HAÇA

1. развилка, развилина, рассоха; 2. развилистый, раздвоенный; 3. подпорка с раздвоенным концом;
HACILEYLƏK
HAÇADIRNAQ
OBASTAN VİKİ
Haçabuynuz
Amerika haçabuynuzu (lat. Antilocapra americana) — haçabuynuz cinsinə aid heyvan növü.
Haçabuynuzlar
Haçabuynuzlar (lat. Antilocapridae) — gövşəyənlər dəstəsinə aid heyvan fəsiləsi.
Haçadərə (Bostanabad)
Haçadərə (fars. خشندرق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 440 nəfər yaşayır (90 ailə).
Haçakənd
Haçakənd-i Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Haçakənd-i Təzə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Haçakənd-i Dərmanlı (Germi)
Haçakənd-i Dərmanlı (fars. هاچاكنددرمانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 643 nəfər yaşayır (130 ailə).
Haçakənd-i Təzə (Germi)
Haçakənd-i Təzə (fars. هاچاكندتازه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 355 nəfər yaşayır (64 ailə).
Haçalanmış köpəkdili
Haçalanmış köpəkdili (lat. Cynoglossum divaricatum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Haçaparaq
Haçaparaq yaşayış yeri — Haçaparaq (Ermənistan) — Haçaparaq nekropolu — I Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. II Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol.
Haçaparaq (Ermənistan)
Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd. == Tarixi == Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq, Azərbaycan mənbələrində Xocəparak kimi qeyd edilir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə, qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Haçaparaq nekropolu
I Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. II Haçaparaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol.
Haçaparaq yaşayış yeri
Haçaparaq yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri. Yaşayış yeri iki qoşa təpənin ətəyində yerləşdiyindən haça-qoşa və haça-para yaşayış yeri mənasını verir. Adını köhnə Haçaparaq kəndinin adından götürmüşdür. Naxçıvan Əshabi-Kəhf asfalt yolunun sağ tərəfində, təpənin ətəyində yerləşir. Yaşayış binaları, dördkünc formalıdır. Onlar möhrədən tikilərək hər iki tərəfdən palçıqla suvanmışdır. Evlərin içərisində divarda yerləşdirilən buxarı və kiçik taxçalar vardır. Bəzi evlər çoxotaqlıdır. Araşdırmalar zamanı yaşayış yerindən Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı əldə edilmişdir. Kəndin şimal tərəfindəki kəhriz kəndin yeganə su mənbəyidir.
Haçaqaya
Haçaqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Haçaqaya dağının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 361 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == === Görkəmli şəxsləri === Elşad Məmmədov (1975–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
Haçaqaya nekropolu
Haçaqaya nekropolu — Ordubad rayonunun Tivi kəndində, eyniadlı yaşayış yerinin yaxınlığında, təpə üzərində, qumluq ərazidə yerləşir. Sahəsi 1,5 ha yaxındır. Nekropolun ərazisi cənubdan yaşayış yeri, şimaldan və şərqdən dərə ilə əhatə olunmuşdur. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Yaşayış yerindən tunc, antik və orta əsrlərə aid xeyli arxeoloji materialların əldə edilməsi orada insanların həmin dövrdə müntəzəm yaşadığını göstərir.
Haçaqaya yaşayış yeri
Haçaqaya yaşayış yeri — Tivi kəndinin cənub-qərbində, Gilançayın sol sahilində, eyni adlı dağın üzərində yerləşir. Yaşayış yerinə qalxarkən yol boyu qayaaltı sığınaqlara rast gəl-mək olur. Sahəsi 4 hektardan artıqdır. Abidə şimaldan və cənubdan qayalıq, şərqdən və qərbdən yarğanla əhatə olunmuşdur. Onun yerləşdiyi ərazi zəngin otlaq sahəsinə malikdir. Yaşayış yerinin yaxınlığında təbii bulağın olması orada insanların məskunlaşmasına şərait yaradan əsas amillərdən birini təşkil etmişdir.Yaşayış yeri əlverişli strateji mövqedə yerləşir. Oradan Gilançay vadisinin bir hissəsinə nəzarət etmək mümkündür.
Haçaquyruq
Haçaquyruq (lat. Glareola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş cinsi. Cinsə daxil ola quşlar orta ölçüyə malik olurlar. Распространены в пустынях, степях и полупустынях Afrika, Asiya, Avropa, Avstraliyanın səhra, yarımsəhra və çöllərində yayılmışlar.
Haçaquyruqlar
Haçaquyruqlar (lat. Glareolidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Orta ölçülü quşlardır. Dimdiyi qısa, gözün ön kənarına qədər olan ağız yarığı mavi rəngdə olur. Afrika, Avropa, Avstraliyanın səhra, çöl və yarımsəhralarında yayılıb.
Haçasu
Haçasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. Toponim «haçalanmağın başlandığı yer> mənasında işlənən haça sözü ilə türk dilində çay mənasında işlənən su sözünün birləşməsindən əmələ gəlmişdir. Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd Haçasu adlanmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib Açacur (Haçasu) qoyulmuşdur.
Haçasu (Sayınqala)
Haçasu (fars. هاچاسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.522 nəfər yaşayır (399 ailə).
Haçatala
Haçatala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Gilah kənd inzibati-ərazi vahidi tərkibindəki Haçatala kəndi Gilahoba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim haça (ikiyə ayrılan) və tala (meşədə açıq sahə) sözlərindən düzəlib "haçalanan tala" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 262 nəfər əhali yaşayır.
II Haçaparaq nekropolu
II Hаçаpаrаq nеkrоpоlu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. Nekropol Haçaparaq yaşayış yerindən şimаldа, Nахçıvаn Əshаbi-Kəhf аsfаlt yоlunun sоl tərəfində yеrləşir. Bаşdаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаndır. Bəzi qəbirlərin ətrаfı dördkünc fоrmаdа çаy dаşlаrı ilə əhаtələnmiş, bəzilərinin isə üzərinə dаş yığılmışdır. Tоrpаqdа qаzılаn qəbirlər müsəlmаn qibləsinə yönəldilmişdir. Bir çох qəbirlərin yеrüstü əlаmətləri itmişdir. Qəbiristаnlığı ХVIII-ХX əsrlərə аid еtmək оlаr.
I Haçaparaq nekropolu
I Hаçаpаrаq nеkrоpоlu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. Nekropol Haçaparaq yaşayış yerinin cənubundа kiçik, uzunsоv təpənin üzərində yеrləşir. Qəbirlərin bəzisinin ətrаfı dаirəvi şəkildə, bəzisi isə dördkünc şəkildə dаşlаrlа əhаtə оlunmuşdur. Qəbirlər qərb-şərq istiqаmətinə yönəldilmişdir. Оnlаrın bаşdаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаndır. Tədqiqаt zаmаnı qəbiristаnlıqdаn Sоn Оrtа əsrlərə аid şirsiz sахsı məmulаtı аşkаr оlunmuşdur. Qəbiristаnlığı ХII-XVIII əsrlərə аid еtmək оlаr.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. == Görünüşü == Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. == Yayılması == Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. == Çoxalması == Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
İlandağ (Haçadağ) kitabəsi
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir. == Məzmunu == İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir. Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu.

Digər lüğətlərdə