HƏRƏKƏT

Matriyanın mühüm atributu, mövcudluq üsulu. Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir.
HƏNİFİLİK
HƏVAİ
OBASTAN VİKİ
Hərəkət
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. == Ümumi xarakteristika == Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Hərəkət nəzarəti
Hərəkət nəzarəti — Avtomatlaşdırma intizamının tərkib hissəsidir. O, obyektlərin hərəkəti ilə konseptual şəkildə əlaqəli olan bütün texnologiyaları əhatə edir. Bununla birlikdə, hərəkətə nəzarət dedikdə, maşın hissələrini aktivləşdirmək üçün ilk növbədə servo mexanizmlərin hərəkət nəzarəti olmaqla, hidravlik/pnevmatik nasosların, silindrlərin (pistonların), elektrik mühərriklərinin hərəkət nəzarətidir. Bununla birlikdə, hərəkətin idarə edilməsi və ya hərəkət nəzarəti deyildikdə, ümumiyyətlə servo motorların hərəkət nəzarəti başa düşülür. Hərəkət idarəsində (nəzarətində), hərəkətin iki əsas komponenti olan mövqe və sürət komponentlərinin nəzarəti vacibdir. Hərəkət nəzarəti robot texnikası və CNC sistemlərinin vacib hissəsidir. Bununla birlikdə, bu sistemlərdə hərəkət nəzarəti, kinematikanın adətən daha sadə olduğu ixtisaslaşdırılmış maşınlardakı hərəkətə nəzarətdən daha mürəkkəbdir. Nisbətən daha sadə olan ikinci istifadəni ümumi hərəkət nəzarəti adlandırmaq olar. Hərəkət nəzarəti qablaşdırma, çap, toxuculuq, yarımfabrikat istehsalı, montaj sənayesi və istehsal xətlərində geniş istifadə olunur. == Ümumi baxış == Əsas hərəkətə nəzarət sistemi arxitekturasına aşağıdakı komponentlər daxildir: İstədiyiniz hərəkət profilinə uyğun olaraq istinad nöqtələrini yaradan bir hərəkət nəzarətçisi Hərəkət tənzimləyicisi tərəfindən istehsal olunan nəzarət siqnalını aktuatora ötürmək üçün daha güclü bir elektrik cərəyanına/gərginliyə çevirən gücləndirici.
Laminar hərəkət
Mexaniki hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reaktiv hərəkət
İmpulsun saxlanma qanunu özünün ən mühüm praktik tətbiqini reaktiv hərəkətdə tapmışdır. Cismin bir hissəsi ondan ayrılaraq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət alması reaktiv hərəkət adlanır. Reaktiv hərəkətə tüfəngin təpməsini, raketlərin, reaktiv təyyarələrin hərəkətini misal göstərmək olar. Yanacaq və oksidləşdirici kameralarında yanma kamerasına daxil olan maddələr reaksiyaya girdiktən sonra yanma nəticəsində yüksək tempraturlu və yüksək təzyiqli qazlar əmələ gəlir. Bu qazlar raketin soplusundan raketə nəzərən U axın sürəti ilə xaricə çıxır. Nəticədə raket əks istiqamətdə v sürəti ilə hərəkət edir. Yerlə bağlı koordinat sistemində startdan əvvəl raket Yerə nəzərən sükunətdə olduğundan impulsu sıfıra bərabərdir. Raket işə salınandan sonra da ümumi impulsu sıfra bərabər olmalıdır. M- raketin örtüyünün kütləsi, m- isə raketin soplosundan çıxan qazın kütləsi olsun. Onda impulsun saxlanma qanununa görə yaza bilərik: Yəni raketin örtüyünün sürəti, qazın sürəti ilə qazın kütləsinin raketin örtüyünün kütləsinə olan nisbəti hasilinə bərabərdir.
Rəqsi hərəkət
Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir. Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət. Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir. Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir. Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir.
