Doral, Florida
Doral — ABŞ-nin Florida ştatındakı Mayami dairəsində yerləşən şəhərdir. 26 noyabr 2009 tarixində şəhərin əhalisinin 54116, metropoliya əhalisinin isə 5.422.000 nəfər olduğu bildirilmişdir. 6 iyun 1963-cü ildə qurulmuş və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edən və Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biri olan ABŞ Cənub Komandanlığının (ing. United States Southern Command (USSOUTHCOM)) mərkəzi Doral şəhərində yerləşir.
15 mart 2010-cu ildə aparılmış siyahıyaalmaya əsasən, şəhərin əhalisinin 29,358 nəfərdən, 3.105 evdən və 2.855 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhər əhalisinin bölgüsünün 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalılar, 0,05% Asiya mənşəlilər, 0,45% isə digər qruplardan ibarət olduğu müəyyən edilmişdir.
1 aprel 2000-ci il tarixdə aparılmış siyahıyaalmaya əsasən, şəhər əhalisinin 8261 nəfərdən, 3.047 evdən və 2.404 ailədən ibarət olduğu müəyyənləşdirilmişdir. Şəhərin əhalisinin bölgüsündə 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalı, 0,05% Asiya mənşəli, 0.45% isə digər qruplardan ibarət olduğu olduğu müəyyən edilmişdir.