HARUN

Musanın qardaşı, Allahın İsrail oğullarına göndərdiyi peyğəmbərlərdən biri olmuşdur. O, Misirdə doğulmuşdur. Onun uşaqlıq və gəncliyi orada keçmişdir. Harunla bağlı hadisələr Quranda (37: 114- 122) və müxtəlif hədislərdə keçməkdədir. Misirlilər İsrail oğullarını təqib edən dövrdə Allah Harunu peyğəmbər seçmiş, ona qardaşı Musa ilə birlikdə Fironun yanına getməyi buyurmuşdur. Ancaq özünü tanrı hesab edən Firon, Allaha itaət etmək istəməmişdir, peyğəmbərlərin çağırışını rədd etmişdir. Bundan sonra İsrail oğullarına qarşı təzyiqlər daha da artmışdır. Harun və Musa isə Allaha dua etmiş, Allah da Misiri ağır sınaqlara çəkmiş, ancaq İsrail oğullarının durumu yaxşılaşmamışdır. Onda onlara ölkədən çıxmaq buyurulmuşdur. İsrail oğulları dənizə doğru yaxınlaşdıqda dəniz ikiyə bölünmüş və onlar qarşıda olan sahilə keçə bilmişdilər. Onları izləyən Fironun başçılıq etdiyi qoşun isə o yolu keçdikdə dəniz yenidən birləşmiş və onların hamısı suda boğulmuşdurlar. Musa Tur dağına Allahdan Tövratı almaq üçün getdikdə Haruna İsrail oğullarına başçılıq etməyi tapşırmışdır. Ancaq onlardan olan Samiri adlı biri Musanın getdiyindən istifadə edərək “qızıl buzov” bütünü hazırlamış, xalqın əksəriyyəti isə ona tapınmışdır. Harun isə bunun qarşısını almaq istəsə də, buna nail ola bilməmişdir. O, bütpərəstliyin ağır günah olduğunu insanlara bəyan etsə də, yalnız azlıq bu əməldən çəkinmişdir. Çoxluq isə bütə tapınmış, Harunu və onu dəstəkləyənləri ölümlə hədələmişdirlər. Qarşıdurma qızışan zaman Tur dağında Tövratı alan Musa geri dönmüş, xalqının günaha batdığını görərək üzülmüşdür. O, Harunu öz yanına çağıraraq ondan izahat istəmişdir. Harun da onun gedişindən sonra baş verən hadisələri ona anlatmışdır. Bu xəbəri eşitdikdən sonra Musa Samirini lənətləmiş, İsrail oğullarını tövbə etməyə çağırmış, onlar da tövbə etmişdirlər. Bundan sonra Allah İsrail oğullarına Fələstində yaşayan bütlərə tapınan Amalika xalqı ilə savaşa başlamağı, onların torpaqlarını almağı buyurmuşdur. Ancaq onlar amalikalılardan qorxaraq Allahın əmrini yerinə yetirməmişdilər. Onda Allah onlara qırx il ərzində müqəddəs torpağa girməyi yasaqlamışdır. Bu müddət boyu onlar qızmar çöllərdə köçəri həyat sürmüşdürlər. Harun və Musa da onlarla olmuşdurlar. Harun Musadan üç il öncə vəfat etmişdir.
HARAM
HARUT VƏ MARUT
OBASTAN VİKİ
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Harun Alqayev
Harun Batukayev
Harun Mahmudoviç Batukayev (23 sentyabr 1914, Qroznı, Terek vilayəti – 1999) — ilk peşəkar çeçen rejissoru, Çeçen-İnquş Dram Teatrının baş rejissoru, Cambul şəhərində Rus Regional Dram Teatrının qurucusu, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti. Harun Batukayev 23 sentyabr 1914-cü ildə Staraya Sunjada tacir ailəsində anadan olub. İbtidai sinif müəllimləri kurslarını bitirmişdir. Şali kəndində kənd müəllimi olaraq çalışmışdır. Batukayev məktəbdə dram dərnəyi yaratmışdır. Bu dərnəyin uşaqları daim hər cür incəsənət yarışmalarında qalib gəlirdilər. Onda həvəskar rejissor istedadı görüldü və Proletbat klubuna rəhbərlik etmək üçün Qroznıya dəvət edildi. Batukayev tamaşaların mətnlərini və ssenarilərini özü yazıb, səhnədə quruluş vermişdir. Tədricən onun rəhbərlik etdiyi klub populyarlaşdı. Batukayevin potensialını görən şəhər rəhbərliyi onu Moskvaya oxumağa göndərdi.
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.
