HƏSƏD
HƏSİRÇİ
OBASTAN VİKİ
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, zəyrək, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.

Digər lüğətlərdə