günyəsiz
gürcücə
OBASTAN VİKİ
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Gürcü Arzusu
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcü asteri
Hündürlüyü 15 (30)-60 sm, gövdəsi möhkəmdir, düzdür, kələ-kötür-qısa tüklü, yuxarı hissədə qalxanvari budaqlanmış çoxillik ot bitkisidir. Yarpaqları tamkənarlı, aşağı yarpaqları ellipsşəkilli-belvaridir, qaidəsinə doğru saplağa daralandır, küt və ya sivridir. Səbət çiçək qrupu qalxanda toplanmışdır, yarımşarşəkillidir, eni 12–15 mmdir;qın yarpaqları uzunsov, küt və ya sivridir, yaşıl və ya tünd-qırmızı rəngdədir. Dilcikşəkilli çiçəkləri mavi rəngdədir, qından iki dəfə uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, adətən yumurtaşəkilli-uzunsovdur, tüklüdür. İyul Avqust-Sentyabr BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub. Orta dağ qurşağından, subalp qurşağına qədər. Çəmənliklərdə, kolluqlarda, meşə kənarında, töküntü yerlərdə, otlu yamaclarda rast gəlinir.
Gürcü ağcaqayını
Gürcü ağcaqayını (lat. Acer monspessulanum subsp. ibericum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin monpeliya ağcaqayını növünə aid bitki yarımnövü. Rusiya (Dağıstan) və İranda (Elbrus dağı) təbii halda yayıldığı qeyd edilir. Böyük və Kiçik Qafqazda, Bozqır yaylasında, Naxçıvan MR-ın dağlarında və Lerikdə (Zuvand) kolluqların tərkibində yayılmışdır. Azərbaycanın nadir bitkisidir. DD. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı quru yamaclarda, qayalıq yerlərdə seyrək meşəliklərdə dağınıq və ya qrup halında bitir. Təbiətdə arealı geniş deyildir. Hündürlüyü 7 m-ə qədər olan ağac və ya koldur. Cavan budaqları açıqqəhvəyi rəngdə olub, çoxlu miqdarda ağımtıl mərcilərlə örtülmüşdür.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Gürcü böyürtkəni
Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır. Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir. Azərbaycanın nadir bitki növüdür. VU D2. Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır.
Gürcü dili
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir. Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir.
Gürcü doqquzdonu
Gürcü doqquzdonu (lat. Lonicera iberica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir. Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir.
Gürcü dоqquzdоnu
Gürcü fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Gürcü gülәvәr
Gürcü itburnusu
Gürcü itburnusu (lat. Rosa iberica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, ellipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Meyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çox qalın tüklü vəziciklidir. Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.
Gürcü kalliqrafiyası
Gürcü kalliqrafiyası (gürc. ქართული კალიგრაფია) — üç Gürcü yazısını istifadə edən, Gürcü dilinin kalliqrafik və ya bədii yazı şəkli. Gürcüstan əsrlik bir xəttatlıq məktəbi ənənəsinə sahibdir. Erkən əsrlərdən başlayaraq əl ilə yazılmış kitablar Gürcüstanda mədəni və milli bir hadisə oldu. Xristianlıq Gürcüstan ədəbiyyatının həyatında mühüm rol oynayıb, belə ki Gürcü pravoslav kilsəsi və onun keşişləri yazılı əsərləri və Gürcü xalqının tarixinin yazılı bilgilərini yaradaraq, Gürcüstanın yazılı həyatına yardım göstərdilər. Hər il, aprelin 14-də Gürcüstanda "Gürcüstan dilinin günü" qeyd olunur. Bu gün xəttatlıq müsabiqələri keçirilir, qaliblər bəlirlənir və Gürcüstan Milli Əlyazmalar Mərkəzi ən yaxşı xəttatlara mükafatlar verir.
