GƏNCLƏŞMƏK
GƏNDALAŞ
OBASTAN VİKİ
Gənclik
Gənclik- uşaqlıq və yetkinlik arasında həyat dövrü (18-35 yaş)
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gənclik metrostansiyası
Gənclik metrostansiyası — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda "Yadındamı" mahnısından fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Stansiyanın 6 giriş-çıxışı var.
Gənclik parkı
Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park. 26 avqust 2021-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər. Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır. Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür. Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.
Gənclik İK
"Gənclik" metrostansiyası
Gənclik metrostansiyası — Bakı metrosunda stansiya. Stansiyaya daxil olan qatarlarda "Yadındamı" mahnısından fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Stansiyanın 6 giriş-çıxışı var.
Gənclik plyaji filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Gənclik Şəhəri (1966)
== Məzmun == Film Xəzərin sahilində salınmış ən gənc şəhər — Sumqayıtın 15 illiyinə həsr olunmuşdur.
Gənclik şəhəri (film, 1966)
== Məzmun == Film Xəzərin sahilində salınmış ən gənc şəhər — Sumqayıtın 15 illiyinə həsr olunmuşdur.
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi. Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi. YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
Türkiyə İnqilabçı Gənclik Federasiyası
Türkiyə İnqilabçı Gənclik Federasiyası (türk. Türkiye Devrimci Gençlik Federasyonu), tez-tez sadəcə olaraq İnqilabçı Gənclik (türk. Devrimci Gençlik , DEV-GENÇ) adlanır — 1965-ci ildə Türkiyədə təsis edilən və 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra fəaliyyəti qadağan edilmiş, bir müddət gizli təşkilat olaraq fəaliyyətini davam etdirən marksist–leninist təşkilat. 1965-ci ildə Debat Klubları Federasiyası kimi təsis edilmiş və 1969-cu ildə adı dəyişdirilmişdir. Dev-Genç üzvləri 1969-cu ildə Ankarada universitet şəhərciyini ziyarət edərkən ABŞ səfiri Robert Komerin avtomobilini yandırmışdılar. Dev-Genç üzvləri ABŞ-ın 6-cı donanmasının Türkiyədə lövbər salmasına qarşı etirazlarda iştirak etmiş, həmçinin 15–16 iyun 1970-ci ildə işçilərin aksiyalarında fəal rol oynamışdılar. 1971-ci il dövlət çevrilişindən sonra Dev-Genç üzvü olduğu iddia edilən 226 nəfər Ankara 1 saylı Hərbi Məhkəməsində, 154 nəfər İstanbul 2 saylı Hərbi Məhkəməsində, 34 nəfər isə Diyarbəkir Hərbi Məhkəməsində mühakimə olunmuşdur.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.
Sumqayıt gənclik şəhəridir (film, 1964)
Kinooçerk yeni Sumqayıt şəhərinin salınmasının 15-ci ildönümünə həsr olunmuşdur. Gənclik şəhərinin taleyi ölkəmizin müxtəlif yerlərindən buraya gəlmiş adamların taleyi ilə sıx bağlıdır. Filmdə belə adamlardan bir neçəsi barədə söhbət açılır. Bu adamlar kimlərdir? Aslan Osmanov, Mixail Kabakov, Zəminə Həsənova və başqaları. Oçerkin ikinci hissəsi bütünlüklə şəhərin yubileyinə həsr olunmuşdur. Şəhər doğum evində daha bir sumqayıtlı anadan olmuşdur. "Rossiya" kinoteatrında və "Roza" kafesində bayram təntənələri, bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli gecə, ümumxalq gəzintisi, atəşfəşanlıq və s. filmdə öz əksini tapmışdır. Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Əlibala Ələkbərov Operator: Əlibala Ələkbərov Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Atatürkü Anma, Gənclik və İdman Bayramı
Atatürkü Anma Gənclik və İdman Bayramı (türk. Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı. == Tarixi == Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır. 12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.

Digər lüğətlərdə