Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir.
Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək.
İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik.
Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.