Gürcü krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcü larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Gürcü legionu
Gürcüstan legionu (gürc. ქართული ლეგიონი, kartuli legioni; alm. Georgische Legion‎) - İkinci dünya müharibəsi zamanı SSRİ qüvvələri tərəfindən döyüşən və əsir alınan gürcülərdən təşkil olunmuş legion. Gürcüstan legionu digər etnik toplumların legionları kimi mənsub olduqları xalqın SSRİ-dən müstəqil olması üçün mübarizə aparırdı. Gürcüstan legionu ilə yanaşı Azərbaycan və Ermənistan legionları da Vermaxt tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Gürcü legionu daha çox 1945-ci ilin aprel ayında Hollandiyanın şimalında yerləşən Teksel adasında başlatmış olduğu üsyan ilə məşhurdur. Vermaxt qüvvələrinə qarşı başladılan üsyan hərəkatına gürcü komandir Şalva Loladze rəhbərlik etmişdir. 45 gün davam edən üsyan nəticəsində gürcü legionuna daxil olan 565 gürcü əsilli şəxs öldürülmüş və legion məğlub olmuşdur. Baş verən hadisə İkinci dünya müharibəsinin son geniş həcmli döyüşlərindən biri sayılır. Gürcüstan legionu ilə döyüşdə 812 alman əsgəri öldürülmüşdür.
Gürcü mətbəxi
Gürcüstan mətbəxi — dünyanın zəngin və dadlı mətbəxlərindən biri. Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Arada isə yeməklər verilir. Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir. “Qonaq Allah qonağıdır!” – qapısını qonaq açan istənilən gürcü evində belə deyirlər. Evin sahibi uzun stol açır, dostları çağırır, tamada dəvət edir, masanın üzərinə “Borjomi” suyu və ən yaxşı şərabını qoyur. Məsələn, tünd yaqut rəngli, zərif ətirli turş “Mukuzani” şərabı. Bütün dünyada məşhur olan daha bir gürcü şərabı – qırmızı kəmşirin “Kindzmarauli”dir. Təcrübəli şərabçılar onu “möhtəşəm, yetişmiş və tez təsirləndirən, nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi qiymətləndirirlər. Supra – gürcü süfrəsi həmişə sağlıqlarla və rəqslərlə müşayiət olunur.
Gürcü palıdı
Quercus iberica (lat. Quercus iberica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Аvrоpаdа və Qаfqаzdа yаyılmışdır. Hündürlüyü 32 m оlаn аğаcdır. Zоğlаrı qırmızımtıl-qəhvəyi rəngdə, çılpаqdır. Yаrpаqlаrının uzunluğu 5-18 sm, еni 3-7 sm, tərs və yа uzunsоv, оvаl fоrmаlı, dərivаri, üst tərəfdən yаşıl, pаrıldаyаn, аlt tərəfdən аçıq yаşıl tüklərlə örtülüdür. Оturаcаqdаn аzcа pаzvаri, nаdir hаllаrdа uc tərəfdən sıxılmış dilimlərə mаlikdir. Yаrıqlаrı kiçik оlduqdа, yаrpаq аyаsının yuxаrı və аşаğı hissələrinə dаhа yаxın оlur. Yаrpаqlаrın sаplаqlаrı 1-3 sm uzunluqdаdır. Mеyvələri оturаq və qısа sаplаqlıdır.
Gürcü qaramurdarçası
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Gürcü süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var.
Gürcü xingalı
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Gürcü xingəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Gürcü xəngəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Danimarka–Gürcüstan münasibətləri
Gürcüstan–Danimarka münasibətləri — Gürcüstan Respublikası və Danimarka arasındakı mövcud ikitərəfli münasibətlər. Danimarka Kiyevdəki (Ukrayna) səfirliyi vasitəsilə Gürcüstanda təmsil olunur. Gürcüstanın isə Kopenhagendə səfirliyi vardır. Danimarka Gürcüstanı Avropa İttifaqı və NATO-ya daxil olmaq istəyini dəstəkləyir. Gürcüstanın Danimarkadakı hazırkı səfiri Qiqi Qicadzedir. 1 iyul 1992-ci ildə Gürcüstan və Danimarka arasında diplomatik münasibətlər qurulur. 2007-ci ildə Danimarka və Gürcüstan miqrasiya ilə bağlı bir memorandum imzalayır. 22 aprel 2009-cu il tarixində isə Danimarka ilə Gürcüstan arasında hərbi müqavilə imzalanmışdır. 2008-ci il hadisələri zamanı Danimarka Baş Naziri Anders Foq Rasmussen Rusiyanın Gürcüstana hücumunu qınamışdır. O, 2010-cu ilin fevralında Danimarkanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti "beynəlxalq ictimaiyyətin Rusiyanın Gürcüstan qarşısında öhdəliklərini yerinə yetirməsində maraqlı olduğunu və bu səbəbdən Rusiyaya təzyiqlərin artırılması lazım olduğunu" söyləyir.
