Hau

der; -(e)s, -e zərbə
Hatz
Haube
OBASTAN VİKİ
Lord-Hau adası
Lord Houv adası — Avstraliyaya aid ada. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Lord-Hau silsiləsi
Lord-Hau silsiləsi — sualtı silsilə Sakit okeanın cənub-qərbindən başlayaraq şimal-qərbə istiqamətlənir. Yeni Kaledoniyanın şimal hissəsindən Çelencer platosuna, oradan isə Yeni Zelandiyanın cənubuna uzanır. Şimada Mərcan dənizindən başlayır. Silsilənin formalaşması paleozoy dövrünə təsadüf edir. Uzunluğu 2500 km, eni 500 km-dir. Silsiləsin sahəsi 1 500 000 km² təşkil edir. Su səthindən olan dərinliyi 2500 – 1500 m arasında dəyişir.
Nou-hau
Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri. Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura pate ntlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir. Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Doktor Haus (teleserial, 2004)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Doktor Haus (teleserial, 2004-2012)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Echinops haussknechtii
Echinops haussknechtii (lat. Echinops haussknechtii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Sphaerocephalus haussknechtii (Boiss.) Kuntze Echinops armatus Boiss. & Hausskn.
Edvard Hovard Haus
Edvard Hovard Haus (ing. Edward Howard House; 5 oktyabr 1836, Boston – 18 dekabr 1901, Yotsuya[d]) – ABŞ jurnalisti. O, ABŞ mətbuatında Yaponiya və yaponlar haqqında rəyin formalaşmasında vacib rol oynamış, Yaponiyada ingilisdilli "Tokyo Times" qəzetini yaratmışdır. Edvard Hovard Haus 1836-cı ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Haus müxtəlif peşələrlə məşğul olmuşdur: musiqiçi, teatr meneceri, ABŞ Vətəndaş müharibəsi müxbiri, musiqi və teatr tənqidçisi. Haus 1871-ci ildə Yaponiyaya gələrək Tokio Universitetinin sələflərindən olan Kaysey Qakkoda müəllim kimi işləməyə başlamışdır. Yaponiyanı dəstəkləyən baxışları səbəbilə Yaponiya hökuməti, xüsusilə də, Okuma Şiqenobu tərəfindən sevilən şəxsə çevrilmişdir. Haus 1873-cü ildə müəllim postunu tərk edərək 1874-cü ildəki Tayvan ekspedisiyasında müharibə müxbiri kimi Yaponiya ordusunu müşayiət etmişdir. 1877-ci ildə hökumətin dəstəyi ilə ingilisdilli "Tokyo Times" qəzetini yaratmış və 1880-ci ilə qədər redaktoru olmuşdur. O, bu illərdə eksterritoriallıq, müqavilələrin yenilənməsi və xarici əlaqələr kimi məsələlərdə Yaponiyanın mövqeyini dəstəkləmişdir.
Fakir Hausgeräte
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Feliks Hausdorf
Feliks Hausdorf (ing. Felix Hausdorff; 1868 – 1942) — Alman riyaziyyatçısı; çoxluqlar nəzəriyyəsi, riyazi analiz, topologiya üzrə əsərlərin müəllifidir.
Gerhart Hauptman
Gerhart Haurtman (alm. Gerhart Hauptmann‎, 15 noyabr 1862[…] – 6 iyun 1946[…]) — naturalist məktəbi təmsilçisi olan alman dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912). Alman dramaturqu və romançısı Gerhart Hauptman indi Polşa ərazisi sayılan Sileziyada, varlı otel sahibi ailəsində doğulmuşdu. Təhsilini kənd məktəbində və Breslau (indiki Vroslav) gimnaziyasında almışdı. Oxumağa çox səthi və barmaqarası yanaşdığından 15 yaşında fermer olmaq üçün əmisinin yanına göndərilmişdi. Burada bir il qalsa da, əsl həyat məktəbi görmüşdü. "Mən kim olduğumu orada anladım, müstəqillik, qətiyyət kimi keyfiyyətlərə yiyələndim, hadisələrə öz baxışımı tapdım" -deyə yazıçı sonralar "fermerlik həyatını" minnətdarlıqla xatırlamışdı. Hauptman daha sonra Breslau İncəsənət Akademiyasının heykəltəraşlıq bölümünə daxil olmuşdu. İtaliyada təhsilini davam etdirdiyi illərdə antik sənət və poeziya ilə yaxından maraqlanmış, Prometey haqqındakı əsatirin motivləri əsasında ilk epik-romantik poemasını yazmışdı. 1885-ci ildə özündən yaşlı, lakin zəngin qadınla evlənərək Berlin yaxınlığındakı Erkner qəsəbəsinə köçmüşdü.
