Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firəng Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-cü ildə Xlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486-511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Firəng kəndi
Firəng kəndi — İrəvan xanlığının Karbibasar mahalında kənd adı. == Tarixi və toponimiyası == 1590-cı ildən məlumdur. Daha sonra 1655-ci ilə aid ermənicə mənbədə çəkilir. Erməni mənbələrində Franqanos, 1728-ci ilə aid türkcə mənbədə Frəng kimidir. Kənd oradakı Frəng monastırının adındandır. Ona görə də 1724-cü ilə aid məlumata görə Səfəvi şahlarının Eçmiadzin kilsəsinə bağışladığı kəndlərdən (Kiraşlu, Muqni, Aqavnatun, Əştərək, Norahovit, Batrinc, Frəng) idi. Kəndin adı orta əsrlərdə türklərin ümumiyyətlə avropalılara verdiyi firəng (Yaxın Şərqdə bu söz Xaç yürüşlərindən sonra yaranmışdır) sözündəndir. XIV əsrdə İtaliya katolik missionerləri, başda Bartolemey olmaqla, İrəvan əyalətinə gələrək katolik məzhəbini yaymış, 14 kəndə bu məzhəbi qəbul etdirmiş və yerli əhalinin firəng adlandırdıqları monastırı tikmişdilər. Lakin erməni kilsəsi onları XVII əsrdə qriqoryanlaşdırmışdır. Katoliklərin məskunlaşdıqları kəndlərdən biri də Naxçıvanın Əlincə mahalında ermənicə Abaraner, Azərbaycanda Göy-Firəng adlanan kənd idi.
Firəng üzümü
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Karolinqlər firəng dövləti
Karolinq Frank dövləti - 7-ci əsrin sonunda Merovinq Dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər(majordomus -evin böyüyü(məsələn Səlcuqlular dövlətində bunun analoquAtabəy idi) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləğəbi almışdılar. 687 ildə frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751 ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi.8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi -Qalliya -Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına(allod) şərtsiz sahib idilər. Buna görə də mərkəzi hakimiyətə qarşı çox vaxt əli silahlı qiyam edirdilər; ikincisi - bu və ya digər dərəcədə asılı olan kəndlilər.
Merovinq firəng dövləti
Merovinqlər – Frank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457-481), I Xlodviq (481-511), I Xilperik (561-584), I Sigebert (561-575), II Xlotar (584-629, Neystriyada 613 ilə qədər), I Daqobert (629-639), III Xilderik (743-751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi. == Tarixi == 486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536).
Firəng Cəfər Paşa
Firəng Cəfər Paşa (v. 1609, Konstantinopol, Osmanlı imperiyası) — III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Kaptan-ı dərya Qılınc Əli Paşanın kölələrindən olduğu və onun xidmətində yetişdiyi bilinir. Bir çox mənbədə firəng ləqəbiylə anılması, onun əcnəbi əsilli olduğunu göstərir. Paşanın vəfatının ardından 1592-ci ildə Trablusqərb bəylərbəyliyinə gətirildi. Ardından Kipr bəylərbəyi, 1596-cı ildə yenidən Trablusqərb, 1600-cü ildə yenidən Kipr bəylərbəyi təyin edildi. 1604-cü ilin sonlarında Mustafa Paşanın yerinə kaptan-ı dəryalığa təyin olunan Cəfər Paşa ilk iş olaraq Prevezə və Adriatik dənizi sahillərindəki Osmanlı torpaqlarına hücum edən ispan və italyan donanmalarıyla mübarizə apardı. Osmanlı donanmasına aid 60 gəmiylə 1605-ci ilin mayında yola çıxan Cəfər Paşa bölgədəki ispan və italyan quldurlarından şikayətçi olan Venesiya ilə danışıqlar apararaq onları da öz tərəfinə çəkmək istəsə də, bu təklifi geri çevrildi. Bu səfərini nəticəsiz başa vuran Cəfər Paşa qışın gəlməsiylə əmrindəki donanma ilə birlikdə İstanbula qayıtdı.