Hərəkət siniri
Hərəkət siniri və ya motor siniri — mərkəzi sinir sistemindən (MSS) bədənin əzələlərinə motor siqnallarını ötürən sinir. Bu, hüceyrə gövdəsini və dendritlərin budaqlanmasını ehtiva edən motor neyronundan fərqlidir. Sinir akson dəstəsindən ibarətdir. Hərəkət sinirləri periferiyadakı duyğu reseptorlarından MSS-ə siqnalları daşıyan afferent sinirlərdən (həmçinin həssas sinirlər adlanır) fərqli olaraq, mərkəzi sinir sistemindən əzələlərə məlumat daşıyan efferent sinirlər kimi fəaliyyət göstərir. Efferent sinirlər əzələlər əvəzinə vəzlərə və ya digər orqanlara də qoşula bilər (və buna görə də motor sinirləri efferent sinirlərə ekvivalent deyil). Bundan əlavə, qarışıq sinirlər adlanan həm duyğu, həm də motor sinirləri kimi xidmət edən sinirlər var. == Strukturu və funksiyası == Hərəkət (motor) sinir lifləri mərkəzi sinir sistemindən proksimal əzələ toxumasının periferik neyronlarına siqnal ötürür. Hərəkət sinirlərinin akson ucları skelet və hamar əzələləri innervasiya edir, çünki onlar əzələlərin idarə olunmasında fəal iştirak edirlər. Hərəkət sinirləri asetilkolin köpücüklərlə zəngindir, çünki motor siniri hərəkət və hərəkətə nəzarət üçün motor siqnalları və siqnalları ötürən motor sinir aksonları dəstəsidir. Kalsium köpücükləri motor sinir dəstələrinin aksonlarının uclarında yerləşir.
Hərəkət edən səki
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
On qüsurlu hərəkət
On qüsurlu hərəkət (ivr. ‏עשרת הדברות‏‎ — Aseret ha-Dibrot, lat. Decalogus), dini inanca görə, Musaya Sina Dağında Tanrı tərəfindən iki daş kitabə üzərində verilmiş dini və əxlaqi fikirlər toplusudur. Bu toplu Tövratın Çıxış kitabında əksini tapmışdır. Qarşımda başqa ilahələr olmamalıdır. Özün üçün oyma büt düzəltmə, yuxarıda, aşağıda və suda olanların surətini düzəltmə, onlara əyilmə və onlara ibadət etmə. Yehovanın, Rəbbinin ismini boş yerə ağzına alma. Şənbə gününü unutma. Altı gün işlə və bütün işini tamamla, lakin yeddinci gün allahındır. Sən, oğlun və qızın, qulun və heyvanların və qapılarında olan fəqir füqara heç bir iş görməməlidir.
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.
Sağ və sol istiqamətli hərəkət
Sağ və sol istiqamətli hərəkət — müvafiq olaraq yolun sağına və ya soluna hərəkət etmək üçün birbaşa istiqamətli hərəkət. Yol hərəkəti axınının əsas elementi, bəzən yolun qaydası olaraq da adlandırılır. Sağ istiqamətli hərəkət 165 ölkə və ərazidə istifadə olunur, qalan 75 ölkə və ərazidə sol istiqamətli hərəkət istifadə olunur. Sol istiqamətli hərəkətdən istifadə edənlər dünya əhalisinin üçdə biri və yollarının dörddə biri ilə dünya ərazisinin altıda birinə sahibdir. 1919-cu ildə dünyanın 104 ərazisində sol istiqamətli hərəkət sağ istiqamətli hərəkətlə bərabər sayda idi. 1919-dan 1986-cı ilə qədər sol istiqamətli hərəkət ərazilərinin 34-ü sağ istiqamətli hərəkətə keçdi. Bir çox sol istiqamətli hərəkət ölkəsi əvvəllər Britaniya İmperiyasının tərkibində idilər, baxmayaraq ki, bəziləri məsələn Yaponiya, Tayland, İndoneziya və Surinam belə deyildi. Əksinə, bir çox sağ istiqamətli hərəkət ölkəsi Fransa müstəmləkə imperiyasının tərkibində idi. Dəmiryol nəqliyyatı üçün sol istiqamətli hərəkət Qərbi Avropada (Almaniya, Danimarka, Avstriya, İspaniya və Hollandiya istisna olmaqla), Latın Amerikasında (Meksika istisna olmaqla) və əvvəllər Britaniya və Fransa imperiyalarında, Şimali Amerika və Mərkəzi və Şərqi Avropa qatarlarında isə sağ istiqamətli hərəkət üstünlük təşkil edir. Google Maps placemarks of border crossings where traffic changes sides (brauzerə əsaslanan),Google Earth placemarks file Arxivləşdirilib 2017-10-20 at the Wayback Machine (Google Earth) kimi də mövcuddur.
Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri
Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri dəmir yolu üstündə hərəkət edən hər hansısa bir nəqliyyat vasitəsidir. Bura adətən lokomotivlər və vaqonlar kimi nəqliyyat vasitələri daxil olurlar. Dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrini istehsal edən sənaye sahəsində hərəkət vaqonu termini həm mühərrikli, həm də elektrik enerjisi olmadan hərəkət edən nəqliyyat vasitələri daxil olmaqla dəmir yolunda istifadə edilən bütün növ nəqliyyat vasitələrinə aiddir: məsələn, lokomotivlər, yük və sərnişin vaqonları (və ya vaqonlar) və eyni zamanda da gəlir gətirməyən vaqonlar. Bu nəqliyyat vasitələri mühərriksiz hərəkət edən və ya özüyeriyən, təkvaqonlu və ya çoxvaqonlu halda ola bilir. Dəmir yolu nəqliyyat vasitələrinin bir-biri ilə əlaqələndirilmiş olan seriyası isə qatardır (lokomotivə tətbiq edilən bu termin ümumi yanlış addır).