Daxili İşlər Nazirliyi (Gürcüstan)
Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi (gürc. საქართველოს შინაგან საქმეთა სამინისტრო), qısaldılmış DİN (შსს), Gürcüstanın dövlət hüquq mühafizə orqanıdır. Əsas ofisi Tbilisidədir . Gürcüstanın Daxili İşlər Nazirliyi, rəhbəri (Nazir) Hökumət üzvüdür. Nazirlik Hökumətə cavabdehdir və onun və ya Baş Nazirin qoyduğu vəzifələri yerinə yetirir. 8 sentyabr 2019 tarixindən etibarən Daxili İşlər Naziri cənab Vaxtanq Qomelauri'dır . Müstəqillik qazandıqdan sonra 26 may 1918-ci ildə Milli Şura iclasında Gürcüstan Daxili İşlər Nazirliyi yaradıldı. Onun əsas vəzifələri əks-inqilab mitinqləri və bolşevik təbliğatı ilə mübarizə, dövlət vəsaitlərinin mənimsənilməsinə qarşı mübarizə və s. olmuşdur. 25 fevral 1921-ci ildə Rusiyanın köməyi ilə gürcü bolşevikləri Gürcüstanın qanuni Menşevik hökumətini devirdilər .
Daştəpə (Gürcüstan)
Daştəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Elat bayramı (Gürcüstan)
Gürcüstandakı etnik Azərbaycanlılar "Elat mədəniyyət günləri" adlı bayram keçirirlər. Həmin gün dünyanın dörd bir yanından olan türk köklü xalqlar bir yerə toplanır. Elat mədəniyyət bayramı ənənəvi olaraq Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında təşkil edilir. Elat nə deməkdir? Bayramın adının Elat olması da təsadüfi seçilməyib. Elat "köçərilik, tərəkəməlik" mənasını verir. Yəni yerini dəyişən, yaylaqdan qışlağa köç edən, zəhmətkeş, əli qabarlı xalqı tərənnüm edir. Bu bayram günü həm də təsərrüfatçıların arandan yaylağa qayıtdığı zamana təsadüf edir. Məhz bu bayramın həvəsinə dağlara çəkilmiş fermerlər malqarasını geri qaytarmağa tələsir. Yaylaqda mal- qara otaran Zaur Məmmədovun sözlərinə görə "Elat bayramı" günü bütün maldarlar Armudluqda olacaq.
Ermənistan-Gürcüstan müharibəsi
Ermənistan keçmiş Tiflis quberniyasının Axalkalaki (A x a l k ə l ə k) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cüm-huriyyəti tarixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Lakin Ermənistan öz işğalçılıq planlarını müharibə yolu ilə həll etmək yolunu tutdu. Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz respublikaları arasında bağlanmış Batum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermənistanın sərhəd zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin yerləri Gürcüstanı müdafiə edən alman qoşunları tutdu. Birinci dünya müharibəsində (1914–18) məğlub olmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə, Borçalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək, onun Axalkalakidən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskinləşdi, ermənilər Axalkalaki və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladılar. Ermənistan Axalkalakiyə süvari es-kadron, Borçalıya isə 4-cü erməni polkunun hissələrini göndərdi. Dekabrın 9-da hərbi əməliyyatlar başlandı.
