GEOMORFOLOJİ VƏ STRUKTUR ELEMENTLƏRİN ÖLÇÜ MÜNASİBLİYİ PRİNSİPİ

birinci dərəcəli struktur elementləri (antekliza və sineklizaları) ancaq ona uyğun gələn birinci dərəcəli iri relyef formaları ilə (yüksəkliklərlə, düzənliklərlə) müqayisə prinsipi (Meşeryakov, 1960). принцип соразмерности структурных и геоморфологичеcких элементов principle of proportionality of structural and geomorphological elements
GEOMORFOLOJİ STRUKTURUN YAŞI
GEOMORFOLOJİ ZONALLIQ
OBASTAN VİKİ
Struktur
Struktur (lat. structūra), – hər hansı obyektin daxili quruluşu. Struktur sistem elementləri arasında əlaqələrin nisbi dayanıqlı quruluşudur.
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Geomorfoloji Skil
Geomorfoloji amillər
Geomorfoloji anomaliya
Geomorfoloji mərhələ
Geomorfoloji rayonlaşdırma
Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
San-Tome və Prinsipi
San-Tome və Prinsipi (port. São-Tomé e Príncipe) və ya rəsmi adı ilə San-Tome və Prinsipi Demokratik Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövləti. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. yerləşir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanmışdır. San-Tome və Prinsipi ada dövlətidir və adaların ümumi sahil uzunluğu 209 km-dir.
San Tome və Prinsipi
San-Tome və Prinsipi (port. São-Tomé e Príncipe) və ya rəsmi adı ilə San-Tome və Prinsipi Demokratik Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövləti. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. yerləşir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanmışdır. San-Tome və Prinsipi ada dövlətidir və adaların ümumi sahil uzunluğu 209 km-dir.
Dramatik struktur
Dramatik struktur, film və ya tamaşa kimi dramatik bir əsərin strukturudur. Bir çox alimlər tarix boyu dramatik strukturu təhlil etmişdirlər. Bu təhlillər ilk dəfə Aristotel tərəfindən “Poetika” əsərindən başlamışdır. Bu isə eramızdan əvvəl 335-ci ilə müvafiq gəlir. Qədim yunan filosofu Aristotel “Poetika” əsərində “Bütün başlanğıcı, ortası və sonu olan bir şeydir” fikrini irəli sürmüşdür. Roma dramatik tənqidçisi Horatius Ars Poetika əsərində 5 hissəli strukturu müdafiə etdiyi qədər Aristotelin bu üç hissəli baxış fikrinə razı deyildi. Horatius əsərində yazırdı: “Tamaşa 5 fəsildən nə uzun, nə də qısa olmamalıdır.” 5 hissəli strukturdan imtina edildikdən sonra İntibah dramaturqları onu yenidən diriltmişdirlər. 1863-cü ildə Henrik İbsen kimi dramaturqlar 5 hissəli strukturdan imtina edərək 3 və 4 hissəli strukturu sınaqdan keçirmişdirlər. Alman dramaturqu və yazıçısı Qustav Freytaq “Die Technik des Dramas” əsərində 5 hissəli dramatik struktura dair qəti tədqiqat aparmışdır. Bu tədqiqat Freytaq Piramidası kimi tanınmağa başlamışdır.
Sosial struktur
Sosial struktur cəmiyyətdəki mütəşəkkil münasibətlərin bütövlüyüdür. Cəmiyyətin bir çərçivəsini təşkil edir və bu çərçivə şəxs doğulmazdan əvvəl mədəniyyətlə qorunub saxlanılır və münasibətlər sistematik şəkildə təşkil olunur. Sosial strukturu meydana gətirən komponentlər mədəniyyət, sosial siniflər, status, sosial statusla əlaqəli rol və üzvi bütövlüyünün qorunması üçün zəruri olan qurumlardır (sağlamlıq, təhsil, təhlükəsizlik və s.). Sosial quruluşun komponentləri fərdin sosiallaşma prosesinə də güclü təsir göstərir; fərdin hansı mədəniyyətdən asılı olması, sinfi mövqeyi, özünə miras qalmış statusu, zamanla qazandığı status və bununla əlaqəli rolları, xarakteri və şəxsiyyətinin formalaşmasında birinci dərəcəli təsirlərə malikdir. Beləliklə, sosial struktur nəinki keçmişdən bu günə qədər olan mirasları daşıyır, bu günümüzdə mirasın həyat damarlarıdır və gələcəkdə hansı münasibətləri yaşayacağımızı da müəyyənləşdirir.
Struktur funksionalizm
Struktur funksionalizm — sosiologiyada metodoloji yanaşma. Bu yanaşmaya görə cəmiyyət sosial sistem kimi strukturlardan ibarətdir və bu strukturların öz funksiyaları var. Struktur funksionalizmin banisi Tolkot Parsons sayılsa da, əsasını Herbert Spenserin əsərlərindən götürür.
