gözün gərək onun üstündə olsun

you must keep a sharp eye on someone or smth. / you can’t take your eyes off someone or smth. for a moment / you need eyes in the back of your head to know what someone is doing за ним нужен глаз и (да) глаз
gözümüzü yolda qoyduz!
“gözün üstündə qaşın var” deməmək
OBASTAN VİKİ
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Qranitin üstündə inqilab
Qranitin üstündə tələbə inqilab — Sovet Ukraynanın paytaxt Kiyev şəhərində 1990-cı ilin oktyabrında baş verən etiraz aksiyaları. Mərkəzi Kiyevin Azadlıq meydanında (ukr. Майдан Незалежності) olan ilk böyük siyasi etirazlardan birincisi sayılır. Sonra, 2004-cü ildə Narıncı inqilab, 2013-2014 illərin arasında isə Avromeydan burda mərkəzləşib. Qranitin üstündə inqilaın bir sıra yönəlticiləri 2004-cü ilin Narıncı inqlabın baş təşkilçilərin arasında olublar. 1989-cu ilin avqust ayında Ukrayna Tələbə Birliyi yaradılıb. Bu qurum gələn 1990-cu ildə keçirilən Ukrayna parlament seçkilərinin nəticələri ilə dərin şəkildə narazı idi. Həmin seçkilərdə Ukrayna Kommunist Partiyası 331, Demokratik Bloku isə 111 yer almışdı. Tələbə lider, Oles Danii bəyan etmişdi ki, Demokratik Bloku yerlərin çoxluğunu almalı idi. Bundan sonra, Tələbə Birliyi böyük etirazlara hazırlaşmağa başlayıblar.
Dost Dosta Tən Gərək (2007)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Məcnun Leylinin məzarı üstündə
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Onun böyük ürəyi
Kinopovest Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına həsr olunmuşdur. Burada adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir və cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur. Film üç dövrü-müharibədən əvvəlki, İkinci Dünya müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir. Film operator Rasim Ocaqovun kinoda ilk işidir. Film aktyor Gündüz Abbasovun kinoda ilk işidir. Operator Rasim Ocaqov Rəna obrazının ifaçısı Sveta Cavadova ilə bu filmin çəkilişləri zamanı tanış olmuş və ailə həyatı qurmuşdur. Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Qara Qarayev Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Y.Dolmatovski Rejissor: Yuli Karasik (Yuri Karasuq kimi) Geyim rəssamı: İsmayıl Axundov Redaktor: Fərman Eyvazlı Quraşdırılmış səhnələrin operatoru: V.Alekseyeva Quraşdırılmış səhnələrin rəssamı: V.Qolikov Filmin direktoru: D.Avrutin Çalır: Filmlər İstehsal edən İdarənin Orkestri Dirijor: Q.Hamburq Tamilla Ağamirova — Səmayə Salman Dadaşov — Oqtay Gündüz Abbasov — Rəcəb Leyla Bədirbəyli — Xalidə Sveta Cavadova — Rəna Nodar Şaşıqoğlu — Mənsur Əjdər İbrahimov — Rəsulov Nina Doroşina — Maşa Bahadur Əliyev — Əhməd Natəvan Şeyxova — Lalə L.Kadrov Nikolay Barmin Münəvvər Kələntərli — Səmayənin iş yoldaşı Y.Neçayeva K.Filkenşteyn M.Jarova Y.Ovçinnikova Rüfət Əliyev Əli Zeynalov — Rəsulov (Əjdər İbrahimov) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Səmayə (Tamilla Ağamirova) (titrlərdə yoxdur) Həsənağa Salayev — Oqtay (Salman Dadaşov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Rəcəb (Gündüz Abbasov) (titrlərdə yoxdur) Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Onun bəlalı sevgisi
== Məzmun == Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov, İqor Strelkov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) === Rollarda === Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Qəhrəmanlara Eşq Olsun! (1981)
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Məcnun Leylinin məzarı üstündə (1897)
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Yan tərəfi üstündə koital poza
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra: Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Naftalin və onun törəmələri
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
Onun atası (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Onun taleyi (film, 1991)
Kinolentdə Biləsuvar bölgəsi Lenin Adına Kolxozun zəhmət adamlarından danışılır. Film Biləsuvar Rayonu Lenin Adına Kolxozun sifarişi ilə çəkilmişdir.
Tarix və onun problemləri
Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal. Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Rokko və onun qardaşları
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az-əbcəd. او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az-əbcəd. مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Əməyə eşq olsun (film, 1950)
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
Leyla və Onun Dostları (1971)
Musiqili bədii-sənədli film bəstəkar Oqtay Zülfüqarovun qızı, 8 yaşlı, balaca müğənni Leylaya həsr olunmuşdur. 1) Moskvada keçirilən Ümumdünya gənclər festivalı Film II dərəcəli Diploma layiq görülmüşdür. Bu, Azərbaycan televiziyasında çəkilmiş ilk bədii rəngli musiqili uşaq filmidir.