Fundamental qarşılıqlı təsirlər
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir.
Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur:
elektromaqnetizm
qravitasiya
zəif nüvə qüvvəsi
güclü qüvvə
Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar.
Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar:
təsir qüvvəsinin gücü
bu qüvvənin effektiv olduğu hədd
bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti
qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir.
elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz.
güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir.
dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir.
Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.