Struktur işsizlik
Struktur işsizlik (ing. structural unemployment) — iş axtarışı prosesini çətinləşdirən davamlı institusional amillərin yaratdığı işsizlik. İnstitusional amillər əmək bazarının fəaliyyət göstərdiyi qaydalarla əlaqələndirilir. Bu qaydalar işə götürmə və işdən çıxarma prosesində əlavə pul və vaxt xərclərinə, eləcə də mükəmməl rəqabətli əmək bazarında müəyyən edilmiş dəyərlərdən uzun müddət kənara çıxa bilən sərt əmək haqqına səbəb ola bilər.. Struktur işsizlik təbii işsizliyin bir hissəsidir və ona görə də uzunmüddətli xarakter daşıyır, çünki onun amilləri sabitdir. Onlar uzunmüddətli perspektivdə əmək bazarında tam məşğulluğa nail olmağa mane olurlar. Bu, onu iqtisadi fəaliyyətdə müvəqqəti azalmalar nəticəsində yaranan tsiklik işsizlikdən fərqləndirir. K. R. Makkonell və S. L. Brüya görə, struktur işsizlik istehlak mallarına tələbin strukturunda və istehsal texnologiyasında baş verən dəyişikliklər nəticəsində yaranan işsizlikdir, bunlar peşələrinə tələbin olmaması və ya işsiz olduqları üçün işsiz qalan insanlardır ; zəruri ixtisasların olmaması. BRE-də struktur işsizlik — əmək tələbi ilə ümumi işçi qüvvəsinin peşəkar strukturu arasında uyğunsuzluq və istehlak tələbinin strukturunda dəyişiklik nəticəsində yaranan qeyri-iradi işsizlikdir. İşçilər, işəgötürənlər tərəfindən peşələrinə tələbat olmadığı və ya işə düzəlmək üçün kifayət qədər ixtisasa malik olmadıqları üçün iş yerlərini itirdikdə struktur işsizliyə daxil edilirlər.
Təşkilati struktur
Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv — yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü — funksional ənənəvi coğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı — xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və mənfi cəhətlər mümkün və yetərli ola bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq idarəetməni həyata keçirirlər. Təşkilati strukturun bir neçə tipi fərqləndirilir ki, bunlardan bəziləri elementar və ya baza təşkilati struktur adlandırılır. Xətti təşkilati struktur çox sadədir, ali rəhbərlikdən bilavasitə orta səviyyəli "xətti" menecerlərə və daha sonra təşkilatın işçilərinə birbaşa tabelik və məsuliyyət xəttini nəzərdə tutur.
Xətti struktur
Xətti struktur (ing. linear structure) – elementləri ciddi olaraq böyüklük qaydalarına uyğun şəkildə təşkil olunmuş struktur. Xətti strukturda iki şərt tətbiq olunur: 1. Əgər X Y-dən öndə gəlirsə və Y Z-dən öndə gəlirsə, onda X Z-dən öndə gəlir. 2. Əgər X Y-dən öndə gəlirsə və X Z-dən öndə gəlirsə, onda ya Y Z-dən öndə gəlir, ya da Z Y-dən öndə gəlir. Bu tərifə görə, ağacşəkilli struktur xətti deyil, çünki o, birinci şərti ödəsə də, ikinci şərti ödəmir (Y və Z X-in törəmələri ola bilər və buna görə də onlardan heç biri digərindən öndə gəlməyəcək). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Gizlilik prinsipi
Bu prinsipin rəsmi versiyası Wikimedia:Privacy policy (azərbaycanca tərcüməsi) ünvanında yerləşir. meta:talk:Privacy policy (azərbaycanca tərcüməsinin müzakirəsi) səhifəsində sullarınızı verə və mövzu ilə bağlı müzakirələri oxuya bilərsiniz.
Müəyyənsizlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Nisbilik prinsipi
Fizikada nisbilik prinsipi fizika qanunlarını təsvir edən tənliklərin bütün məqbul hesablama sistemlərində eyni formaya malik olduğunu tələb edir. Məsələn, xüsusi nisbilik çərçivəsində Maksvell tənlikləri bütün inersial hesablama sistemlərində eyni formaya malikdir. Ümumi nisbi nəzəriyyəsi çərçivəsində Maksvell tənlikləri və ya Eynşteyn sahə tənlikləri ixtiyari hrsablama sistemlərində eyni formaya malikdir. İstər biləvasitə (Nyuton mexanikasında olduğu kimi), istərsə də açıq şəkildə (Albert Eynşteynin xüsusi nisbilik və ümumi nisbilik nəzəriyyəsində olduğu kimi) elmdə bir neçə nisbilik prinsipi uğurla tətbiq edilmişdir. Elmin əksər bölmələrində nisbiliyin müəyyən prinsipləri geniş şəkildə qəbul edilmişdir. Ən geniş yayılanlardan biri hər hansı təbiət qanununun hər zaman eyni olması inamıdır və elmi araşdırmalar ümumiyyətlə təbiət qanunlarının onları ölçən şəxsdən asılı olmayaraq eyni olduğunu fərz edir. Bu cür prinsiplər ən fundamental səviyyələrdə elmi araşdırmaya daxil edilmişdir. İstənilən nisbilik prinsipi təbiət qanununda simmetriya təyin edir, yəni qanunlar bir müşahidəçiyə digərinə göründüyü kimi eyni görünməlidir. Noter teoremi adlanan nəzəri nəticəyə görə, hər hansı belə simmetriya saxlanma qanununu ifadə edir. Məsələn, müxtəlif vaxtlarda iki müşahidəçi eyni qanunları görürsə, enerji adlanan kəmiyyət saxlanır.
