Gülşad Baxşıyeva
Gülşad Eynulla qızı Baxşıyeva (12 dekabr 1952, Kürdəxanı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professor və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
== Həyatı ==
Gülşad Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971–1975-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir.
O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğu zaman, müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır.
2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür.