Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alagöz
Yaşayış məntəqələri Ermənistanda Alagöz rayonu — Ermənistanda rayon. Alagöz (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz (İrəvan quberniyası) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal. İranda Alagöz (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Alagöz (Urmiya) — İranın Qərbi Azərbaycan ostanında kənd. Alagöz (Sayınqala) — Digər Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz dağı — Ermənistan adlanan ərazidə dağ.
Alagöz (Abaran)
Alagöz (Camışlı, Böyük Camışlı və Kiçik Camışlı) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı == Tarixi == === Camışlı === İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. === Böyük Camışlı === 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Abaran çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Sayınqala)
Alagöz (fars. الاگوز‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardolu kəndistanında, Marağa şəhərindən 75 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (54 ailə).
Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Urmiya)
Alagöz — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Sulduz bölgəsinin qəsəbəətrafı kəndistanında, Nəqədə qəsəbəsindən 9,5 km şimal-qərbdədir.
Alagöz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. == Toponim == Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Alagöz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Alagöz (İrəvan quberniyası)
Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz , Alagəz, Alagöz kimi qeyd edilir. Araşdırmalara görə, kəndin ilkin və əsl adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr mövcuddur. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. == Əhalisi == Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir.
Aşağı Alagöz (Sulduz)
Aşağı Alagöz (fars. الاگوز سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (8 ailə).
Rauf Qərib Alagöz
Rauf Qərib Alagöz (əsl adı: Rauf Mübariz oğlu Alagözov; 26 oktyabr 1982, Ərcivan-Sarvan, Kvemo-Kartli) – Azərbaycan nasiri, şair və bəstəkarı. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. Rauf Mübariz oğlu Alagözov 26 oktyabr 1982-ci ildə indiki Gürcüstanın Kvemo-Kartli diyarının Dağ-Sarvan kəndində anadan olmuşdur. V sinifə qədər həmin kəndin orta məktəbində, daha sonra isə Bakı şəhər, Sabunçu rayonu, 192 saylı tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 2002–2006-cı illər İstanbulda yaşamış, Bakıya qayıtdıqdan sonra Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Ədəbi fəalliyyətə bir sıra qəzet və jurnallarda çap olunmaqla başlayan Alagöz daha sonra Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul olunmuş, Yazıçılar Birliyinin xətti ilə Prezident Təqaüdünə layiq görülmüşdür. Onlara şeirinə mahnılar bəstələnən şairin "Dəli Afət", "Maqnum Arzusu", "Axirətdən gələn zəng" və s. hekayələri oxucular tərəfindən rəğbət görmüşdür. Alagöz eyni zamanda onlarla mahnının da söz və musiqi müəllifidir ("Zəfər Marşı", "Can Şəhidim", "Qarabağ FK Marşı", "Türke Zafer Yakışır" və s.). Şairin 2 kitabı işıq üzü görmüşdür.
Yuxarı Alagöz (Sulduz)
Yuxarı Alagöz (fars. الاگوزعلياا‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (43 ailə).
Alagöz yaylağında (film, 1955)
Alagöz yaylağında qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1955-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Qax rayonunun Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur. == Məzmun == Film Qax rayonunun Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur.
Alagöl
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Alagöl (Qazaxıstan)
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür.
Kiçik Alagöl
Kiçik Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Dəniz səviyyəsindən 2739 m yüksəklikdə yerləşir, səhtinin sahəsi 1,2 km², ən dərin yeri metrdir. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. == Tarixi == Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göl ərazisi də işğal altına düşür. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.. Müvafiq olaraq gölün yerləşdiyi ərazi də Azərbaycanın nəzarətinə keçir. == Haqqında == Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 m, maksimal eni 825 m, orta eni 450 m, sahil xəttinin uzunluğu 5260 m-dir. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Maksimal dərinliyi 4 m-dir.
