hədə-qorxu gəlmək (qorxutmaq, hədələmək)

to scare the daylight out of someone / try to bully someone / to shout someone down / try to browbeat someone into doing smth. / to play someone up / try to shout someone down / to bark at someone / to order someone about / to handle someone roughly / to shout someone down / Amer. to bulldoze someone задавать копоти / брать (взять) на арапа / брать горлом / брать на бас / брать на бога (пригрозить, запугивать, шантажировать, перепугать кого-либо до потери сознания, до смерти)
həddsiz çox giley-güzar (sonsuz şikayətlər)
hədəfə düşmək
OBASTAN VİKİ
Hədə-qorxu
Hədə-qorxu — şəxsin bədən xəsarəti almaqdan qorxmasına səbəb ola biləcək qəsdən edilən davranış. Zərərçəkmişin həqiqətən də qorxmuş olduğunu sübut etməyə ehtiyac yoxdur.
Qorxu
Qorxu — məlumatsızlıqdan yaranan duyğu. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri-müəyyənliyindən irəli gəlir. Qorxu həm də bir insanın yaşadığı ümidsizliklər və ya uğursuzluqlar nəticəsində yaranmış bir hissdir. Ən əsası qorxu bir ciddi psixoloji xəstəlikdir, müalicə olunmağı mütləqdir. Müasir dildə həmçinin fobiya termini də oxşar mənada istifadə edilir. Qorxunu aradan qaldırmaq üçün müxtəlif müalicə metodları mövcuddur. Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayhrurjrbrbr. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.
Qorxu filmi
Qorxu filmləri və ya horror – insanı vahiməyə gətirən bədii filmin janrıdır. Ən məşhur qorxulu filmləri çəkən ölkələr sırasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və İtaliya kimi ölkələr daxildir. "Horror" terminini ilk dəfə fransızlar işlətmişlər. İlk qorxulu film fransız rejissoru Jorj Melyes tərəfindən 1896-cı ildə çəkilən İblisin qəsri filmidir. 1909-cu ildə çəkilən "Cingilti" filmi Rusiyanın ilk qorxulu filmidir. 1910–1940-cı illər arasında "Drakula" və "Frankenşteyn" haqqında ilk vahimə janrında filmlər çəkilir. 1949-cu ildə çəkilən "Yellənən" filmi Hindistanın ilk qorxulu filmidr 1950-1960-cı illər arasında çəkilmiş qorxulu filmlər əvvəlki çəkilən filmlərdən fərqlənir. Çünki bu filmlər psixoloji formada çəkilirdi. Xüsusilə, bu filmləri məşhur ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok çəkirdi. İlk dəfə "Qorxu filmi" janrında yayımlanan serial ABŞ-də 1959-1964-cü il arası çəkilən "Alaqaranlıq zonası" serialı idi.
Qorxu ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir ogədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Qorxu (film, 1993)
Darr (hind.: डर, mənası: Qorxu) — romantika və triller janrında olan Bollivud filmidir. Kiran (Juhi Chawla) adlı bir qız Sunilə aşiqdir. Lakin o, kollec yoldaşı Rahul (Şahrux Xan) tərəfindən dəlicəsinə sevildiyindən xəbərsizdir. Kiranla Sunil evləndikdən sonra Rahul gizli zənglərlə Kiranı narahat eləməyə başlayır. Az sonra Rahul Sunillə dostluq edir. Lakin bir gün o, Sunili bıcaqlayır. Kiranla zorla evlənmək istəyir. Bu vaxt Sunil yaralı halda gəlir və Rahulu öldürür.
