GÖZƏL-GÖYÇƏK

прил. во всех отношениях красивый, очень красивый. Gözəl-göyçək qızdır она очень красивая девушка
GÖZƏL
GÖZƏL-GÖZƏL
OBASTAN VİKİ
Göyçək Fatimə
Göyçək Fatma (1973)
Göyçək Fatma (rus. Прекрасная Фатьма) — Azərbayacan televiziya cizgi filmi. == Məzmun == Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. == Festivallar və mükafatlar == 1)1976-cı ildə Tbilisidə VI Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışdır. == Film haqqında == Kukla filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
Göyçək Fatma (1988)
Göyçək Fatma — Azərbaycanın lk beş hissəli cizgi film-operası. == Məzmun == Film Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir. == Film haqqında == Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmidir. Applikasiya filmidir. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nazim Məmmədov Ssenari müəllifi: Mirvarid Dilbazi Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı : Firəngiz Quliyeva == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Göyçək Fatimə (film)
== Film haqqında == Daxili yoxsa xarici gözəllik? Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa qlamur həyat tərzi ilə kişilərin ağlını başından alan, daxilən kasıb və kütbeyin olan qızlar? Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur... Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosessiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur.
Abdulbari Gözəl
Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri. == Həyatı == Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır. == Fəaliyyəti == === Erkən biznes fəaliyyəti === Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır. 1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur. 1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "İntersun Holding" adlı şirkətlər qrupunu yaratmışdır.
Gözəl baladovdaq
Gözəl baladovdaq (lat. Chlamydotis undulata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinin baladovdaq cinsinə aid heyvan növü. == Statusu == Nadir növdür. == Kateqoriyası == Azərbaycanda kritik vəziyyətdədir (CR). Yaxın gələcəkdə nəsli kəsilə bilər. == Qısa təsviri == Ümumi rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur . == Yayılması == Naxçıvan MR üçün səciyyəvi quş olub.
Gözəl bilimbiya
Gözəl bilimbiya (Elmi adı - Bilimbia pulchra) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun nazik, dənəvər quruluşda olub, qəhvəyi-boz rəngdədir. Apotesiləri tallom səthində səpələnmiş vəziyyətdə 2-3 yerləşmişdir. Diametri 0,4-0,8 mm, oturaqdır. Apotesi diski dəirmi, qara, tutqun, çılpaqdır. Diskin qıraqları nisbətən açıqdır. Tallom KOH təsirindən bənövşəyi rəng alır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Qazmaqvari həyatı formaya malikdir. Cinsi çoxalması sporlar vasitəsilədir.
Gözəl bugenvilleya
Gözəl bugenvilleya (lat. Bougainvillea spectabilis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi Amerikadır. Braziliyada geniş yayılmışdır. Qərbi Avropanın cənub rayonlarında bəzək bitkisi kimi məşhurdur. Qafqazın Qara dəniz sahillərində (Suxumi, Batumi), açıq şəraitdə, zədələnmiş halda qışlayır. Suxumi və Adlerdə tək-tək nümünələrinə təsadüf edilir. == Botaniki təsviri == Çox tez böyüyən liandır. Hündürlüyü 10 m-ə qədər olur. Çiçəkləri iri süpürgə şəklində birillik budaqlar üzərində əmələ gəlir.
Gözəl bulaqotu
Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır.
Gözəl dazı
Gözəl dazı (lat. Hypericum formosissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyanın nadir, məhdud endemik növdür. Arealı azalmaqda olan relikt növdür. == Yayılması == Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının Əznəburd kəndi ətrafında olması məlumdur. Azərbaycandan kənarda isə Ermənistanda bitir. Aşağı dağlıq qurşağın əhəngli yamaclarında bitir. Ehtiyatı çox azdır, çünki növün yayılması olduqca məhduddur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Antropogen amillər və populyasiyasının az miqdarda olması bitkinin azalmasına səbəb olub.
