HIÇQIRIQ

сущ. 1. рикӀ къекъягъун (рикӀ къекъягъиз-къеняй шедамаз туьтуьнай атӀуз-атӀуз акъатдай ванер); 2. хинкӀ; хъапӀ.
HƏZZ
HIÇQIRIŞMAQ
OBASTAN VİKİ
Hıçqırıq
== Hıçqırıq nədir == Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir. == Hıçqırığın səbəbləri == Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinilən səbəblərdir. Həmçinin, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda bir həkimə baş vurmaq lazımdır. == Hıçqırıq necə keçər? == Hıçqırığı önləmək üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır. Bu tədbirlərə baxmayaraq yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunmaqdadır.

Digər lüğətlərdə