Ağ Dərbəndi
Vitis ficifolia (lat. Vitis ficifolia) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki cinsi.
Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 76,0%; salxımların sayı 28 ədəd; bar əmsalı 0,60; məhsuldarlıq əmsalı 0,8-dir. Salxımların orta kütləsi 180,6-362,0 qr, kolun məhsuldarlığı 5,0-10,0 kq, hektardan məhsuldarlıq 111,0-222,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlə-nən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir.
Yarpaqları iri və çox iri (uzunluğu 18-24 sm, eni 14-20 sm),oval, yumurtavari formada olub, müstəvisi dalğavarıdir. Üst səthi hamar olub, tünd-yaşıl rəngdədir. Kəsikləri dərin olub, yuxarı kəsikləri açıq, yaxud bağlı, liraşəkilli və ya ellipsvari formadadır.
Salxımları iri və çox iri ölçüdə (uzunluğu 18-27 sm, eni 12-16 sm), konusvarı, enli-konusvarı, tək–tək hallarda silindrik formada olub, seyrək, orta sıxlıqda və sıxdır.