessiv mutasiya nəticəsində yaranan dörd qanadlılığı inkişafın erkən mərhələsində sürfələrə efir və ya yüksək temperaturla təsir etməklə də almaq olar. Beləliklə, fenokopiyaların səbəbi müxtəlif faktorların təsiri ilə ontogenez proseslərinin normal gedişinin pozulmasıdır (genotipdə spesifik dəyişiklik olmur). Fenokopiyalar embriogenezin erkən mərhələlərində yaranır, fenotipi kəskin dəyişir, bütün həyat boyu saxlanılır, sonrakı nəslə ötürülmür.
Fenol
Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. == Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri == Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı. Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır. C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s. Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Fenomen sinematoqrafının binası
Fenomen sinematoqrafının binası və ya Kukla Teatrının binası — 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası. Bina İosif Ploşkonun layihəsi üzrə fransız renessansı üslubunda tikilib. Hazırda binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. == Tarixi == XX əsrin əvvəllərində Bakının planlaşmasına və tamaşa müəssisələri tikintisinə yeni memarlıq mövzusu - səssiz kino göstərilməsi üçün sinematoqraf binası daxil olmuşdur. Hamının üzünə açıq olan ucuz sinematoqraf tezliklə tamaşaçıların etimadını qazanır. Bakıda sinematoqrafların ilk binası 1909-1910-cu illərdə yeni bulvarda mülki mühəndis İosif Ploşkonun layihəsi üzrə tikilmişdir. Bu binanın tikilməsi çox müzakirələrə səbəb olmuşdur. Kinematoqrafın layihəsi şəhər rəisi tərəfindən təsdiq olunduqdan sonra 1909-cu ildə yeni binanın tikilməsinə başlanıldı. Lakin şəhər hakimiyyəti "gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə tikintiyə icazənin mümkünsüzlüyünü bildirdilər. Pavilyon bulvarın yaraşığını pozar və sıxlıq yaradar, buna görə də sökülməlidir" Binanı bulvarın qurtaracağında, "Qafqaz və Merkuri" cəmiyyətinin anbarları ilə yanaşı ucaltdılar, 1910-cu ilin iyununda sinematoqraf "Fenomen" adı altında fəaliyyət göstərməyə başladı və əks fikirlərin yaranmasına səbəb oldu.

Значение слова в других словарях