gücləndirici-məhdudlaşdırıcı 2021

gücləndirici-məhdudlaşdırıcı
gücləndirici-fazainvertor 2021
gücləndiricidüzləndirici 2021
OBASTAN VİKİ
Elektron gücləndirici
Elektron gücləndirici siqnalın gücünü artıran elektron qurğudur. Gücləndirici qida mənbəyinin enerjisini sərf etməklə, girişdə olan az güclü siqnalı çıxışda tələb olunan gücə malik siqnala çevirir. İstənilən gücləndirici çıxış siqnalını gücə görə gücləndirir. Belə ki, gücləndirici elektrik qidalandırma blokunun çıxışını modullaşdırır. Elektron gücləndiricinin 4 əsas tipi var: Gərginlik gücləndiricisi Cərəyan gücləndiricisi Transkonduktans gücləndirici Transresistans gücləndirici Gücləndiricilər siqnal zəncirində fiziki yerləşməsinə görə də kateqoriyalara bölünə bilər.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.