Firəngiz Babayeva
Firəngiz Babayeva (15 aprel 1957, Xudat)—Azərbaycanlı teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası. Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Firəngiz Manaxim qızı Babayeva 15 aprel 1957-ci ildə Xudatda anadan olub. 1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Təhsil aldığı illə ərzində o, Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A. Makayonok), Elektra ("Elektra", Sofokl), Krucinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Knyaginiya ("İki qardaş", M. Y. Lermontov) kimi obrazlar yaratmışdır. 1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub. Bu teatrın səhnəsində aşağdakı rolları ifa edib: Sənubər ("Xoşbəxtlər"S. Rəhman) Aygül ("Kimin sualı var?", N. Həsənzadə) Kiçik gəlin("Gəlinlərin üsyanı", Ş. Başbeyev) Nigar ("Solğun çiçəklər", C. Cabbarlı) Qadın ("Bağlı qapı arxasında iki nəfər", V. Sergeyev) Bəyaz saçlı qız("Qətl günü", Y. Səmədoğlu)1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb. Mingəçevir Teatrında çalışdığı dövrdə Bütün şəhər tədbirlərinin həm Rus həm də Azərbaycanca aparıcı olub. 1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır 1990–1999-cu illərə kimi teatrda çalışır. Sumqayt Dövlət Dram Teatrının səhnəsində aşağdakı rolları ifa edib: Telli-("Məlikməmmədin nağılı", M. Məmmədov) Ana-("Anlaşılmazlıq", A. Kamyu) Çiçək-("Subaylarınızdan görəsiz", S. Ələsgərov) İrma-("Varlı evində", G. Xuqayev) Asya-("Arşın mal alan", Ü. Hacıbəyov) Zeynəb-("Ölülər", C. Məmmədquluzadə) Nərgiz-("Dünya ay Dünya", Ş. Qəribli) Münəvvər-("Mənim ağ göyərçinim", T. Vəliyeva)və s.
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). == Həyatı == Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr oteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Firəngiz Qurbanova
Firəngiz Ağadadaş qızı Qurbanova — Kino rəssamı, Animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, “Birlik” animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == 12 mart 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə ad. Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi çalışmış, "Birlik" studiyasına rəhbərlik etmişdir. "Alma almaya bənzər", "Şir evdən getdi", "Gümüşü furqon", "Ad günü" və s. bədii filmlərin quruluşçu rəssamı, "Seans", "Bulud niyə ağlayır", "Anam ağacda" və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülmüşdür. Aktyor Ağadadaş Qurbanovun qızıdır.
Firəngiz Rəhimbəyli
Firəngiz Rəhimbəyli (5 avqust 1958, Bakı – 16 avqust 2022, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, aktrisa. == Həyatı == Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Hazırda uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s.
Firəngiz Rəhimbəyova
Firəngiz Rəhimbəyli (5 avqust 1958, Bakı – 16 avqust 2022, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, aktrisa. == Həyatı == Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir. Hazırda uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır. 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s.
Firəngiz Şərifova
Firəngiz Abbasmirzə qızı Şərifova (6 fevral 1924, Bakı, Azərbaycan SSR, SSRİ – 20 fevral 2014, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1969). == Həyatı == Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə (1893-1938), anası Mərziyyə Davudova (1901-1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb.
Firəngiz Əhmədova
Firəngiz Yusif qızı Əhmədova (23 sentyabr 1928, Bakı – 16 dekabr 2011, Bakı) — Azərbaycanın görkəmli opera müğənnisi,Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti (1967). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü == Həyatı == Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədova uzun illər Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.
Firəngiz Əlizadə
Firəngiz Əliağa qızı Əlizadə (28 may 1947[…], Bakı) — Azərbaycanın bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990), professor (1998), Azərbaycan Respublikasının Xalq artisti (2000), AMEA-nın müxbir üzvü (2017), UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü. Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilmişdir. Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır. == Həyatı == Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir.
Dortman firəngotu
Dortman firəngotu (lat. Lobelia dortmanna) — zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü.
Erinus firəngotu
Erinus firəngotu (lat. Lobelia erinus) - firəngotu cinsinə aid bitki növü.
Firəngiz (film, 1975)
== Məzmun == Süjetin əsasını məsul vəzifədə çalışan qadının — Firəngiz Tahirovanın (Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir. Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır. == Film haqqında == Film yazıçı Bayram Bayramovun "Sərinlik" povestinin motivləri əsasında çəkilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov Quruluşçu rejissor: Əbdül Mahmudov, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Əsəd Əsədov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov === Rollarda === Vəfa Fətullayeva — Firəngiz Rasim Balayev — Murad Şahmar Ələkbərov — Feyzi Bahadur Əliyev — Davud Sadıq Həsənzadə — Musa Muxtar Maniyev — Elxan Sədayə Mustafayeva — Məsmə Ötkəm İsgəndərov — Alxas Hökümə Qasımova — Musanın arvadı Məmməd Bürcəliyev — sürücü Gümrah Rəhimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Firəngotu
Firəngotu (lat. Lobelia) — zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erinus firəngotu, Adi firəngotu (Lobelia erinus L.) Şişman firəngotu (Lobelia inflata L.) Yandırıcı firəngotu (Lobelia urens) == İstinadlar == Firəngotu:The Plant List saytında takson barədə məlumat.
Firəngotukimilər
Firəngotukimilər (lat. Lobeliaceae) – zəngçiçəklilər sırasına aid bitki fəsiləsi.