Verifikasiya prinsipi
Verifikasiya prinsipi, biliyi təcrübə, müşahidə və eksperimentin verdiyi məlumatlarla tutuşdurmaq yolu ilə yoxlamaq.
Şvars prinsipi
Fərz edək ki, σ {\displaystyle \sigma } oblastı konturu üzərində düzgün γ {\displaystyle \gamma } analitik xətti saxlayır. σ {\displaystyle \sigma } oblastında analitik və γ {\displaystyle \gamma } üzrə sərhəd qiymətləri analitik funksiya olan f ( z ) {\displaystyle f(z)} funksiyasını γ {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. f ( z ) {\displaystyle f(z)} -in γ {\displaystyle \gamma } üzrə qiymətləri z → t {\displaystyle z\rightarrow t} olduqda f ( z ) {\displaystyle f(z)} -in f ( t ) {\displaystyle f(t)} limit qiyməti başa düşülür. Əvvəlcə teormi xüsusi hal üçün isbat edək. Fərz edək ki, γ {\displaystyle \gamma } həqiqi oxun [ a , b ] {\displaystyle [a,b]} parçasıdır. Onda γ {\displaystyle \gamma } -nın tənliyi { x = t y = 0 {\displaystyle {\begin{cases}x=t&\\y=0&\end{cases}}} α ≤ t ≤ β {\displaystyle \alpha \leq t\leq \beta } olar. Şərtə görə f ( t ) {\displaystyle f(t)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} üzərində analitik olduğundan bu parçanın x o {\displaystyle x_{o}} nöqtəsi ətrafında f ( t ) = ∑ k = 0 ∞ C k ( t − x 0 ) k {\displaystyle f(t)=\sum \limits _{k=0}^{\infty }C_{k}(t-x_{0})^{k}} olar. Burada t {\displaystyle t} evazine kompleks z {\displaystyle z} dəyişənini yazsaq φ ( z ) = ∑ k = 0 ∞ C k ( z − x 0 ) k {\displaystyle \varphi (z)=\sum \limits _{k=0}^{\infty }C_{k}(z-x_{0})^{k}} funksiyasrı x = x o {\displaystyle x=x_{o}} nöqtasinin müəyyən ətratında analitik funksiya olar. ω ( z ) = φ ( z ) − f ( z ) {\displaystyle \omega (z)=\varphi (z)-f(z)} ile işarə edək. Aydındır ki, ω x 0 , σ x 0 {\displaystyle \omega _{x_{0}},\sigma _{x_{0}}} oblastında analitik funksiya olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} üzrə lim z → t ω ( z ) = lim z → t φ ( z ) − lim z → t f ( z ) {\displaystyle \lim \limits _{z\rightarrow t}\omega (z)=\lim \limits _{z\rightarrow t}\varphi (z)-\lim \limits _{z\rightarrow t}f(z)} ω ( t ) = f ( t ) − f ( t ) = 0 {\displaystyle \omega (t)=f(t)-f(t)=0} olur.
Elementlərin dövrü cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Kimyəvi elementlərin etimologiyası
Kalium Ərəbcə al-qili – "kül", həmçinin nəsə közərdilmiş deməkdir. Bitkilərin külündən alınan məhsul – kalium karbonat da belə adlandırıldı. O vaxtdan kəndlərin sakinləri bitkiləri kalium ilə qidalandırmaq üçün belə küldən istifadə edirlər; məsələn, günəbaxan bitkisinin külündə 30%-dən çox kalium var. Ərəb sözündən (artiklsiz) "kalium" adı alınmışdır. Elementin belə adı "kaliy" rus dilində, kaliyum serb dilində, kalium makedon dilində, kalij sloven dilində adlanır. Elementin ingiliscə adı (potassium) german dili qrupu dillərindən götürülmüşdür. İngilis ash – "kül", pot – "dipçək", almanca uyğun olaraq Asche və Pott, holland dilində as və pot, yəni potaş – "dipçəkdən kül". Bu adlar bütün dillər üçün ümumidir, latın radius – "şüa" və ya radiare – "şüa buraxmaq" sözündəndir. Pyer Küri və Mariya Küri radiumu kəşf edərək onun görünməyən hissəciklər buraxması xassəsini müəyyən etdilər. Radium parçalandıqda radioaktiv qaz alınır ki, onu radiumun emanasiyası (latınca emanatio – "axmaq") sonra radon adlandırmışlar.
Kimyəvi elementlərin miqrasiyası
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Kimyəvi elementlərin siyahısı
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.