Ermənistan–Gürcüstan münasibətləri
Gürcüstan–Ermənistan münasibətləri — Gürcüstan Respublikası və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 17 iyul 1992-ci ildə qurulmuşdur. Gürcüstan və Ermənistan arasında 80-dən çox anlaşma imzalanmasına baxmayaraq ikitərəfli münasibətlər bir mənalı deyildir. Ermənistan Rusiya ilə isti münasibbətlərə sahibdir və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərinə sahibdir. Gürcüstan isə Rusiya ilə ikitərfli münasibətlərə sahib deyildir, üstəlik Rusiyaya 2014-cü ildə tətbiq edilən sanksiyaya qoşulmuşdur. Gürcüstan isə həm Azərbaycan həmdə Türkiyə ilə dost qonşuluq münasibətləri qurmuşdur. İki ölkə arasında dövlət sərhəddinin ümumi uzunluğu 219 km-dir. Gürcüstan və Ermənistan əraziləri tarixən bir çox dövrlərdə eyni dövlətlərin tərkibi olmuşdur. XIII əsrə qədər hazır ki, Ermənistan ərazilərinin bir hissəsi Gürcülərin nəzarətində olmuşdur.
Ermənistan–Gürcüstan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Futbol üzrə Gürcüstan çempionatının qaliblərinin siyahısı
Fərəydanlı gürcülər
İran gürcüləri — İranda yaşayan gürcülərə verilən ümumi ad. İran gürcülərinin çoxu Mazandaran və Xuzistan(Dezful) və İsfahan ostanlarında yaşayır.
Gürcü-abxaz münaqişəsi
Gürcü-abxaz münaqişəsi - faktiki olaraq müstəqil, qismən tanınmış respublika olan Abxaziyadakı gürcülər və abxazlar arasındakı etnik qarşıdurmanı əhatə edir. Geniş mənada isə, gürcü-abxaz münaqişəsini Sovet İttifaqının 1991-ci ildə dağılması ilə 20-ci əsrin sonlarında şiddətlənmiş, Qafqaz bölgəsindəki geosiyasi qarşıdurmanın bir hissəsi kimi görmək olar. Bu münaqişə postsovet məkanının ən qanlı münaqişələrindən biri kimi bu gün də həll olunmamış qalır. Gürcüstan hökuməti bir neçə dəfə Abxaziyaya əsaslı muxtariyyət təklif etmişdir. Ancaq həm Abxaz hökuməti, həm də Abxaziyadakı müxalifət Gürcüstanla hər cür birləşmədən imtina edir. Abxazlar öz müstəqilliklərini Gürcüstandakı azadlıq müharibəsinin nəticəsi kimi qiymətləndirir, gürcülər isə inanırlar ki, tarixən Abxaziya həmişə Gürcüstanın bir hissəsini təşkil etmişdir. Gürcülər müharibədən əvvəl, 1989-cu ildəki 45.7% çoxluq ilə Abxaziyada ən böyük etnik qrup sayılsalar da, 2014-cü ilə qədər Gürcüstanın müstəqil qalmağını istəyən gürcülərin böyük əksəriyyəti Abxaziyanı tərk etdi. Bir çoxları Eduard Şevardnadze hökumətini (1992-2003-cü illərdə) nəticəsi olmayan hərbi əməliyyatlara başlamaqda, müharibə və müharibədən sonrakı diplomatiyanın düzgün idarə etməməkdə ittiham edirlər. Müharibə dövründə abxaz seperatçılar 250.000-ə qədər etnik gürcünün qovulmasına və 4000-dən 15000-ə qədər adamın öldürülməsinə səbəb olan etnik təmizləmə kampaniyasını həyata keçirmişdilər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Lissabon, Budapeşt və İstanbul konvensiyaları BMT Baş Məclisinin GA / 10708 qətnaməsində də qeyd edilmiş gürcülərin etnik təmizlənməsini rəsmi olaraq tanımışdı.
