FUNİKULYÓR

[ fr. ] Dik yoxuşlarda kanat dartı qüvvəsi ilə işləyən dəmir yolu.
[Aqil] oraya funikulyorla qalxmağı təklif etdikdə Gülnaz etiraz etmədi. Q.İlkin.
[Üçüncü katib Firəngizə:] Bu yarğanın başından tuş İstisuya gözəl bir funikulyor çəkmək olardı. B.Bayramov.

FUQÁTO
FUNKSİONÁL
OBASTAN VİKİ
Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır. 2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir. Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir.
Aleksotas funikulyoru
Aleksotas funikulyoru (lit. Aleksoto funikulierius) — Kaunasın Aleksotas rayonunda, Nemanın sağ sahilində yerləşən Litvanın üç funikulyorundan biri. 6 dekabr 1935-ci ildə rəsmi olaraq açılmışdır. Litva tarixində Jalyakalnis açıldıqdan sonra ikinci funikulyor olmuşdur. == Tarixi == Kaunas tarixində funikulyorun marşrutu dəyişməyib: yol Böyük Vitovt körpüsüdən başlayaraq Köhnə şəhəri birləşdirir. Alexotas dağının üstü ilə Köhnə şəhərin mənzərələri açılır. Bu funikulyarda müharibələr arası dövründə ortaya çıxan orijinal vaqonlardan, dayanacaq üçün taxta oturacaqlardan və platformalardan istifadə edilmişdir. Xəttin ortasında o iki yerə ayrılır. Bu vaqonların tərs hərəkətini təmin etmək üçün edilmişdir. Vaqonlarda əyləclər quraşdırılıb, bu da kabel zədələndiyi təqdirdə vaqonların sürüşməsinə imkan vermir.
Bakı funikulyoru
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Budapeşt Hill Qala funikulyoru
Budapeşt Hill Qala funikulyoru və ya Budavári Sikló — Macarıstanın Budapeşt şəhərində yerləşən bir funikulyor. Adam Klark Meydanı və çay səviyyəsindəki Zəncirli körpüsü yuxarıdakı Buda qalası ilə birləşdirir. Xətt 2 mart 1870-ci ildə açılır. Funikulyor 1920-ci ildən bəri bələdiyyə mülkiyyətindədir. İkinci Dünya müharibəsi zamanı tamamən məhv edilir. 4 iyun 1986-cı ildə isə yenidən açılır. Xəttin bir xüsusiyyəti, onu keçən iki piyada körpüsünün olmasıdır. Xəttin açılışında bu piyada körpüləri mövcud olur. Ancaq qala bağının genişləndirildiyi 1900-cü ildə bu körpülər ləğv edilir. 1983-cü ildə orijinal dizaynına əsasən bərpa edilirlər.
Kiyev funikulyoru
Kiyev funikulyoru — funikulyor Yuxarı Kiyev ilə Kiyev şəhərini əlaqələndirir. Odessa funikulyorundan sonra Ukrayna ərazisində ikinci funikulyordur. == Funikulyorun tarixi == 20 may 1905-ci ildə funikulyorun mexaniki qurğuların sınağı həysta keçirilir. Artıq növbəti gün sərnişinlərin daşınmasına başlanılır. İlk əvvəllər funikulyor hazırkı funikulyordan 40 metr qısa olmuşdur. 1928-ci ilin yayında kanatlardan birini dəyişərkən vaqon aşağıdakı vaqonla toqquşmuşdur. 1929-cu il təmiri zamanı Kiyev funikulyoru 40 metr uzadılmışdır. 1980-ci ilin ortalarında funikulyorda yeni təmirlər gedir. 2008-ci ildə funikulyorun təmiri ilə bağlı tender elan edilir. Maliyyə çatışmamazlığı səbəbindən illik təmirlə kifayətlənməli olurlar.
Nizenbahn funikulyoru
