GİMNAZİST
GİNEKOLOGİYA
OBASTAN VİKİ
Gimnaziya
Gimnaziya — əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
Gimnaziya № 36 (Rostov-na-Donu)
Gimnaziya № 36 — Rostov-na-Donu şəhərinin ərazisində, Maksim Qorki küçəsi, ev 115 ünvanında yerləşən təhsil ocağı. Bina P. Y. Lyubimovun layihəsi əsasında 1906-ci ildə inşa edilmişdir. Gimnaziyanın binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarix == 1906-cı ildə Nikolay Pavloviç Stepanov Rostovda dörd sinifli kişi gimnaziyasını açır. İlk əvvəllər gimnaziya kimsəsizlər evində yerləşirdi. Ancaq bir necə il sonra Stepanov gimnaziya üçün yeni binanı timkəyi qərara alır. Gimnaziya üçün yeni bina 1915-ci ildə P. Y. Lyubimovun layihəsi əsasında inşa edilmişdir. Gimnaziyaya 14-15 yaşından gəbul həyata keçirilirdi. Hazırlıq sinfində il ərzində 100, birinci sinifdə isə 130 rubl pul alınırdı. 1916-cı ildən gimnaziyada həm oğlanlar həmdə qızlar təhsil ala bilirdilər.
İlyas Əfəndiyev adına Elitar Gimnaziya
İlyas Əfəndiyev adına Elitar Gimnaziya — İlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. == Tarixi == Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib. 1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur. Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur.
A. D. Duvokinin xüsusi qızlar gimnaziyası
Dukmasovanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində təhsil mərkəzi. A. D. Duvokinin xüsusi qızlar gimnaziyaaı 1880-ci illərdə təsis edilmişdir. Binası isə Novoçekassk şəhəri Atamanakaya küçəsi, ev 42 ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bir çox mənbələrdə Alekseevka uşqaq qızlar yetimxanası olaraq gösyərilir. == Tarixi == A. D. Duvokinin xüsusi qızlar gimnaziyasının fəaliyyəti 1880- 1889illərə təsadüf edir. Gimnaziya açıq tipli bir təhsil mərkəzi olmumdur. Burada əsasən orta təbəqənin övladları təhsil alsalarda digər təbəqələrin övladlarına belə rast gəlinirdi. 1921-ci ildə gimnaziya ikinci açıq tipli birinci və ikinci dərəcəli sovet məktəbinə çevrilmişdir.
Alekseev adına qızlar gimnaziyası
Alekseev adına qızlar gimnaziyası — Taqanroq şəhərinin ərazisində, Çexov küçəsi, ev 22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1911–1917-ci illər ərzində qızlar gimnaziyası olaraq fəaliyyət göstərmişdir. == Məktəbin tarixi == Alekseev adına qızlar gimnaziyasının tarixi öz başlanğıcını 1905-ci ilin sentyabrından götürür. Bu zaman şəhər dumasına Pavel Petroviç Filevski tərəfindən məktub göndərilir. Bu məktubda Taqanroqda yeni qızlar gimnaziyasının yaradılmasına ehtiyac olması vurğulanır. XX əsrin əvvəllərində Mariin gimnaziyası həddindən aryıq dolmuş olur. Burada artıq hər sinifdə 50 şagird oxuyurdu. Şəhər duması bunlsrı nəzərə alaraq Filevskinin təşəbbüsünü dəştəkləyir və Taqanroqda ikinci qızlar gimnaziyasını açmağı qərara alır. Nəhayət 1906-cı ildə ikinci qızlar gimnaziyası açılması plana alınır. Şəhərdə ikinci qızlar gimnaziyasının açılışı 1911-ci ilin noyabrına təsadüf edir.
Azov kişi gimnaziyası
Kişi gimnaziyası — Azov şəhərində yerləşən gimnaziya binası. İki mərtəbədən ibarət olan bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azovda kişi gimnaziyası 1877-ci ildə II Aleksandrın əmrinə əsasən təsis edilmişdir. İnqilaba qədər gimnaziya və progimnaziyalar orta təhdil məktəbi olaraq götürülürdü. Sonrada bu progimnaxiyaya gimnaziya statusu verilmişdir. Bu təhsil müəssisəsinə əsasən 8-10 yaş arası uşaqlar təhsil alırdı. Gimnaziyada rus, fransiz, yunan, latın və alman dilləri, din, riyaziyyat, tarix, fizika və s fənlər keçilirdi.. Gimnaziyada oxiyan şagirdlərin mavi paltarları vardı ki, onunda üzərində gemüşü düymələr olurdu. Paltarın yaxalığında Azov gimnazoyasının baş hərfləri yazılmışdı - «AG». XIX əsin əvvəllərində Azovda qızlar gimnaziyası təşkil edilmişdir.
