Hafiz Quliyev
Hafiz Məhərrəm oğlu Quliyev — Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru.
Hafiz Quliyev 10 may 1960-cı ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilmişdir.
1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunmuşdur.
Bu gün teatrın repertuarında özünəməxsus yer tutan S.Ələsgərovun "Solğun çiçəklər", Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əsli və Kərəm", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", R.Mustafayevin "Vaqif", Firəngiz Əlizadənin "Intizar", C.Cahangirovun "Xanəndənin taleyi", N.Əliverdibəyovun "Cırtdan", M.Kajlayevin "Valida", Ş.Musaoğlu "Beş qapı" əsərləri H.Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur.
H.Quliyev Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənətindən, Milli Konservatoriyada opera sinifindən dərs deyir, Dosentdir.
Eyni zamanda Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında 2 dəfə 2003 və 2013-cü illərdə, Samsun Dövlət Opera və Balet tearında 2 dəfə 2009 və 2018ci illərdə, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında, Moskvada, Bolqarıstanda Kdjalı Dövlət Teatrında və Sofiya şəhərində, Ü.Hacıbəylinin "Leyli və Məcnun" Tacikistanın Düşənbə Akademik Dövlət Opera və Balet teatrında və b. teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoymuşdur.
Çexiyada, Koreyada Beynəlxalq festivalda iştirak etmişdir, Beynəlxalq İpək yolu festivalı üçün 8 tamaşa hazırlamışdır. Bir çox Dövlət əhəmiyyətli tədbirlərin rejissoru olmuşdur.