Nizenbahn funikulyoru (ing. Niesenbahn funicular) — İsveçrədə funikulyor. Xəttinin tikintisinə 1906-cı ildə başlanılıb və 1910-cu ildə funikulyor istifadəyə verilmişdir. Bu funikulyordan Nizen dağlarına qalxmaq üçün istifadə olunur. Funikulyorun pilləkəni dünyanın ən uzun pilləkənidir. 6 may 2010-cu ildə 100 illik yubileyi münasibətilə İsveçrə poçtu tərəfindən poçt markası dövriyyəyə buraxılmışdır. Josy Doyon: Ein Königreich am Fuss des Niesen. Verlag Blaukreuz, Bern 1984, ISBN 3-85580-169-X. Bruno Petroni: Der Niesen und seine Bahn. Verlag Schlaefli & Maurer, Interlaken 2010, ISBN 978-3-85884-082-0.
Sumqayıt funikulyoru
Tbilisi funikulyoru
Tiflis funikulyoru (gürc. თბილისის ფუნიკულიორი) — Tiflisin mərkəzini Mtatsminda dağındakı yuxarı parkla birləşdirən funikulyar xətt. Xəttin üç stansiyası var: Aşağı (Daniela Conkadze küçəsi), Panteon, Mtatsminda. 21 iyun 2000-ci ildə kabel qırıldıqdan sonra funikulyor uzun müddət yenidən qurulmaq üçün bağlanılır. Funikulyor 30 yanvar 2013-cü ildə yenidən sərnişinlərin istifadəsinə açılır. 1900-cü ildə şəhər bələdiyyəsi Tiflisdə kanatlı dəmiryolu tikintisi barədə müqavilə imzalayır və Belçikalı mühəndis Alfons Robinin layihəsini təsdiqləyir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur: Belçikanın anonim cəmiyyəti, funikulyoru 45 il müddətində istifadə etmək hüququ əldə edirdi. Sonradan şirkət bu hüququ şəhərə pulsuz olaraq verir. 5 yaşın altındakı uşaqlar, poçtalyonlar, polis məmurları və jandarmalar üçün funikulyordan istifadə pulsuz olur. Funikulyorun inşasına 1903-cü ildə başlanmış və tikinti işləri 1905-ci ildə başa çatmışdır.
Tiflis funikulyoru
Tiflis funikulyoru (gürc. თბილისის ფუნიკულიორი) — Tiflisin mərkəzini Mtatsminda dağındakı yuxarı parkla birləşdirən funikulyar xətt. Xəttin üç stansiyası var: Aşağı (Daniela Conkadze küçəsi), Panteon, Mtatsminda. 21 iyun 2000-ci ildə kabel qırıldıqdan sonra funikulyor uzun müddət yenidən qurulmaq üçün bağlanılır. Funikulyor 30 yanvar 2013-cü ildə yenidən sərnişinlərin istifadəsinə açılır. 1900-cü ildə şəhər bələdiyyəsi Tiflisdə kanatlı dəmiryolu tikintisi barədə müqavilə imzalayır və Belçikalı mühəndis Alfons Robinin layihəsini təsdiqləyir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur: Belçikanın anonim cəmiyyəti, funikulyoru 45 il müddətində istifadə etmək hüququ əldə edirdi. Sonradan şirkət bu hüququ şəhərə pulsuz olaraq verir. 5 yaşın altındakı uşaqlar, poçtalyonlar, polis məmurları və jandarmalar üçün funikulyordan istifadə pulsuz olur. Funikulyorun inşasına 1903-cü ildə başlanmış və tikinti işləri 1905-ci ildə başa çatmışdır.
Zaqreb funikulyoru
Zaqreb funikulyoru (xorv. Zagrebačka uspinjača) — Funikulyor Xorvatiyanın paytaxtı olan Zaqrebdə yerləşir. Funikulyor Tomisa və İlisa küçəsini Ştrosmayer prospekti ilə birləşdirir. Zaqreb funikulyorunun operator funksiyasını Zaqreb tramvay şirkəti (ZET) həyata keçirir. Funikulyorun istifadədə olan uzunluğu cəmi 66 metr təşkil edir. Bu xüsusiyyətinə görə funikulyor dünyanın ən qısa xəttə malik nəqliyyat vastəsidir. Zaqreb funikulyorunun tikintisinə 1890-cı ildən başlanmışdır. Tikinti işləri 1893-cü ilin 23 aprelində başa çatdırılır. İlk əvvəllər buxar mühərriklərindən istifadə edilmişdir. 1934-cü ildə isə buxar mühərrikləri elektrikli mühərriklə əvəzlənmişdir.

Значение слова в других словарях