Müqəddəs Nina qız gimnaziyası (Gəncə)
Bina XIX əsrin sonları, XX əsrin əvvəllərində məhz bu cür adlanırdı. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsində olan bina ilə bağlı olduqca maraqlı bir fakt mövcuddur…
Belə ki, bina 1883-cü ildə Gəncənin ikinci hissəsində , ermənilərin və qeyri müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırdığımız yerdə inşa edilib və bu da əbəs yerə deyil. Çünki, Çar Rusiyası azərbaycanlıların elmə yiyələnməsinin daim əleyhidarı olub və əsasən xristianların (ermənilərin) elm almaları üçün çaba sərf edib, əsas elm mərkəzlərini də məhz xristianlar (ermənilər) olan ərazilərdə inşa edib
Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus,506 erməni,66 gürcü,21 alman,19 yəhudi,16 polyak,4 ingilis,3 yunan,3 sarı xaldey,3 aysori,1 avstraliyalı və bir osetin qızı təhsil aldığı halda, burda yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər.