feysart
feyz
OBASTAN VİKİ
Feysbuk
Facebook (azərb. Feysbuk‎, IPA: [ˈfeɪsˌbʊk ]) — əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə. İlk adı The Facebook idi. Meta Platforms şirkətinə məxsusdur. == Yaranması == 2003-cü ilin sonlarında Mark Zukerberq tərəfindən yaradılan Facebook-un ilkin məqsədi Amerikanın müxtəlif universitetlərində, xüsusən də Kolumbiya Universitetində tələbələr arasında əlaqəni gücləndirmək idi. Universitetlərə yayılmağa başlayandan sonra maliyyə və media kimi mövzulara diqqət yetirərək Facebook-u gücləndirmək hədəflənib. 2004-cü ilin aprelində Zukerberq Dustin Moskovitz və Eduardo Saverin ilə birlikdə Facebook-a TheFacebookLLC adı altında qurulan şirkətlə korporativ şəxsiyyət verdi. 2004-cü ilin iyununda Peter Thiel tərəfindən Facebook-a 500.000 dollar sərmayə qoyulub. Bunun ardınca 2005-ci ilin may ayında Accel Partners tərəfindən 13 milyon dollarlıq investisiya qoyuldu və 2006-cı ilin sentyabr ayından etibarən sayt 13 yaşından yuxarı hər kəsi üzv kimi qəbul etməyə başladı, elektron poçtla təsdiqləmə şərti ilə Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı.

Digər lüğətlərdə