GÜZGÜ

Görmək feili zəminində yaranıb. Əvvəlcə görgü, sonra gözgü, nəhayət, güzgü şəklində olub. Maraqlıdır ki, rus dilində olan зеркало kəlməsi зрачок sözü ilə qohumdur. Sözün özgör forması da mövcud olub, yəqin, üzünü görməklə bağlıdır. Qədim bir deyim də var: üzünü görmək üçün güzgüyə, özünü görmək üçün özgəyə bax. Fars mənşəli hesab etdiyimiz kor sözü də qarov kəlməsi ilə bağlıdır, türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GÜZƏŞT
HAB

Digər lüğətlərdə