Turbulent hərəkət
Turbulent hərəkət — (lat.turbulentus-burulğanlı) Suyun,havanın elə hərəkətidir ki, hissəciklər ümumi,paralel irəliləmə ilə yanaşı olaraq, həm də mürəkkəb trayektoriya üzrə hərəkat edir və maddələrin qarışmasına səbəb olur.
Çevik Hərəkət Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Tzin sülaləsinə qarşı hərəkət
Tzin sülaləsinə qarşı hərəkət (çin. 反清) ― Tzin sülaləsi dövründə (1636–1912) əsasən Çində Mançur hökmranlığına qarşı tutulan bir hərəkət, tez-tez müxaliflər tərəfindən vəhşilik kimi qiymətləndirilir. Çin elmini boğmaqda və Çinin dünyanın əsas gücündən yoxsul, geridə qalan bir millətə çevrilməsinə səbəb olmaqda günahlandırıldı. Tzin sülaləsinə qarşı hərəkət fəalların toplanma şüarı "Fǎn Qing Fu Ming" idi (Sadələşdirilmiş Çincə:反清复明; ənənəvi Çincə:反清復明; eynən: "Tzinə qarşı və Minin bərpası "), Boxer üsyanın əsas şüarı ilə bağlıdır "Tzini bərpa və xariciləri məhv edin" (" 扶清滅洋 fú Qīng miè yáng "). Mi Layin və Din Quodon rəhbərliyindəki Hui Müsəlman Min sadiqləri 1646–1650-ci illər arasında bir Min şahzadəsini taxta qaytarmaq üçün Tzinlə mübarizə apardılar. 1644-cü ildə Tzin sülaləsi Min sülaləsini işğal etdikdə (1368–1644), Qansuda Müsəlman liderlər Milayin və Din Quodon rəhbərlik etdiyi Müsəlman Min sadiqləri, 1646-cı ildə Tzinləri devirmək üçün Milayin üsyanı zamanı, Tzinə qarşı üsyan qaldırdılar. Müsəlman Min sadiqlərini Sultan Səid Baba və oğlu Şahzadə Turumtay dəstəklədi. Müsəlman Min sadiqlərinə qiyamda Tibetlilər və Han Çinlilər də qatıldı. Şiddətli döyüşlərdən və danışıqlardan sonra 1649-cu ildə bir barış müqaviləsi qəbul edildi, Milayan və Ding adları Tzinə sadiq qaldılar, və Tzin ordusunun üzvləri rütbələrə sahib oldular. Çinin cənubundakı digər Min sadiqləri yenidən canlandıqda və Tzin onlarla döyüşmək üçün qüvvələrini Qansudan çıxartmaq məcburiyyətində qaldıqda, Milayan və Din bir daha silah götürərək Tzinə qarşı üsyan etdilər.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Çevrə üzrə bərabərsürətli hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Dayaq və hərəkət sistemi (Anatomiya)
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Epeyrogenik hərəkətlər
Geokratik hərəkətlər
Geokratik hərəkətlər — (rus. геоkратические движения, ing. geocratic movements) yer qabığının hərəkəti nəticəsində okean dibinin həcminin dəyişməsi ilə əlaqədar olaraq okean səviyyəsinin dəyişilməsinə deyilir. Geokratik hərəkətlər quruda transqressiya və reqressiyaya səbəb olur.
Hidrokratik hərəkətlər
Hidrokratik hərəkətlər- Okean dibinin həcmi dəyişilmədən Dünya okeanında suyun həcminin çoxalması nəticəsində onun səviyyəsinin hərəkətlərinə-dəyişilməsinə deyilir.Hidrokratik hərəkətlər geoqratik hərəkətlərin əksinə olan hərəkətlərdir.
Okean suyunun hərəkəti
Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var: Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar: Şəlakət-0 m/san: Zəif (və ya kapillyar) - 1 m/san.; Qravitasiya-2-6 m/san.; Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir.
Plank (idman hərəkəti)
Plank (qarın körpüsü) — mümkün olan ən uzun müddət ərzində jimə oxşar bir vəziyyətdə bədənin pozisiyasının saxlanılmasına çalışılan idman hərəkətidir. Plank üçün hər hansı xüsusi idman alətinə ehtiyac yoxdur. Plank qarın, bel və çiyinləri gücləndirir.