Badkubə gimnaziyası
Badkubə gimnaziyası Başqa adı ilə Bakı Gimnaziyası. Bakıda olmuş gimnaziya.
Bakı birinci kişi gimnaziyası
Bakı birinci kişi gimnaziyası — Azərbaycanda klassik gimnaziya tipində fəaliyyət göstərən ilk həhsil müəssisəsi. 1896-cı ildə fəaliyyətə başlamışdır. Gimnaziyanın açılmasında Həsən bəy Zərdabinin böyük əməyi olmuşdur. Gimnaziyada dərslər Azərbaycan dilində aparılır, rus dilinə böyük diqqət yetirilirdi. İlk tədris ilində gimnaziyaya daxil olmaq üçün 600-dən çox ərizə vermilşdir. Şagirdlərin sayına və təlim-tərbiyə işinin keyfiyyətinə görə bütün Qafqazda tanınırdı. XIX əsrin somnları gimnaziyada 997 nəfər şagird təhsil alırdı.
Birinci Tiflis Kişi Gimnaziyası
Birinci Tiflis Kişi Gimnaziyası və ya Birinci Tiflis Zadəgan Məktəbi (gürc. თბილისის კლასიკური გიმნაზია) — 1804-cü ildə Tiflis şəhərində qurulan nəcib kişilər məktəbi əsasında yaradılmışdır. Daha sonra bu məktəb 1-ci Tiflis kişi gimnaziyası adlandırıldı. Gimnaziya, kvotalara görə Rusiya imperiyasının ali təhsil müəssisələrinə daxil olan məzunlar hazırlayırdı. Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazeh gimnaziyada Azərbaycan və fars dili müəllimləri kimi çalışmışdılar. Gimnaziyanın məşhur məzunları arasında Əlimərdan bəy Topşubaşov və Fətəli bəy Sultanov da olmuşdur. 1924-cü ildə gimnaziya orta məktəbə çevrilib. == Tarixi == 1827-ci ildə Aleksandr Qriboyedov o zamankı məktəbin direktoru tərəfindən ona verilən "Tiflis zadəgan məktəbi haqqında məlumat" tərtib etdi. Bu məktub 8 avqust 1803-cü ildə ən yüksək rəsmi şəxs knyaz Pavel Sisianova təqdim edildi. Onun tərəfindən təsdiqlənmiş layihəyə görə 21 may 1804-cü ildə Tiflisdə rus və gürcü dillərinin tədrisi üçün yeni növ məktəb quruldu.
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası (rus. Российская гимназия при Государственном Русском музее) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən orta ümumtəhsil müəssisəsi. Burada şagirdlər həm orta, həm də tam orta təhsil alırlar. Gimnaziya 1989-cu ildən Dövlət Rus muzeyinin nəzdindədir.
Gəncə Kişi Gimnaziyası
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir. Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı. 1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
Kişi gimnaziyası (Gəncə)
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir. Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı. 1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
Kişi gimnaziyasının binası
Kişi gimnaziyasının binası — 1911–1913-cü illərdə İmperator III Aleksandr adına Kişi Gimnaziyası üçün tikilmişdir. Binanın memarı Konstantin Borisoqlebskiydir. Bina öz dövründə Bakı real məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. Sovet işğalından sonra bina 4 nömrəli şəhər xəstəxanası kimi fəaliyyət göstərib. 2018-ci ildən isə 4 nömrəli şəhər xəstəxanası köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. Hazırda istifadəsizdir. == Haqqında == Keçmiş Balaxanskaya (indiki Füzuli) küçəsi 61 və Krasnovodskaya (S.Vurğun) 40 küçəsinin tinində yerləşən bina Kişi gimnaziyası üçün tikilib. Bina 1911–1913-cü illərdə mülki mühəndis Konstantin Borisoqlebskiyin layihəsi üzrə inşa edilib. Fasadın detalları ilə birgə özünün əzəmətli həcmi, order sistemində klassik formaları və memarlıq kompozisiyası ilə fəal şəhərsalma mövqeyini tutur. Əsas fasadın irəli çıxardılmış mərkəzi hissəsi, İoniya orderinin iki yuxarı mərtəbəsi boyu əzəmətli portiklə xüsusi olaraq nəzərə çarpdırılmışdır.