Qorxu və Titrəmə
"Qorxu və Titrəmə" (Danimarka dilində: Frygt og Bæven) — 1843-cü ildə İohannes de Silentio təxəllüsü ilə çap olunan Sören Kyerkeqora aid fəlsəfi bir əsərdir. Ümumilikdə kitabın başlığı Bibliyada keçən bir hissədən götürülüb. Belə ki, kitabın baş qəhrəmanı Tanrının ondan öz sevimli oğlunu qurban olaraq tələb etdiyi Tövratdakı İbrahimdir Bibliyadan götürülmüş həmin ifadə aşağıdaki şəkildə qeyd edilib: "Mənim əzizlərim, həmişə söz dinlədiyiniz kimi, sadəcə mən yanınızda olanda yox, indi, yanınızda olmadığım bir vaxtda da, qorxu və titrəmə ilə xilasınıza yetişmək üçün cəhd edin, çünki Tanrı Öz lütfü ilə sizi, həm istək, həm də əməl sahibi edir." (Bax: Filippililərə; 2. 12–13) Buna görə də bu əsər Susqun İohanın dialektik lirikası olaraq təqdim edilir. Belə ki, öz məzmununa görə bu kitab sanki iki fərqli hissədən ibrarətdir. Əsərin birinci hissəsi oxucunu mənəvi, hissi, psixoloji cəhətdən Tövratda keçən bu hekayənin cazibəsinə salmaq üçün lirik əhvalda təqdim edilmişdir. Adətən bir musiqi alətində ifa etməzdən əvvəlki kökləmə prosesini xatırladan bu hissədə qeyd edilənlər İbrahimin qurban hadisəsini ilk dəfə uşaqlığında eşidərək təsirlənən və böyüdükcə onun bu əməlindən daha çox təsirlənərək tərəddüdə düşən bir insanın təxəyyülündə canlanır. İkinci hissəsi isə müəllifin əsas götürdüyü təməl kateqoriyaların tədqiqi, etik və dini olan arasındakı münasibət, etik olanın teleolojik təcridi və bir çox başqa məsələlərin dialektik şəkildə fəlsəfi tədqiqatından ibarətdir. Belə bir dialektik nəzər nöqtəsindən ən yüksək zirvədə sözlə ifadə edilə bilməyən, rasionallıqdan uzaq, qaranlıq, absurd bir iman "paradoks"u dayanır. Kyerkeqor bu kitabda insanın Tanrı naminə dünyəvi istəklərdən imtina etməsini (təslimiyyət həmləsini) və sonra Tanrı üçün hər şeyin, hətta insan məntiqində absurd olan şeylərin də həyata keçirilməsinin mümkün olduğunun fərqinə vararaq yenidən həmin dünyəvi ehtiraslara geri qayıtmasını (iman həmləsini) ifadə edən əbədiyyətin ikili həmləsi ətrafında müzakirə aparır.
Nosferatu: Qorxu simfoniyası
Nosferatu: Qorxunun simfoniyası (alm. Nosferatu, eine Symphonie des Grauens‎) — 1922-ci ildə istehsal olunmuş Almaniya qorxulu filmidir. Film dövründə çəkilən digər filmlər kimi səssiz çəkilmişdir. Filmdəki yazılar Alman dilindədir. Film İrland yazıçısı Brem Stokerin Drakula əsərinin motivləri əsasında çəkilmişdir. Filmin məzmunu romandakından fərqlidir. "Nosferatu: Qorxunun simfoniyası" filmindəki Qraf Orlok obrazı romandakı "Qraf Drakula" personajına uyğundur. Əmlak işçisi Tomas Hatter Almaniyanın Bremenə bağlı Visburq adlı kiçik bir qəsəbəsində həyat yoldaşı Elen ilə birlikdə yaşayır. Tomasa Transilvaniyada yaşayan Qraf Orlokdan məktub gəlir. Bəzi simvollarla dolu bu məktubu Knok adlı şəxs Tomas üçün oxuyur.
