Gün sözünün təkrarından və bə bağlama vasitəsindən törəyib. Gün bizim sözdür, bə isə farscadır. Necə gəlib girib araya? Niyə dəlmədeşik, az-maz, qarmaqarışıq, darmadağın sözləri ma ilə bağlanır, amma üzbəüz, dalbadal sözləri ba, bə ilə? –ma bizdə əsli ərəbcə olan və bağlayıcısını bildirib, sonra və onu sıxışdırıb çıxarıb; az-maz tipli sözlərdə bu, özünü hifz edə bilib. Əslində, günbəgün tipli sözlərdə də mə olub, sonra dəyişib və bə şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)