Yasemin Anagöz
Yasemin Əcəm Anagöz (türk. Yasemin Ecem Anagöz; 14 oktyabr 1998, İzmir) — Türkiyəli idmançı. Məşğul olduğu idman növu oxatmadır. Olimpiya və Avropa Oyunlarının iştirakçısı olub. Yasemin Ecem Angagöz 14 oktyabr 1998-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlib. Hal hazırda "Göztepe" klubunda çıxış edir . Yasemin Anagöz ölkəsini 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında təmsil edib. O Avropa oyunlarında 1/4 finala qədər yüksəlir ancaq burada Yunan oxatan Evangelia Psarraya 0: 6 hesabı ilə məğlub olur . Avropa oyunlarında göstərdiyi nəticəyə görə 13-cu yeri tutur. 2015-ci ildə Kopenhagendə keçirilən Dünya Çempionatında fərdi və komanda yarışlarında iştirak edir.
Ayaqoz
Ayaquz və ya Ayaqoz(qaz. Аягөз) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində rayon tabeliyində olan şəhər, Ayaqoz rayonunun inzibati mərkəzi. Qazaxıstanın şərqində, Ayaqoz çayının hər iki sahilindədir. Strateji əhəmiyyət kəsb edir; şəhərdə bir neçə hərbi qarnizon və hava hücumundan müdafiə raket qüvvələri kompleksi yerləşdirilib. Respublikanın əsas nəqliyyat mərkəzidir. Türküstan-Sibir dəmir yolunun böyük bir qovşağı, respublika magistral yollarında bir çəngəl: Almatı - Ust-Kamenogorsk, Karaqanda - Ayaqoz - Boqaz. Şəhərin üstündə bir neçə beynəlxalq hava yolunun kəsişməsidir. == Əhalisi və tərkibi == 1 yanvar 2016-cı il tarixinə qədər şəhərdə 38126 nəfər (18.554 kişi və 19572 qadın) yaşayırdı. Milli kompozisiya (1 noyabr 2012-ci il tarixinə): Qazaxlar - 39 113 nəfər. (93.02%) Ruslar - 1715 nəfər.
Alagir
Alagir (oset. Алагир ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi. 19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Aragöl
Arakel — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Kənddə bir məktəb var. == Coğrafiyası və iqlimi == Arakel kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 710 m hündürlükdə yerləşir. == Əhalisi == 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 176 nəfər, 2002-ci ildə 450 nəfər, 2006-cı ildə 201 ailədə 726 nəfər Borçali türkü.
Pəriçınqıl Alagölü
Pəriçınqıl Alagölü — Laçın rayonu ərazisində göl. Ermənistanın Gorus rayonu ilə sərhəddə şirin sulu göldür. 2974 metr yüksəklikdə yerləşir. Vulkan mənşəli bu göldən mal-qaranın suvanlması üçün istifadə edilir. Ərazidəki Ala göllər qrupundan olan bir neçə göldən fərqləndirmək məqsədilə Pəriçınqıl dağının adından istifadə olunmuşdur.
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Alaqoas
Alaqoas (port. Alagoas) — Braziliyanın şərqində yerləşən ştat. Ştat şimaldan Pernambuku, cənubdan Serjipi, cənub-qərbdən Baiya ştatları ilə sərhədlənir. Şərqdən Atlantik okeanın suları ilə yuyulur. Ərazisi 27 767,7 km² təşkil edir. Əhalisinin sıxlığına görə Braziliyada dördüncü yerdədir. Ştatın inzibati mərkəzi Maseyo şəhəridir. Ştat 102 rayona bölünür. İri şəhərləri Maseyso, Arapiraka, Palmeyra-duz-İndius, Riu-Larqu, Penedu, Union-dus-Palmaris, San-Migel-dus-Kampus, Santana-du-İpanema, Delmiru-Qoveya, Koruripi, Mareşal-Doedoru və Kampu-Aleqri. Əhalinin 2,100,000 nəfəri (66.18%) qarışıq, 964,000 nəfəri ağlar (30.39%), 96,000 nəfəri qaralar (3.02%), 11,000 nəfəri isə asiyalılar (0.35%).
Kalanoz
Efaristos Kalanoz (XIII əsr-1287) — Rum komandir və casus. Savcı Qazini şəhid edən qatil. Kalanozu Osman Bəy öldürmüşdür/öldürtmüşdür.