Amerikan qorxu hekayəsi
Amerikan qorxu hekayəsi (ing. American Horror Story) – Rayan Mörfi və Bred Felçak tərəfindən yaradılmış ABŞ istehsalı qorxu-triller teleserialı. Serialın hər mövsümündə müxtəlif qorxu hekayələrinə yer verilir, eyni aktyor heyəti hər mövsüm fərqli rolları ifa edir. Serialın birinci mövsümü "Qatil Ev" adlanır. Burada hadisələr 2011-ci ildə Los-Ancelesdə cərəyan edir. Hekayədə bir ailənin yeni evə köçməsi ilə başlarına açıqlanmaz hadisələr gəlməsindən bəhs edir. İkinci mövsüm olan "Psixiatriya Xəstəxanası" 1964-cü ildə Massaçusetsdə dəlixanada xəstələrin və işçilərin başına gələn hadisələrdən bəhs edilir. Üçüncü "Cadugərlər məclisi" adlı mövsümdə 2013-cü ildə Nyu-Orleanda cadugərlar və onları məhv etmək istəyən şirkətdən danışılır. Dördüncü "Anormallar Şousu" adlı mövsümdə hadisələr 1952-ci ildə cərəyan edir və burada qəribə görünüşdə doğulmuş insanlardan bəhs olunur. Beşinci mövsüm olan "Otel"-də hadisələr 2015-ci ildə sirli qətllərin baş verdiyi oteldən bəhs edilir.
Qorxu altında (film, 2017)
"Qorxu altında" — rejissor Namiq Əlioğlunun filmi. Narkomaniyaya mübarizə məqsədilə çəkilmişdir. Filmdə narkotik vasitənin təsirindən mutanta çevrilən və dispanserdən qaçan 3 xəstənin yaşadıqları macəradan bəhs edilir.
İlk qorxu (film, 1996)
İlk Qorxu - Primal Fear ve ya ilk qorxu baş rollarında Riçard Qere ve Eduard Nortonun oynadığı 1996 cı il Hollivud filmi. Eduard Norton film karyerasına bu filmlə başladı ve filmdəkı roluna görə Qızıl qlobus mukafatına layiq görüldü. Gənc kilsə adamı Aron (Eduard Norton) baş kahini öldürməkdə günahlandırılır.Müdafiəsini öz üzərinə götürən təcrübəli hüquqşünas Martin Veil (Riçard Qere) bütün subutlar əleyhinə olsa da gəncin qorxaq və ağrılı vəziyyətini görəndə günahsız olduğuna qərar verir.Ancaq həbsxanadakı görüşlərindən birində gözlənilməz bir şey olur və Aronda şəxsiyyət pozuntusu və davası olduğu ortaya çıxdı və məhkəmənin gedişatı tamamilə dəyişdi. Janr:Dram/Gərginlik/Cinayət Rejissor:Qriqori Hoblit Ssenari:Stiv Şaqan,An Bidermən,Viliam Diel Kinomatoqrafiya:Mikael Çapman Musiqi:Fredriko de brito,Jeyms Nevton Hovard,Stiv Porkaro,J.Peter Robinson,Ferer Trindade,Cuk vils Çap:1996.ABD,129 dəqiqə •Riçard Qere(Martin Veyl) •Eduard Norton(Aron Stampler) •Laura Linney(ittihamçı Janet Venəbl) •John Mahoney(John Sagnesy) •Franses Mcdormand(Dr.Moly Arigtony) •Alfe Vudard(hakim Miriam Shuat) •Tery O'Quin(bud yansy) •Andre Bragher(Tomiy godman) Filmin səs qurşağında istifadə olunan musiqi parçaları bunlardır.