Gürcü-osetin münaqişəsi
Gürcü-osetin münaqişəsi - XX əsrdə gürcü və osetin xalqları arasında başlamış və çoxsaylı qurbanlara gətirib çıxaran münaqişədir. Münaqişə 1989-cu ildə alovlanıb və Cənubi Osetiya müharibəsi (1991-1992) ilə nəticələnib. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi (2008) səbəblərindən biri də gürcü-osetin münaqişəsi olmuşdur. Gürcü-osetin münasibətləri qədim tarixə malikdir. Bu iki xalq arasında münasibətlər IX-XII əsrlərdə siyasi və hərbi səbəblərlə əlaqədar intensivləşmişdir. XI əsrdən etibarən Gürcüstan və Osetiyanın hakim dairələri arasında əlaqələri möhkəmləndirmək məqsədilə orta əsrlərdə tərəflərin qarşılıqlı dəstək və əməkdaşlığını təmin edən sülalə nigahları sürətləndi. Məsələn, I Georgi (1014-1027) Osetin şahzadəsi Aldayla evlənmişdi, onun qardaşı IV Baqrat (1027-1072) osetin çarının qızı Dorqolelinin bacısı ilə evləndir. XI əsrdə tərtib edilmiş gürcü yazılı mənbələri e.ə I minilliyin 2-ci yarısından başayaraq, xüsusilə yadelli işğalçılarla birgə mübarizədə ifadə olunan gürcü-osetin siyasi və hərbi əməkdaşlığı haqqında məlumat verir. XI əsr gürcü tarixçisinin verdiyi məlumata görə gürcülər müstəqilliyə e.ə III əsrdə eqris və osetinlərin köməyi ilə nail oldular. Osetinlər əsasən Şimali Qafqazda məskunlaşmışdılar.
Gürcü Mehmed Paşa
Gürcü Mehmed Paşa (ö. 7 aprel 1666) — IV Mehmed dövründə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Qafqaz əsilli olan Mehmed ağa sədrəzəm Qoca Sənan Paşanın köləsi ikən sonralar öz istəyilə saraya alınmış, Əndərun təhsilini başa vurduqdan sonra sarayda müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Bilinən ilk xidməti saray mətbəxində olmuş, 1614-cü ilin iyulunda baş cəbəci seçilmişdir. Bu vəzifədə ikən Öküz Mehmed Paşanın şərq səfərinə qatılmış, 1617-ci ilin noyabrında baş çavuş olub paytaxta geri dönmüşdür. 1620-ci ilin fevralında qapıçıbaşı olaraq Gənc Osmanın Lehistan səfərində iştirak etdi. Bu illərdə sədarətə gətirilən Öküz Mehmed Paşa və ardından Gözəlcə Əli Paşaya sədarət möhürünü məhz Mehmed ağa vermişdir. Biləcikli Mustafa Paşa sədarətə gətirildikdən sonra 1622-ci ilin avqustunda baş miraxur təyin olundu. 9 ay sonra isə Rumeli bəylərbəyi olaraq saraydan ayrıldı (may 1623). Sədrəzəm Çərkəz Mehmed Əli Paşanın rəhbərliyi ilə Abxaz Paşa üzərinə tərtiblənən səfərdə iştirak etdi, ardından Hafiz Əhməd Paşanın Bağdad mühasirəsinə qatıldı.
Gürcü Milli Şurası
Gürcü Milli Şurası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Bakıda fəaliyyət göstərən milli şuralardan biri. 1918-ci ilin aprelində gürcü icması tərəfindən yaradılmışdı. Şura Bakıda yaşayan gürcülər arasında geniş mədəni-maarif işi aparmış, o cümlədən gürcü məktəbi açmış, öz soydaşlarına himayədarlıq etmiş, imkan daxilində hər cür yardım göstərmişdi. Şuranın sədri Konstantin Dimitriyeviç Mikeladze idi. Sayca az olmalarına baxmayaraq, ölkədə yaşayan gürcülərin mənafeyini təmsil etdiyi üçün Gürcü Milli Şurasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə 1 nəfər deputat (Tsxokaya Qriqori İvanoviç) daxil edilmişdi. Erməni Milli Şurasında fərqli olaraq, Gürcü Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştirak etməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Gürcü Mustafa Paşa
Gürcü Mustafa Paşa (ö. 1664) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən gürcü olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra 1652-ci ilin martında yeniçəri ağası təyin edildi. Ancaq həmin ilin dekabrında vəzifədən alındı. 1654-cü ildə Kanija, ardından Maraş, 1657-ci ilin yanvarında vəzirliklə Ərzurum, 1659-cu ildə Şam və 1660-cı ilin iyununda Misir bəylərbəyliyinə gətirildi. Ancaq 3 may 1661-ci ildə vəzifədən alındı və öncə Kəfə, ardından yenidən Ərzurum bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1664-cü ildə Ərzurumda vəfat etdi. Sicill-i Osmani IV, səh.
