formalı

sif. en forme, formé, -e

formalaşmaq
formalin
OBASTAN VİKİ
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. == Ümumi baxış == İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır. Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.
Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır. Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir.
Ulduz formalı qala
Ulduz formalı qala ilk dəfə XV əsrdə İtaliyada görülən və xüsusilə orta əsrlərdə barıt və döyüş toplarının müharibə meydanlarına girməsindən sonra inşa edilməyə başlanan qala formalı bir istehkam növüdür. Ulduz qalaların sələfi qalalardır. Hündür divarları ilə qorunan qaladakı müdafiəçilər atdıqları oxlarla düşmənin qalanın istehkamlarına yaxınlaşmasının qarşısını almağa çalışarkən, təcavüzkarlar da öz növbəsində qala qapısını sındıraraq və ya nərdivan kimi mühasirə alətləri ilə divarlara çıxaraq qalaya girməyə çalışırdılar. Coğrafi baxımdan da strateji yerlərdə tikilən belə qalaları tutmaq çox çətin idi. XV əsrdə topların müharibə meydanlarına girməsi ilə qala divarları dağılmağa başladı. Ehtiyat tədbirinə görə, istehkamçılar artilleriya atəşinə məruz qalan əraziləri redutlarla gücləndirməyə başladılar. Divarlara hücum edən düşmənin hər tərəfdən atəş altında qalması və görünüş probleminə görə gizlənə bilməməsi üçün ulduz şəklində bir qala dizaynı hazırlanmışdır. Hakim nöqtələr düşmənin əlinə keçdikdən sonra belə müdafiəni təşkil edə bilmək üçün, bir-birinin döyüş mənzilinə girə biləcək şəkildə yerləşdirilmiş toplara malik ulduz formalı qalalar hazırlanmışdır. Bu formada divarlara yaxınlaşmağa çalışan toplar müəyyən bir məsafədən keçirilmirdi. Ulduz formalı qalalar köhnə qalalardan daha aşağı və daha böyük bir ərazidə yerləşərək dərin müdafiəyə imkan verir.

Digər lüğətlərdə