Kutaisi klassik gimnaziyası
Kutaisi klassik gimnaziyası (gürc. ქუთაისის კლასიკური გიმნაზია) — Rusiya imperiyası dövründə Kutaisi şəhərində orta təhsil müəssisəsi. == Tarixi == 1830-cu ildə Kutaisi şəhərində əyalət məktəbi açılmışdır. Məktəbin açılmasında məqsəd Rusiya imperiyası üçün etibarlı təbəələr yetişdirmək idi. 1850-ci ildə məktəb inkişaf edərək əyalət gimnaziyası kimi fəaliyyət göstərməyə başladı. 1878-ci ildə isə Kutaisi əyalət gimnaziyası əsasında daha mötəbər Kutaisi klassik gimnaziyası təşkil edildi. Kutaisi klassik gimnaziyası ilk dövrlər polkovnik Seretelinin evində yerləşirdi. Daha sonra gimnaziyaya xüsusi bina tikildi. Bina memar Enfiaziyevin layihəsinə uyğun olaraq inşa edildi. Kutaisi şəhər duması Qızıl Məhəllə (müasir Rustaveli küçəsində) ərazisində tikinti üçün ayrıca torpaq sahəsi ayrıldı.
Mariin qızlar gimnaziyasının binası
Mariin qızlar gimnaziyasınin keçmiş binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsində yerləşən bina. Bina klassizm stilində inşa edilmişdir. Tikilmə tarixi 1886-cı ilə təsadüf edir. Layihənin müəllifi A. A. Yaşenko olmuşdur. Bina Rusiya regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1917-ci ildə oktyabr inqilabından sonra gimnaziya fəaliyyətini dayandırmışdır. Sovetlər dönəmində binada Kənd Təsərrüfatı texnikumu yerləşirdi. Hazırda isə binada bina Novoçerkassk texnikumunun sənaye texnologiyası və idarə etmə kafedrası və tədris korpuslarından biri yerləşir. == Təsviri == Binanın üç mərtəbədən ibarətdir. Binada ev kilsəsi belə mövcuddur.
Mariinski Qadın Gimnaziyası (Bakı)
Mariinski Qadın Gimnaziyası — 1887-ci il, sentyabrin 26-sı, saat 11:30 radələrində çoxsaylı qonaq və akademik heyətin iştiraki ilə Mariya Qızlar Məktəbinin (Mariinski Qadın Gimnaziyası) açılış mərasimi keçirildi. Gimnaziya fəaliyyətini dayandırana kimi onun üçün tikilmiş bu binada fəaliyyət göstərmişdi. .
Mariinski Qadın Gimnaziyası (Şuşa)
Mariinski Qadın Gimnaziyası — 1875-cı il oktyabrın 26-da Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilmiş və Şuşada fəaliyyət göstərmiş qızlar məktəbi. Məktəbdə dini etiqadından və mənşəyindən asılı olmayaraq bütün qızlar təhsil ala bilərdilər. Tədris planına oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Məktəbdə təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri keçilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olub, pulsuz keçirilirdi. Rus dili Konstantin Uşinskinin “Vətən dili” hesab isə Vasili Yevtuşevskinin “Hesab məsələləri” kitabı əsasında tədris edilirdi. Şuşa Marinski Qız Məktəbi 1894-cü ildən dördsinifli gimnaziyaya çevrildi. 1901-ci il burada təhsil alan şagirdlərin yeddisi azərbaycanlı idi. == Binası == Sovet işğalından sonra binada internat məktəbi fəaliyyət göstərib.
Müqəddəs Nina qız gimnaziyası
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası (Bakı)
Müqəddəs Nina qız gimnaziyası — Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. == Tarixi == 1846-cı ildən başlayaraq Rusiyada “Müqəddəs Nina” adı ilə fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyəti aztəminatlı ailələr üçün işlər görürdü. Azərbaycanda isə ilk dəfə 1848-ci ildə Şamaxıda Müqəddəs Nina təhsil müəssisəsi fəaliyyətə başladı. 1859-cu ildə güclü zəlzələ nəticəsində Şamaxı dağıldı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü. 1861-ci ilin oktyabrında hərbi qubernator Tarxan Mouravovun təşəbbüsü və himayəsi ilə o dövrün imperator xanımı Mariya Aleksandrovnanın himayəsi altında fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Bakıda ilk dəfə bölməsi açıldı. 1862-ci ildə bu cəmiyyətin nəzdində Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbi) əsası qoyuldu. Bu müəssisəyə qubernatorun həyat yoldaşı Baronessa rəhbərlik edirdi. O dövrdə məktəb şəhər ətrafında keçmiş Tatarskaya (indiki Topçubaşov) küçəsində, Bakı limanının komandiri K.V.Freyganqın evində, geniş bağ sahəsi olan bir ərazidə yerləşirdi. 1874-cü ildə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən məktəb gimnaziya statusu aldı və Bakı qızlar gimnaziyası kimi fəaliyyətə başladı. 1886-cı ildə “Müqəddəs Nina” qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə məktəb binası üçün tikintinin əsası qoyuldu.