Gürcü Nəşriyyat Şirkəti
Gürcü Nəşriyyat Şirkəti — XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərmiş ən iri nəşriyyatlardan biri. 1909 ilin iyulunadək Cəlil Məmmədquluzadənin özünəməxsus "Qeyrət" mətbəəsində çap olunan "Molla Nəsrəddin" jurnalı həmin tarixdən 1917 ilin fevralınadək Gürcü nəşriyyat şirkətinin mətbəəsində çap olunmuşdur. 1913 ilin yanvarından isə jurnalın mətni "Şərq" mətbəəsində yığılır, Gürcü nəşriyyat şirkətinin mətbəəsində isə çap edilirdi. Jurnalın şəkil və karikaturaları Bıxovun litoqrafiyasında hazırlanırdı. 1913 ildə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında İran inqilabçılarına divan tutulması səhnəsini əks etdirən şəkil dərc olunur. Həmin nömrədə jurnalın naşir və məsul redaktorunun imzalarının verilmədiyinə və həmin nömrədəki karikaturalar baxılmaq üçün əvvəlcədən Mətbuat işləri üzrə Tiflis Komitəsinə təqdim edilmədiyinə görə, komitənin qərarı ilə jurnalın bu nömrəsi həbs olunur, Gürcü nəşriyyat şirkəti, mətbəəsinin müdiri A.Cabadari məhkəmə məsuliyyətinə cəlb edilir. Elə həmin ilin sentyabrında Tiflis şəhər 2-ci dairə sülh məhkəməsi A.Cabadarini 50 manat məbləğində cərimə etmək, ödəyə bilməyəcəyi halda isə 10 günlük həbs etmək haqqında hökm çıxarır. Cəlil Məmmədquluzadə "Qeyrət" nəşriyyatı Şərq (qəzet) Kommunist qəzeti Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Gürcü Ortodoks Kilsəsi
Gürcü Pravoslav Kilsəsi (rəsmi adı: Gürcü Həvari Avtokefal Pravoslav Kilsəsi, gürc. საქართველოს სამოციქულო ავტოკეფალური მართლმადიდებელი ეკლესია) yaxud GPK — Gürcüstanın rəsmi kilsəsi. Dünyanın ən qədim xristian kilsələrindən biri . 1995-ci ildən etibarən GPK Nizamnaməsinə əsasən, GPK-nin yurisdiksiyası (nominal olaraq) qismən tanınmış Abxaziya və Cənubi Osetiya daxil olmaqla Gürcüstanın bütün ərazisini, Ermənistanda yaşayan pravoslav xristianları, habelə Gürcüstan xaricində yaşayan və başqa bir yerli Pravoslav Kilsəsinin yurisdiksiyasına tabe olmayan və ya GPK-nin yurisdiksiyasında olmaq istəyən pravoslav gürcüləri əhatə edir. Rəvayətə görə, İberiya Tanrı Anasının həvari partiyasıdır. 337-ci ildə İberiyanı vəftiz edən Həvarilərə bərabər olan Müqəddəs Ninonın missionerlik fəaliyyəti sayəsində xristianlıq Gürcüstanın dövlət dini oldu. Kilsə təşkilatı Antakya Kilsəsinin daxilində idi . Gürcü Kilsəsinin avtokefal statusu alması tarixi məlum deyil. 5-ci əsrin sonlarında İberiya kralı Vaxtanq Qorqasali dövründə kilsə müəyyən dərəcədə müstəqillik (qeyri-rəsmi muxtariyyət) əldə edir. Dolayı dəlillər əsasında birləşmiş GPK-nin ilk katolikos-patriarxı İoann Okropiri (980–1001) hesab edilir.