Harun Tazıyev
Harun Tazıyev (11 may 1914[…], Varşava, Rusiya imperiyası – 2 fevral 1998, ‎IV arondisman (Paris), Paris, Fransa) — tatar əsilli fransız vulkan alimi və geoloq. Vulkan partlayışları və lava axıntıları haqqında çox sayda məşhur sənədli filmin və vulkanlar haqqında çox sayda kitabın yazıçısıdır. O dövrdə Rusiya imperiyası sərhədləri daxilində yer alan Varşavada anadan olmuşdur. Atası tatar əsilli həkim, anası isə rus əsilli kimyaçı və politologiya üzrə doktor dərəcəsinə sahib şəxsdir. Haroun Tazıyevin anası Zenitta Klupta (1886-1984), Dvinskdə bir yəhudi həkim atası İllias Klupt və ortodoks xristian anadan, Dvinsk qalasının qubernatoru Sawa Philipoviçin qızı Sophie Arianoff von Arian, uşaqları Arianoff adını aldı. Zénitta Illiassovna Tazieva təbiət elmləri və kimya üzrə doktor idi və Sərbəst Brüssel Universitetini siyasi elmlər üzrə bitirmişdir. Brüsseldə gənc rus tələbələr Zénitta və Sabirlə görüşdü. 1906-cı ildə orada evləndilər. Onların ilk övladı Salvator vardı, yalnız iki ay yaşayırdılar. Məhz 1913-cü ildə Rusiyaya qayıtdılar.
Harun Tletseruk
Harun Tletseruk (d. 1879, Osmanlı imperiyası, Düzcə - ö. 7 dekabr 1938, Türkiyə Respublikası, Düzcə) — Tletseruk ailəsinə mənsub Adıgey əsilli maarifçi və yazıçı. Harun Tletseruk 1864-cü ildə Çərkəz sürgünü zamanı Şimali Qafqazdan Osmanlı imperiyasına köç edən Hacı Yusif bəyin oğludur. Təhsilini Düzcədə və İstanbul Fateh Mədrəsəsində tamamlamışdır. Harun İstanbulda müəllimlik etmişdir. 1908-ci ildə Çərkəz İttihad və Təavün Cəmiyyətinin üzvləri arasında yer alaraq mühüm vəzifələrdə çalışmışdır. Ərəb hərfləri ilə Adıge dilində hazırladığı əsər İstanbul İttihad və Təavün Cəmiyyətinin nəşrləri arasında yayımlanmışdır. 1911-ci ildə bəzi çərkəz ziyalıların formalaşdırdığı qrupla Qafqaza getmişdir. Ərəb hərfləri ilə adıgecə əlifba hazırlayıb nəşr etdirmişdir.
Harun Təkin
Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Harun Yəhya
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Harun peyğəmbər
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Harun Əfəndi
Harun Osman Osmanoğlu (22 yanvar 1932, Dəməşq) — Osmanlı sülaləsinin on birinci rəisi və Osmanlı şahzadəsi. Şahzadə Harun Əfəndi 1932-ci ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Harun atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, doğumundan dərhal sonra atası siyasi mübarizəylə bağlı Hindistana səfərə çıxmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Fərzad xanımla evləndi və bu evlilikdən 3 övladı dünyaya gəldi. Orxan Osmanoğlu (d. 25 avqust 1963, Dəməşq) — 22 dekabr 1985-ci ildə Nuran Yıldızla evləndi və 4 övladı oldu.
Katolikos Harun
Katolikos Harun — Albaniyanın XXVIII katolikosu.
Harun Buğra xan
Harun Buğra xan(X əsr – 992) — Qaraxanlı hökmdarı. Əbdülkərim Satuk Buğra xanın nəvəsi, Xanzadə Süleyman xanın oğlu olub şahzadəliyində qardaşı Əbül-Həsən Əli Arslan xan tərəfindən dövlətin qərb qismlərini idarə etməklə vəzifələndirildi. O, Mavəraünnəhri ilk fəth edən Qaraxanlı hökmdarı olaraq şöhrət qazanmışdır. Samanilərin içində olduğu qarışıqlıqlar dolayısıyla bir qism müxalif Samani komandanlarının da dəstəyini qazanara1 990-cı ildə İsficabı zəbt etdi. İki il sonra Samanilərin paytaxtı Buxaraya girdi (May 992). Samani əmiri Nuh ibn Mənsur şəhəri tərk etmək məcburiyyətində qaldı. Bu hərəkəti, samanilərin Xorasan valisi Əbu Əli Simcuri tərəfindən dəstəklənmişdi. Hətta onunla daha İsficabın zəbti sırasında, Ceyhun çayı sərhəd-sınır olmaq üzrə Samani dövlətini təqsim etmə xüsusunda gizli bir andlaşma da aparmışdı. Beləcə Xorasan Əbu Əlinin, Maveraünnəhr də Harun Buğra xanın idarəsinə keçəcəkdi. Ancaq Harun Buxaraya girdikdən sonra Əbu Əlini bir ordu komandanı kimi gördü və daha öncəki anlaşmaya yanaşmadı.
Harun Təkin (futbolçu)
Harun Təkin (d. 17 iyun 1989, İzmir) — Türkiyə Super Liqası klublarından Fənərbaxçada oynayan Türk futbolçu. 2010-cu ildə Güngörənspor'dan Bursaspora transfer olunur. Bu klubda 8 il keçirir. 30 avqust 2018 tarixində Fənərbaxça klubuna transfer olunur.
Harun Təkin (musiqiçi)
Harun Təkin (28 iyun 1977, Ankara) məşhur Türkiyə müğənnisi. Mor və Ötəsi qrupun solistidir.