Amerikan qorxu hekayələri (teleserial, 2021)
Amerikan qorxu hekayələri (ing. American Horror Stories) — Rayan Merfi və Bred Felçak tərəfindən FX kanalı üçün yaradılmış ABŞ istehsalı qorxu teleserialı. Serialın hər bir seriyasının məzmunu bir-birindən əlaqəsiz, aktyor heyəti isə fərqlidir. 15 iyul 2021-ci ildə premyerası baş tutan serial, Amerikan qorxu hekayəsi teleserialının spin-off seriyasıdır. Rollarda Mett Bomer, Seliya Finkelşteyn, Naomi Qrossman, Con Kerroll Linç, Çarlz Melton, Billi Lurd, Çad Ceyms Bukenen, Kodi Fern, Dilan Makdermott, Ceymi Bruyer, Denis O'Her, Mett Laski, Qaburi Sidibe, Maks Qrinfild, Ostin Buds, Set Qeybl, Rebekka Dayam, Kameron Kopertuet, Spenser Nevill, Teddi Sirs və başqaları çəkilib. 2021-ci ilin avqust ayında serialın ikinci mövsümünün 21 iyul 2022-ci ildə buraxılacağı məlum oldu. Həftədə bir dəfə göstərilən epizodlar müxtəlif qorxu hekayələrindən bəhs edir. Bəzi epizodlar Amerikan qorxu hekayəsi ilə bağlantılıdır. "Rubber(wo)Man Pt. 1 & 2" (azərb.
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası (ing. American Horror Story: Asylum) - FX telekanalında yayımlanan, Bred Falçuk və Rayan Mörfi tərəfindən yaradılmış “Amerikan Qorxu Hekayəsi” teleserialının ikinci mövsümüdür. İkinci mövsüm 17 oktyabr 2012-ci ildən 23 yanvar 2013-cü ilə kimi yayımlanmışdır. İkinci mövsümdə yeni məkanlar və yeni personajların istifadə edilməsi ilə “Amerikan Qorxu Hekayəsi” antologiya serialı kimi təqdim edilmişdir. İkinci mövsümdə hadisələr 1964-cü ildə Briarkliff Manorda uydurma psixi xəstəxanada baş verir və tədricən xəstəxana sakinlərinin keçmiş həyatları ilə qarışır. Birinci mövsümdə rol almış Frensis Konroy, Cessika Lanc, Dilan MakDermott, Sara Polson, Evan Piters, Zaxari Kuinto və Lili Reyb ikinci mövsümdə də rol almışlar. Birinci mövsüm kimi, ikinci mövsüm də həm televiziya tənqidçiləri, həm də izləyicilər tərəfindən yaxşı qarşılanmışdır. Xüsusilə Cessika Lanc, Ceyms Kromvel, Zaxari Kuinto, Sara Polsin və Lili Reybin ifası yüksək qiymətləndirilmişdir. İkinci mövsüm bütün seriallardan çox – on yeddi nominasiyada Emmi mükafatına namizəd göstərilmiş, bunların arasında Əlamətdar miniserial nominasiyası, həmçinin Lanc, Polson, Kromvel və Kuinto üçün Miniserial və ya Filmdə Ən Yaxşı İkinci Dərəcəli Aktyor nominasiyaları da olmuşdur. Bundan əlavə, Kuinto və Polson müvafiq kateqoriyada 3-cü Tənqidçilərin Seçimi Televiziya Mükafatına da layiq görülmüşdür.
Amerikan qorxu hekayəsi: Qatil ev
Amerikan qorxu hekayəsi: Qatil ev (ing. American Horror Story: Murder House, orijinal adı ilk dəfə Amerikan qorxu hekayəsi (ing. American Horror Story) kimi elan edilmişdi) FX telekanalında yayımlanan "Amerikan qorxu hekayəsi” serialının 5 oktyabr 2011-ci ildən 21 dekabr 2011-ci ilə kimi efirdə olmuş birinci mövsümüdür. “20th Century Fox Television” tərəfindən istehsal edilmiş mövsümün icraçı prodüseri Dante Di Loreto, yaradıcıları isə Bred Falçuk və Rayan Mörfi olmuşdur. Birinci mövsümdə baş verən hadisələrin mərkəzində Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi durur. Vivyenin uşaq düşürməsi və Benin ailəsinə xəyanət etməsindən sonra, Harmonlar yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə keçir və Viktorian dövrünə aid malikanədə məskunlaşırlar. Serialın birinci mövsümü televiziya tənqidçiləri və fanatlar tərəfindən müsbət qarşılanmışdır. Serialın aktyor heyəti, xüsusi Cessika Lanc və Frensis Konroyun oyunu yüksək qiymətləndirilmişdir. Serial FX kabel televiziyası üçün sabit yüksək reytinq gətirməklə, birinci mövsümdə ən böyük kabel serialı olmuşdur. Ən Yaxşı Teleserial – Drama nominasiyasında Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir çox mükafatlara namizəd göstərilmiş birinci mövsüm Emmi mükafatı da daxil olmaqla on yeddi mükafata layiq görülmüşdür.