Gürcü Pravoslav Kilsəsi
Gürcü Pravoslav Kilsəsi (rəsmi adı: Gürcü Həvari Avtokefal Pravoslav Kilsəsi, gürc. საქართველოს სამოციქულო ავტოკეფალური მართლმადიდებელი ეკლესია) yaxud GPK — Gürcüstanın rəsmi kilsəsi. Dünyanın ən qədim xristian kilsələrindən biri . 1995-ci ildən etibarən GPK Nizamnaməsinə əsasən, GPK-nin yurisdiksiyası (nominal olaraq) qismən tanınmış Abxaziya və Cənubi Osetiya daxil olmaqla Gürcüstanın bütün ərazisini, Ermənistanda yaşayan pravoslav xristianları, habelə Gürcüstan xaricində yaşayan və başqa bir yerli Pravoslav Kilsəsinin yurisdiksiyasına tabe olmayan və ya GPK-nin yurisdiksiyasında olmaq istəyən pravoslav gürcüləri əhatə edir. Rəvayətə görə, İberiya Tanrı Anasının həvari partiyasıdır. 337-ci ildə İberiyanı vəftiz edən Həvarilərə bərabər olan Müqəddəs Ninonın missionerlik fəaliyyəti sayəsində xristianlıq Gürcüstanın dövlət dini oldu. Kilsə təşkilatı Antakya Kilsəsinin daxilində idi . Gürcü Kilsəsinin avtokefal statusu alması tarixi məlum deyil. 5-ci əsrin sonlarında İberiya kralı Vaxtanq Qorqasali dövründə kilsə müəyyən dərəcədə müstəqillik (qeyri-rəsmi muxtariyyət) əldə edir. Dolayı dəlillər əsasında birləşmiş GPK-nin ilk katolikos-patriarxı İoann Okropiri (980–1001) hesab edilir.
Gürcü Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Gürcü Xədim Mehmed Paşa
Gürcü Mehmed Paşa (ö. 13 iyul 1626) — I Mustafanın ikinci səltənəti dönəmində ümumilikdə 4 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Hərəmxanaya alınaraq tərbiyə olunduğu üçün tarixi mənbələrdə xədim ləqəbi ilə tanınır. Bəzi mənbələrə görə, Səmiz Əli Paşa tərəfindən, bəzi mənbələrə görə isə II Səlimin Ərzurum bəylərbəyi Hüsrəv Paşa tərəfindən saraya hədiyyə edilmişdir. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrə gətirilmişdir. I Əhmədin taxta çıxışının ardından qapı ağası Mustafa ağanın yerinə has odabaşı oldu (5 yanvar 1604). Həmin il mərkəzdə vəzir olmaması səbəbilə divan məclisinin qurula bilməməsindən şikayətlənən sədarət naibi Sarıqçı Mustafa Paşanın səyləri ilə, baş qapıçıbaşı Davud ağa, miraxur Mustafa ağa və has odabaşı Mehmed ağa vəzirliyə gətirildi (21 sentyabr 1604). Bir ay sonra Misir bəylərbəyi Hacı İbrahim Paşanın üsyançılar tərəfindən öldürülməsi səbəbilə, Misirdəki vəziyyəti sabitləşdirmək üçün Misir bəylərbəyi seçildi (22 oktyabr 1604). Hava şəraitinin pis olmasına baxmayaraq fırtınalı bir havada yola çıxdı və Misirə yola düşdü. Üsyançılara qarşı aldığı tədbirlər o qədər sərt və zülmkarcasına idi ki, 7 ay sonra bu vəzifədən alındı və yerinə Yəmənli Həsən Paşa gətirildi (25 iyun 1605).
