flebologiya
fleksiya
OBASTAN VİKİ
Fleboloqiya
Phlebology— ("Phlebos" (damar) və "logos" (bilik)) damarların strukturu və funksiyalarını araşdıraraq , xəstəliklərin diaqnostikası, müalicəsi və qarşısının alınması üsullarını inkişaf etdirən bir tibb elmidir. Dünyada varikoz xəstəliyinin çox sayda yayılması ilə bağlı olaraq müstəqil bir elm olaraq flebologiya inkişaf etmişdir. == Yaradılma və inkişaf tarixi == Damar xəstəliyinin ilk qeyd edilməsi qədim Misirdə tapıldı. Qədim Misir ,varikoz damarları da daxil olmaqla, bir çox xəstəliyin müalicə edilməsi və təsvir edilməsində bütün sivilizasiyalardan daha uzağa getmişdir. Qazıntılar zamanı mumiyalılarda, alimlər varikoz damarlarınının əlamətlərini aşkar etdilər və ən əsası, bu xəstəliyi müalicə etməyə çalışmışdılar . Bu xəstəliyin daha ətraflı təsviri böyük alimlər – tibbin ataları – Hipokrat ,Ibn Sina( Avicenna) və digərlərinin yazılarında ortaya çıxdı. 19-cu əsrdə Trendelenburg, Adolf bu patologiyanın səbəbini sapheno-femoral anastomoza qarışmaq kimi təyin etdi. Normal olaraq qan dərialtı venadan (saphenous ven) vena femoralisə (femoral ven) qədər axır, ancaq patoloji vəziyyətində, əksinə , qan axınının əksinə olur , bu isə əsas ven şüalarının bölüşdürülməsinə gətirib çıxarır. Trendelenburqun fəaliyyətində yeni üsul təklif etmişdi. Ancaq o zaman bu üsulun çatışmazlığı var idi.