Amerikan qorxu hekayəsi (teleserial, 2011)
Amerikan qorxu hekayəsi (ing. American Horror Story) – Rayan Mörfi və Bred Felçak tərəfindən yaradılmış ABŞ istehsalı qorxu-triller teleserialı. Serialın hər mövsümündə müxtəlif qorxu hekayələrinə yer verilir, eyni aktyor heyəti hər mövsüm fərqli rolları ifa edir. Serialın birinci mövsümü "Qatil Ev" adlanır. Burada hadisələr 2011-ci ildə Los-Ancelesdə cərəyan edir. Hekayədə bir ailənin yeni evə köçməsi ilə başlarına açıqlanmaz hadisələr gəlməsindən bəhs edir. İkinci mövsüm olan "Psixiatriya Xəstəxanası" 1964-cü ildə Massaçusetsdə dəlixanada xəstələrin və işçilərin başına gələn hadisələrdən bəhs edilir. Üçüncü "Cadugərlər məclisi" adlı mövsümdə 2013-cü ildə Nyu-Orleanda cadugərlar və onları məhv etmək istəyən şirkətdən danışılır. Dördüncü "Anormallar Şousu" adlı mövsümdə hadisələr 1952-ci ildə cərəyan edir və burada qəribə görünüşdə doğulmuş insanlardan bəhs olunur. Beşinci mövsüm olan "Otel"-də hadisələr 2015-ci ildə sirli qətllərin baş verdiyi oteldən bəhs edilir.
Qorxu və tamah (film, 1953)
Qorxu və tamah (ing. Fear and Desire) 1953-cü il Amerika istehsalı antimilitarist bir filmdir. Stenli Kubrik tərəfindən rejissorluq edilmiş filmin ssenarisi Hovard Sakler tərəfindən yazılmışdır. Cəmi on beş nəfərdən ibarət heyəti ilə film Kubrikin rejissorluq debütü idi.
Qorxu və tənbeh olmadan (film, 1962)
Qorxu və tənbeh olmadan (rus. Без страха и упрёка) — uşaqlar üçün kino. Moskvalı məktəbliləri — oğlanlar Vadik (Viktor Qlazkov), Yura (Nikolay Burlyayev) və qız Toşa (Alla Vitruk) küçədə böyük məbləğdə pul tapırlar. Bu pul ekspedisiya üçün lazımi texnika almaq məqsədi ilə paytaxta birgünlük ezamiyyətə gəlmiş, lakin böyük şəhərdəki qələbəlikdə çaşlb-qalmış bir nəfər tərəfindən itirilib. Məktəbli üşaqlar qərara gəlirlər ki, həmin naməlum şəxsi tapıb, pulu ona qaytarsınlar. Beləliklə, uşaqların sərgüzəştləri başlayır. Nəcib niyyətə qulluq etmək istəyən uşaqlar, nəyə görəsə, bunun əvəzinə pulun çox hissəsini xərcləyirlər. Onlar valideynlərə, müəllimlərə qarşı kobudluq edir, evdə yalan danışırlar, şampan şərabı içirlər.