Gürcü Yusif Paşa
Gürcü Yusif Paşa (d. 1652 - ö. 1713) — III Əhmədin səltənətində 11 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Əslən gürcü olub, 1652-ci ildə dünyaya gəldi.. Yeniçəri ocağında yetişmiş, padşahın ov itlərindən məsul olan zağarçılar bölüyündə xidmət etmişdir. 1702, 1703 və 1704-cü illərdə 3 dəfə ordu kəndxudası olaraq xidmət etmiş, bu səbəblə gələcək illərdə ağa ləqəbi qazanmışdır. 1706-cı ilin oktyabrında öncə Resmo, ardından İnəbaxdı sancaqbəyliyinə təyin edilsə də, 1708-ci ildə təqaüdə ayrıldı və Ədirnədə yaşamağa başladı. 26 sentyabr 1710-cu ildə yeniçəri ağası olaraq təyin olundu və bu vəzifəsi davam edərkən 1711-ci ilin iyununda vəzir rütbəsi aldı. Bu vəzifəylə 1710-1713 Rusiya-Osmanlı müharibəsində iştirak etdi və şöhrət qazandı. Müharibə davam edərkən Ədirnəyə gələn sərdar Baltaçı Mehmed Paşanın vəzifədən alınmasıyla 20 noyabr 1711-ci ildə sədarətə gətirildi.
Hərbi Gürcüstan yolu
Hərbi Gürcüstan yolu (gürc. საქართველოს სამხედრო გზა, oset. Арвыкомы фæндаг, inquş Гуржи некъ) — XIX əsrin əvvəllərindən etibarən, Vladiqafqaz (Şimali Osetiya) və Tiflis (Gürcüstan) şəhərlərini birləşdirən, Baş Qafqaz silsiləsindən keçən yolun adı. Qədim dövrlərdən bəri Dəryal keçidi kimi tanınmışdır. Yolun uzunluğu 208 kilometrdir. Tədricən yüksələn yol, Terek çayı vadisi boyunca uzanır, Dəryal dərəsi boyunca Qayalıq silsiləsini keçir, sonra Baydarka çayının dərəsi boyunca Krestovıy keçidə yaxınlaşır (hündürlüyü 2379 metr), oradan Belaya Araqvi çayı vadisinə enir və Kür çayının sağ sahili boyunca Tiflisə enir. Rusiyada ümumilikdə federal əhəmiyyət kəsb edən avtomobil yolları siyahısında A161 magistral yolu kimi qeyd olunur: Vladiqafkaz - Aşağı Lars - Gürcüstanla sərhəd. 31 dekabr 2017-ci il tarixinədək P301 yolunun əvvəlki təyinatından istifadəyə icazə verilirdi. Rusiya-Gürcüstan sərhədindəki nəzarət məntəqələri: Yuxarı Lars (Şimali Osetiya, Rusiya) və Dariali (2008-ci ilə qədər - Kazbeqi) (Gürcüstan). Hərbi Gürcüstan yolu təkcə Gürcüstanı Rusiya ilə deyil, həm də Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Azərbaycanla sərhədləri bağlı olan Ermənistanı birləşdirən əsas nəqliyyat yollarından biridir.
II Demetre (Gürcüstan çarı)
II Demetre (gürc. დემეტრე II თავდადებული; 1259 – 12 mart 1289 və ya 13 mart 1289) — Baqrationilər sülaləsindən ola Gürcüstan çarı. 1270-1289 illərdə Gürcüstan krallığını idarə etmişdir. Atası çar VII David Ulu və anası isə Qvanta adlı qadındır. VII David Ulu Elxanilərə qarşı üsyan qaldırmış və məğlub olaraq əmisi oğlu VI David Narinə, İmereti krallığına sığınmışdır. II Demetre 1270-ci ildə atası çar VII David Ulunun ölümündən sonra 11 yaşında taxta çıxmışdır. II Demetre 1277-1281-ci illərdə Suriyada Elxanilərin Məmlüklərə qarşı yürüşlərində iştirak etmişdir. Xüsusən 29 oktyabr 1281-ci ildə İkinci Homs döyüşündə xüsusilə fərqlənmişdir. Belə ki, Elxani ordusunun mərkəzinin dağılmasına baxmayaraq, II Demetre qoşunlarını nizamlı olaraq geri çəkməyi bacardı. Monqollar tərəfindən rəsmi şəkildə Gürcüstan çarı kimi tanınmasına baxmayaraq, Qərbi Gürcüstandakı İmereti krallığı və birbaşa Elxanilərin təyin etdiyi hakimlər tərəfindən idarə edilən Samtsxe bölgəsi onun hakimiyyəti xaricində idi.

Значение слова в других словарях