Squat (idman hərəkəti)
Squat (çöməlmə) — əsasən ayaq və obma əzələlərini inkişaf etdirən idman hərəkəti. Squatı doğru şəkildə etmək üçün aşağıdakılara fikir vermək lazımdır: Topuqlar çiyin genişliyində saxlanılmalı, dizlər qarşıya baxmalıdır.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat — şirkətin nağd pul vəsaitlərinin mənbələri və hesabat dövründə istifadəsi haqqında hesabatı, birbaşa və ya dolayı yolla , şirkətin əsas mənbələrə görə təsnifləşdirilən nağd pul daxilolmaları və onun pul vəsaitlərini göstərin. dövr ərzində əsas istifadə istiqamətləri üzrə təsnifləşdirilmiş ödənişlər. Hesabat əməliyyat nəticələrinin, qısamüddətli likvidliyin, uzunmüddətli kredit qabiliyyətinin ümumi mənzərəsini təqdim edir və şirkətin maliyyə təhlilinin aparılmasını asanlaşdırır. Uzun tarixə malik olan balans və mənfəət və zərər haqqında hesabatdan fərqli olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabat XIX əsrin 60-cı illərində maliyyə istifadəsinə verilmişdir . XIX əsrin 60-cı illərinin ortalarında vəsaitlərin istifadəsi və mənbələri haqqında sənəd olan pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib edilməsinə ümumi yanaşma formalaşdı. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tarixi 1863-cü ilə, böhrandan çıxan Dowlais Ironworks-in hesablarda mənfəət göstərdiyi, lakin yeni domna sobası almaq üçün kifayət qədər nağd pulu olmadığı vaxta təsadüf edir. Vəsait çatışmazlığını izah etmək üçün şirkətin menecerlərindən biri hesabat tərtib etdi və onu müqayisəli balans adlandırdı. Hesabata əsasən məlum oldu ki, şirkətdə həddən artıq inventar var (görünür, onların alınmasına xeyli vəsait xərclənib). Bu hesabat müasir pul vəsaitlərinin hərəkəti hesabatının yaradıcısı oldu. Cari formatda pul vəsaitlərinin hərəkəti haqqında hesabat 1988-ci ildə ABŞ-da pul vəsaitlərinin hərəkəti əməliyyat, maliyyə, investisiya fəaliyyətlərindən hərəkətlərə bölünməyə başladığı zaman hazırlanmışdır .
Yol hərəkəti haqqında Vyana Konvensiyası
Yol Hərəkəti Haqqında Konvensiya (bəzən Yol Hərəkəti üzrə Vyana Konvensiyası kimi də tanınır) — beynəlxalq yol hərəkətini asanlaşdırmaq və müqavilə bağlayan tərəflər arasında standart yol hərəkəti qaydalarını müəyyən etməklə yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulmuş beynəlxalq müqavilədir. Konvensiya Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Yol Hərəkəti üzrə Konfransında (7 oktyabr – 8 noyabr 1968) razılaşdırıldı və 8 noyabr 1968-ci ildə Vyanada bağlandı. 21 may 1977-ci ildə qüvvəyə minmişdir. Bu konfrans həm də Yol nişanları və siqnalları haqqında Konvensiyanı da hazırlamışdır. Konvensiyaya 3 sentyabr 1993-cü ildə və 28 mart 2006-cı ildə düzəlişlər edilmişdir. 1 may 1971-ci ildə Cenevrədə bağlanmış Yol Hərəkəti haqqında Konvensiyaya (1968) əlavə edən Avropa Sazişi mövcuddur. Yol hərəkəti haqqında Vyana Konvensiyası 8 noyabr 1968-ci ildə Vyanada bağlanmışdır. 21 may 1977-ci ildə qüvvəyə mindiyi vaxtdan, imzalayan ölkələrdə konvensiyanın 48-ci maddəsinə uyğun olaraq, əvvəlki yol hərəkəti konvensiyalarını, xüsusən də Yol Hərəkəti haqqında 1949-cu il Cenevrə Konvensiyasını əvəz edir. 2022-ci ilin oktyabr ayına olan məlumata görə, konvensiya 86 ölkə tərəfindən ratifikasiya edilib, lakin konvensiyanı ratifikasiya etməyənlər hələ də Yol Hərəkəti üzrə 1949-cu il Cenevrə Konvensiyasının tərəfləri ola bilərlər. İrlandiya, Kanada, ABŞ, Kipr, İslandiya, Malta, Çin və Malayziya imzalamayan ölkələrə misaldır.

Значение слова в других словарях