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası personajlarının siyahısı
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası FX telekanalında yayımlanan “Amerikan qorxu hekayəsi” antologiya serialının ikinci mövsümüdür. Mövzusu müqəddəslik və dinlə elmin əlaqəsi olan ikinci mövsümdə Massaçusetsdəki Briarkliff adlı psixiatriya xəstəxanasında 1964-cü ildə cinayətlər və münasibətlər təsvir olunur. Qanunsuz həbs edilmiş xəstəxana sakinləri, o cümlədən soyuqqanlı qatil hesab edilən Kit Uolker və Qreys Bertrand, nimfoman hesab edilən Şelli və lezbiyan jurnalist Lana Uinters xəstəxanadan qaçmaq istəyərkən sirrli hadislərlə üzləşirlər. Xəstəxananın sadist iş heyətinin başında rahibə Cud Martin durur. Ganahsız rahibə və psixoloq haqqında həqiqətlər ortaya çıxdıqda hər şeyin göründüyü kimi sadə olmadığı müəyyənləşir. Əsas aktyor heyətinə serialın veteran aktyorları Sara Polson, Cessika Lanc, Evan Peters, Zaxari Kuinto və Lili Reyb, həmçinin, Lizzi Broşere, Ceyms Kromvel və Cozef Fayns daxildir. Xüsusi qonaqlar Yan MakŞeyn, Xloya Seviqni və Adam Levindir. Birinci mövsümdə rol almış Frensis Konroy və Dilan MakDermott da ikinci mövsümdə yenidən seriala qayıtmışlar. Həkim Oliver Tredson (Zaxari Kuinto) Briarkliff xəstəxanasında çalışan psixiatrdır. Onun xəstəxanaya gəlişi Cud bacı ilə münaqişələrinin yaranmasına səbəb olur.
Amerikan qorxu hekayəsi: Qatil ev personajlarının siyahısı
Amerikan qorxu hekayəsi: Qatil ev FX telekanalında yayımlanan “Amerikan qorxu hekayəsi” antologiya serialının birinci mövsümüdür. Mövsümün mövzusu vəfasızlıqdır və hadisələr əsasən Harmonlar ailəsinin ətrafında baş verir. Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi Vivyenin uşaq düşürməsi və Benin tələbələrindən Hayden MakKlaynla ailəsinə xəyanət etməsindən sonra yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə köçür. Vayalet məktəblə problemlər olacağı və dostluq etməyə adam olmamasını bəhanə edərək əvvəlcə köçmək işinə qarşı olsa da, qısa zamanda evə bağlanır, evi geniş imkanlar simvolu kimi qəbul edir. Vayaletin atasının xəstələrindən biri olan Teyt Lenqdonla romantik münasibəti yaranır. Ben və Vivyen münasibətlərini sınaqdan keçirməli olurlar, Vivyen növbəti dəfə hamilə qalır, Ben isə növbəti dəfə ailəsinə xəyanət edir, Harmonların qonşusu olan evin keçmiş sakini Konstans Lenqdon ailənin işlərinə tez-tez müdaxilə edir. Ailə tezliklə hər şeyin heç də onların qəbul etdiyi kimi olmadığını, ətraflarında gəzən və onlarla ünsiyyət saxlayan insanların əksərinin ölülər olduğunu başa düşür. Mövsümün əsas aktyor heyətinə Konni Britton, Dilan MakDermott, Evan Peters, Taissa Farmiqa, Denis O’Hare və Cessika Lanc daxildir. Xüsusi qonaqlar Keyt Mara, Zaxari Quinto, Çarlz S. Datton və Erik Stounstritdir, bunlardan başqa Frensis Konroy və Ceymi Bruyer də serialda rol almışdır. Vivyen Harmon (Konni Britton) Ben Harmonun həyat yoldaşı və Vayalet Harmonun anasıdır.
Ən yaxşı qorxu filminə görə Saturn mükafatı
Ən yaxşı qorxu filminə görə Saturn mükafatı (ing. Saturn Award for Best Horror Film) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1972-ci ildə təsis edilmiş, ilin ən yaxşı qorxu filmi janrında olan filminə verilən mükafatdır. Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.