Müqəddəs Nina qız gimnaziyası (Gəncə)
Müqəddəs Nina qız gimnaziyası == Bina == Bina 1883-cü ildə Gəncənin ikinci hissəsində, ermənilərin və qeyri- müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırılan yerdə inşa edilib. Binada XIX əsrin sonları, XX əsrin əvvəllərində Müqəddəs Nina qız gimnaziyası yerləşirdi. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsindədir. Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori, 1 avstraliyalı və 1 osetin qızı təhsil aldığı halda, burada yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər.
Müqəddəs Nina qız gimnaziyası (Tbilisi)
Müqəddəs Nina qız gimnaziyası — Tbilisidə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi. Təhsil müəssisəsi 5 may 1846-cı ildə açılmışdır.
Qafqaz gimnaziyası
Qoqoevin qızlar gimnaziyası
Qoqoevin qızlar gimnaziyası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində təhsil mərkəzi. Qoqoevin qızlar gimnaziyası 1882-ci illərdə təsis edilmişdir. Binası isə Rostov-na-Donu şəhəri 30-cu xətt küçəsi, ev 8, liter A ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1882-ci ildə Qoqoevin qızlar gimnaziyası 1917-ci ildə 45 saylı sovet əmək məktəbi (birinci pillə) və 6 saylı məktəb (ikinci pillə), 1959-cu ildə isə 14 saylı orta məktəbə çevrilmişdir. 14 saylə məktəbdə ingilis dilli əsas götürülürdü. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donudan olan II gildiya taciri Nikita Qoqoev (Mkrtlçan Qoqoyan) yazıçı N. V. Kukolkinin məsləhəti ilə ölmüş dörd qızının xatirəsinə 103237 rubl vəsiyyət etmişdir. Üç mağaza və dəri zavodundsm əldə edilən gəlir qızlar üçün məktəbin inşasına sərf edilmişdi. Yeni məktəb üçün Qoqoev yeni hədəflər müəyyən etmişdi: "… qızların tərbiyyəsində gözəl dini təhsilin alınmaması cəmiyyətin xeyrinə deyildi, burada gözəl həyat yoldaşları cəmiyyət üçün hazırlanırdı ki, övladlarınl düzgün istiqsmətdə tərbiyyə edə bilsinlər".
Respublika İncəsənət Gimnaziyası
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası — Azərbaycanın orta incəsənət təhsil məktəblərindən biri. == Tarixi == Musiqi məktəbi 1959-cu ildə yaradılmışdır. Yarandığı zaman (60-cı illərdə) 8 №-li musiqi təmayüllü internat məktəbi kimi tanınırdı. Sovet hakimiyyəti dövründə Azərbaycan SSR-nın müxtəlif yerlərindən gələn istedadlı uşaqlar burada həm təhsil alır, həm də yaşayırdılar. Musiqi təmayüllü internat məktəbinə uzun illər bəstəkar Oqtay Rəcəbov başçılıq edib. Sonralar 1990-cı ildə o, məktəbi iki illiyə tərk edib. 1991-ci ildən O.Rəcəbov Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyevlə birlikdə internat məktəbinin İncəsənət Gimnaziyasına çevrilməsi ideyası üzərində çalışıb. 1992-ci ildə Təhsil Nazirliyinin sərəncamı ilə məktəbə gimnaziya statusu verilib və O.Rəcəbov bura direktor təyin edilib. O.Rəcəbov gimnaziyayanın ən uzunmüddətli direktoru olub. Gimnaziyada musiqi ixtisaslarının artırılması, incəsənətlə bağlı müxtəlif peşələrin tədrisi üçün uzun illər çalışıb.
S. Y. Yaqubyansın xüsusi kişi realnı gimnaziyasının binası
S. Y. Yaqubyansın xüsusu kişi realını gimnaziyasının binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Bina xüsusi kişi realnı gimnaziyası üçün inşa edilmişdir. Rostov-na-Donu şəhəri, 1 may küçəsi ev 34 ünvanında yerləşir. Binanın Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Sarkis Arutyonoviç Yaqubyans coğrafiya müəllimi olmuşdur. 1908-ci ildə onun vəsaiti hesabına şəhərdə ilk kişi orta təhsil mərkəzi açılmışdır. Təhsil ocağı 14 sentyabr 1908-ci ildə açılır. Onun açılışında şəhər sakinləri, pedaqoqlar, Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin rəhbəri iştitak etmişdir. Təhsil ocağınln binası şəhır kilsələrinin birinə yaxın yerləşir. Binanln icarəsi ilə əlaqədar olaraq valideynlər komitəsi şəhır rəhbərliyinə müraciət edərək uçilişin ehtiyaclarının ödəlinmədi məqsədi ilə təhsil ocağına yardım göstərməyi xahiş edir.

Digər lüğətlərdə