Firəngtoyuqları
Firəngtoyuqları (lat. Numididae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Firəngüzümü
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qrifli firəngtoyuğu
Qrifli firəngtoyuğu (lat. Acryllium vulturinum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin firəngtoyuqları fəsiləsinin qrifli firəngtoyuğu cinsinə aid heyvan növü.
Yandırıcı firəngotu
Yandırıcı firəngotu (lat. Lobelia urens) - firəngotu cinsinə aid bitki növü.
Şişman firəngotu
Şişman firəngotu (lat. Lobelia inflata) firəngotu cinsinə aid bitki növü.
Fişəng
Fişəng — estetik, mədəni və ya dini səbəblərdən istifadə edilən pirotexnik maddələr sinfi. Çində VII əsrdə kəşf edilmişdir və tədricən Çin mədəniyyətinin bir hissəsinə çevrilib. Atəşfəşanlıq Azərbaycanda da Yeni il başda olmaqla bir çox bayramın keçirilməsində istifadə olunur.
Azərbaycan fişəng və səma fənərləri
Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir. == Adlandırmalar == === Taraqqa, beşaçılan, onaçılan, tumanagirən === Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır. Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı. Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar. Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır. === Üskü, lopa, şar === Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi: Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı. Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Övrəng
Övrəng (fars. اورنگ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayırdı (121 ailə).
Cirən
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Firon
Firon (yunanca Φαραώ / pharaōn)— Qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik. Sənə öz dərgahımızdan zikr də vermişik.
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədi ilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Fetəng döyüşü
Fetəng döyüşü — Nadir şah ilə Xivə xanlığının hökmdarı II İlbars xan arasında Nadirin Mərkəzi Asiya yürüşü çərçivəsində baş vermiş döyüş. == Arxa plan == Nadir Hindistanda olarkən Xivə xanlığını döyüşçüləri vaxtaşırı olaraq hücum edib Xorasanı yağmalayırdılar. Buna cavab olaraq Xorasanda olan nadir şahın vəliəhdi şahzadə Rzaqulu Mirzə Əfşar Mərkəzi Asiyaya yürüş etdi və qələbə qazandı. Lakin Nadir ona hücumlarını davam etdirmyə icazə vermədi. Çünki məqsədi geri dönüb öz komandanlığı altında daha iri həcmli yürüş həyata keçirmək idi. Nadir Hindistanda böyük qələbə qazanıb geri döndükdən sonra Mərkəzi Asiyaya yürüşə başladı. Onun hədəfində Buxara hakimi Əbülfəz xan və Xivə hakimi İlbars xan var idi. 1740-cı ilin sonlarında Əbülfəz xan məğlub edildi. Nadirə məğlub olduqdan sonra tabe olacağını bildirən Əbülfəz xanın başına Türküstan hökmdarlığı şahı qoyuldu. Belə bir təklif İlbars xana edilsə də, o, bu təklifi rədd etdi.
Cirinq
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Spreng.
Kurt Sprengel; Kurt Şprengel (alm. Kurt Polykarp Joachim Sprengel‎; 3 avqust 1766 — 15 mart 1833) — alman botaniki, həkim və filoloq.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Fırıq
Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Fırıq oyk, sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır.
Friend of a Friend
Friend of a Friend (azərb. Dostun dostu‎) — Çexiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Lake Malawi "Friend of a Friend" mahnısı ilə Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Yan Steinsdörfer, Matsiey Mikolay Trıbulets və Lake Malawi qrupunun vokalisti Albert Çerni tərəfindən bəstələnmişdir.
Artemisia virens
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Arçana Sorenq
Arçana Sorenq (1996) — Hariadan olan ətraf mühit fəalı. Onun fəaliyyəti iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılmasına, habelə yerli xalqların adət-ənənələrinin və mədəniyyətinin sənədləşdirilməsinə, qorunmasına və təbliğinə həsr olunub. Sorenq təşkilatın gənclər strategiyasının bir hissəsi olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən qurulmuş İqlim Dəyişiklikləri üzrə Gənclər Məsləhət Qrupunun yeddi üzvündən biri seçilir. == Bioqrafiya == Sorenq Hadiya xalqındandır və Odişa ştatının Sundarqarx rayonundakı Rajqanqpure şəhərində böyüyüb. O, atasının ölümündən sonra ətraf mühit fəalı olur. O, həyatı boyu Hindistan Katolik Gənclər Hərəkatının fəal üzvü olmuşdur. O, TISS tələbə birliyinin prezidenti, həmçinin All India Catholic University Federation (AICUF) bir hissəsi olan Adivasi Yuva Chetna Manch kimi tanınan Tribal Commissionin sədri olur. Hal-hazırda Vasundhara Odishada tədqiqatçı kimi çalışır. Təşkilatda o, Bhubaneşvarda təbii ehtiyatların idarə edilməsi, insanların hüquqları və iqlim dəyişikliyi sahələrində siyasət araşdırmaları aparır.