Gözəl dovşanalması
Gözəl dovşanalması (lat. Cotoneaster insignis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində təbii halda yayılmışdır. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqlarının qabığı tünd boz rəngli, aşağıya doğru sallanır. Yarpaqları xırda, uzunsov ellipsvari, 8-10 mm uzunluğunda, 3-5 mm enindədir və parlaqdır. Meyvəsi dairəvi, qırmızıdır, 2-3 toxumludur. Toxumla çoxaldılır. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Gözəl ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. == Quruluşu == Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Gözəl kallistemon
Gözəl katalpa
Gözəl katalpa (lat. Catalpa speciosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə, Şimali Amerikanın şərqində bitir. == Botaniki təsviri == Sıx, geniş, piramidal çətirə malik, hündürlüyü 30 m-ə çatan, qamətli ağacdır. Gövdəsinin üzəri boz, qalın təbəqəli qabıqla örtülmüşdür. Yarpaqlarının uzunluğu 30 sm, eni 15 sm, iri, üst səthi hamar, parlaq-yaşıl, alt səthi seyrək tüklü olub, uzun saplaqlarda yerləşir.Çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır, diametri 7 sm, uzunluğu 15-20 sm olub, iri, gözəl, açıq-sarı, ağımtıl-çəhrayı rəngli, kənarları dalğalıdır. Meyvəsi silindrik, uzunsov, təpəsinə doğru getdikcə daralan, dərivari, bərk, tünd-qonur rəngli, açılan qutucuqdur və 2 taylıdır. Toxumu hamar, qanadlı, uzunsov-xətvari, hər iki ucunda saçaqlı, açıq-qonur, bərk, xırda, uzunluğu 24-31 mm, eni 6-8 mm, qalınlığı 0,3 mm-dir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Toxumla, qələmlə, kök pöhrələri ilə çoxaldılır.
Gözəl kostus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.
Gözəl mahmızlalə
Gözəl mahmızlalə (lat. Corydalis speciosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Gözəl reyhan
Gözəl reyhan (lat. Ocimum gratissimum) — reyhan cinsinə aid bitki növü.
Gözəl sığırquyruğu
Gözəl sığırquyruğu (lat. Verbascum speciosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Yarımnövləri == Verbascum speciosum subsp. megaphlomos (Boiss. & Heldr.) Nyman Verbascum speciosum subsp.
Gözəl telekiya
Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.
Gözəl təlxələr
Gözəl təlxələr (lat. Coluber) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bu cinsə əvvələr çoxlu növlər daxil idi.
Gözəl vaxtsızotu
Gözəl vaxtsızçiçək (lat. Colchicum speciosum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu == “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot [bitki]sidir. Kök yumrusu uzunsov dairəvi, iri, 5 sm-ə qədər uzunluğunda və 3-4 sm enində, tünd-qəhvəyi qınla örtülüdür, uzun, enli borucuğa keçir. Yarpaqları 4 sayda, 25 sm uzunluğunda, 4 sm-ə qədər enində, aşağıdakılar daha iridir. Çiçəklər iri 1-4 ədəddir. Çiçəkyanlığı 5-6,5 sm uzunluğunda, 16- enindədir. Erkəkcik 2 dəfə çiçəkyanlığından qısadır.
Gözəl vaxtsızçiçək
Gözəl vaxtsızçiçək (lat. Colchicum speciosum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu == “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot [bitki]sidir. Kök yumrusu uzunsov dairəvi, iri, 5 sm-ə qədər uzunluğunda və 3-4 sm enində, tünd-qəhvəyi qınla örtülüdür, uzun, enli borucuğa keçir. Yarpaqları 4 sayda, 25 sm uzunluğunda, 4 sm-ə qədər enində, aşağıdakılar daha iridir. Çiçəklər iri 1-4 ədəddir. Çiçəkyanlığı 5-6,5 sm uzunluğunda, 16- enindədir. Erkəkcik 2 dəfə çiçəkyanlığından qısadır.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Gözəl çayırçiçəyi
Gözəl çayırçiçəyi (lat. Aster amellus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. Bu bitki Pireneydə və Alp dağlarından Karpatlara qədərki Avropa dağlarında yetişir. Avropadan kənarda Qərbi Asiyada (Türkiyə), Qafqazda, Sibirdə, Cənubi Asiyada (Uttarakhand, Hindistan) və Mərkəzi Asiyada (Qazaxıstan) rast gəlinir. == Yarımnövləri == Aster amellus subsp. bessarabicus (Bernh. ex Rchb.) Soó Aster amellus subsp. ibericus (Steven) V.E.Avet.
Gözəl əntiqdurna

Digər lüğətlərdə