Harun bəy Sultanov
Harun bəy Sultanov — İlisu sultanlarının nəslindən olan görkəmli ziyalı Harun bəy Azərbaycan dilində ilk dərslik olan "Vətən yolu" kitabının müəllifi olmuşdur. Harun bəy Qax rayonunun məşhur İlisu kəndində dünyaya gəlmişdir.Həyat və yaradıcılığı hələ indiyə qədər tam öyrənilməsədə,onun çoxsahəli yaradıcıliğının mühüm bir sahəsini məktəb dərslikləri tərtib etmək təşkil edir. "Harun bəy İlisulu" imzası ilə 1907-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsində çap olunmuş bu dərsliyin məzmunu,qayəsi və onun müəllifinin açıqfikirli bir ziyalı olması ilk baxışdan diqqəti cəlb edir. "Vətən yolu" dərsliyi "Bir-iki kəlmə" başlıqlı kiçik müqəddimə ilə açılır. Harun bəy burda gözstərir ki, "İlisu kəndində Yusif Ramazan oğlunun xeyirxahlığı ilə tikilmiş məktəbdə dərs oxumağa bir kitab gərək idi. Və Yusif Ramazan oğlunun köməyi ilə bəndə də bu kitabçanı çıxartdı,"Vətən yolu" işıq gördü. Müqəddimədə kitabın qüsurlarından da bəhs olunur. "Vətən yolu" dərsliyinin özünəməxsus metodik məzmunu,tərtibi prinsipləri var. Dərslik 92 dərs nümunəsindən ibarətdir.Hər dərsdə əlifba təlimi və onunla əlaqədar mətinlər verilmişdir. Hər dərsin təlim materiallarını,başlıca olaraq,atalar sözü təşkil edir.
Harun əl-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Harun ər-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Əbül Qasim Harun
Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan — Atabəy Özbək dövründə fəaliyyət göstərmiş vəzir. Onun adı Sədəddin Vəravininin "Sirat Cəlaləddin Məngburni" əsərində çəkilir. Təbrizdə kitabxana açdırmışdır. Bir müddət Əlaəddin Xarəzmşah tərəfindən həbs olunmuşdu. Cəlaləddin dövründə istefaya getmiş və açdığı mədrəsədə din işləri ilə məşğul olmağa başlamışdır. 1227-ci ildə hələ sağ idi.
Əbülfərəc bin Harun
Qriqori Bar-Ebrey (klass. süry. ܓܪܝܓܘܪܝܘܣ ܒܪ ܥܒܪܝܐ, lat. Bar Hebraeus), həmçinin Əbülfərəc bin Harun (ərəb. أبو الفرج بن هارون‎, lat. Abulfaragius; 1226[…], Malatya – 30 iyul 1286 və ya 1286, Marağa, Şərqi Azərbaycan ostanı) — arami yazıçı, alim, həkim, 1264–1286-cı illərdə Süryani Pravoslav Kilsəsinin mafrianı. Qriqori Bar-Ebrey 1226-cı ildə, indiki Türkiyənin Malatya şəhərində bir həkim ailəsində anadan olmuşdur. O, tibb, astronomiya, fəlsəfə, teosofiya, ritorika, tarix, qrammatika üzrə əsərlərin müəllifidir. Bar-Ebreyin ədəbi irsi çox böyükdür. Əxlaqi və satirik xarakterli "Əyləncəli hekayələr kitabı"nın müəllifidir.
Harun və Leyla (opera)
Harun və Leyla — Üzeyir bəy Hacıbəyovun altıncı, sonuncu muğam operası. 1915-ci ildə bəstələnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı ərəb dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. 5 pərdəli idi. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Görünür, operanın musiqisi müəllifi qane etməmiş və o, həmin əsəri «musiqili pyes» adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükəndiyi fikrinə gələn bəstəkar «Harun və Leyla» dan sonra muğam operası yazmamışdır. Üzeyir Hacıbərov Ensiklopediyası - «Harun və Leyla» Sərdar Fərəcov - ... Əgər onlar da tamamlansaydı... "yaşasaydı"...
II Harun Buğra xan
Harun bin Süleyman xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1075. ildə əmisi oğlu Ömər Toğrul xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
İslamda Harun
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Harun Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Şərəfəddin Harun Cüveyni
Şərəfəddin Harun Cüveyni (fars. شرف الدین هارون جوینی‎) Cüveyni ailəsindən olan İran dövlət xadimi və şairi. O , Şəmsəddin Cuveyninin oğlu olmuşdur. O, 1286-cı ilin iyul-avqust aylarında tarixçi və coğrafiyaşünas Həmdullah Mustovfinin qohumu Fəxrəddin Mustovfi tərəfindən böhtana görə edam edilmişdir. Biran, Michal (2009). "JOVAYNI, ṢĀḤEB DIVĀN". Encyclopaedia Iranica, Vol. XV, Fasc. 1. pp.
Haruniyə (Şəbüstər)
Haruniyə (fars. هارونيه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (52 ailə).
Harunun çubuğu
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq. Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı.
Harunərrəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.

Digər lüğətlərdə