Gideon Hauzner
Gideon Hauzner (ing. Gideon Hausner; 26 sentyabr 1915[…], Lvov, Sisleytaniya – 15 noyabr 1990, Qüds) — İsrail hüquqşünas və siyasətçisi. O, 1960–1963-cü illərdə İsrailin Baş prokuroru vəzifəsində çalışmış, sonra Knessetə seçilmiş və kabinetdə çalışmışdır. Hauzner ən çox 1961-ci ildə Yerusəlim şəhərində Adolf Eyxmanın məhkəməsində prokurorlar qrupuna rəhbərlik etməsi ilə tanınır. Hauzner, ümumiyyətlə, Holokostu dünyaya təqdim etməklə tanınır, lakin şoumenlik etməklə ittiham edilmiş və buna görə tənqid olunmuşdur. Onun məhkəmə bacarığı həm də presedent yaratmışdır ki, "mən yalnız əmrləri yerinə yetirirdim" müdafiəsi, əgər bu cür əmrlər tamamilə cinayət və qanunsuz olarsa, etibarsızdır. İttiham tərəfi Eyxmanın günahkar olduğunu sübut etməyə müvəffəq olmuş və Eyxman bütün ittihamlar, o cümlədən insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlərə görə təqsirli bilinmişdir. O, ölüm cəzasına məhkum olunmuşdur. Justice in Jerusalem. New York: Harper & Row.
Harald tsur Hauzen
Harald tsur Hauzen (11 mart 1936[…], Helzenkirxen, Üçüncü Reyx – 29 may 2023, Heydelberq, Baden-Vürtemberq) — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. 1955 — orta məktəbi bitirib 1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir 1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim. 1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir 1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi 1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir. 1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır.
Haubitsa
Haubitsa (alm. haubitze‎, çex. houfnice, ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.
Haukipudas
Haukipudas – Finlandiyanın şəhəri və keçmiş bələdiyyəsi. Oulu əyalətində və Şimali Ostrobotniya bölgəsinin bir hissəsində yerləşir.Onun sahili Botnik körfəzi boyunca uzanır və Kiiminkijoki çayı əyalətdən keçir. Kiiminki , Oulunsalo və Yli-Ii bələdiyyələri ilə birlikdə 1 yanvar 2013-cü ildə Oulu şəhəri ilə birləşdirildi. Haukipudasda 16 kənd var: Kirkonkyla, Santaholma, Ukonkaivos, Martinniemi, Asemakyla, Onkamo, Halosenniemi, Holstinmäki, Häyrysenniemi, Jokikyla, Kalimeenkyla, Kello, Kiviniemi, Parkumäki, Takkuranta və Virpiniemi. Təhsil şöbəsi 2007–2013-cü illərdə Finlandiyada keçirilən Ömürlük Öyrənmə Proqramında iştirak etmişdir.
Haulend adası
Haulend adası – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən qeyri-məskun adası.
Haulun yeriyən qəsri (anime, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Haulun yeriyən qəsri (cizgi filmi, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Haumea
Haumea (simvolı: ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biridir. 2004-cü ildə amerikalı astronom Mayk Braun tərəfindən kəşf olunmuşdur. 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Haumeaya cırtdan planet statusu vermişdir.
Haumea (cırtdan planet)
Haumea (simvolı: ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biridir. 2004-cü ildə amerikalı astronom Mayk Braun tərəfindən kəşf olunmuşdur. 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Haumeaya cırtdan planet statusu vermişdir.
Haumeanın peykləri
Haumea - Günəş sistemində soyuq cirtdan planetdir.Günəşə ən yaxın məsafə 5.2 milyard km, ən uzaq məsafəsi 7.7 milyard kmdir. Haumeanın səthində orta temperatur -225S0 -dir. Planetin orta radiusu 720kmdir. Haumeanın peykləri — Haumeanın 2 peyki var: Hiiaka və Namaka. Onlar Havayın bərəkət və doğuş ilahəsi olan Haumeanın qızlarının adını daşıyırlar. Bu kiçik planetlər 2005-ci ildə Havayidə yerləşən böyük V.M.Keck Rəsədxanasında müşahidə olunan Haumea araşdırılmaları vasitəsilə kəşf edilmişdir. Hiaka aydan böyük və ən yüksək peyk olub Kuiper kəmərində olan obyektlər arasında nadir hallarda olan səthində böyük miqdarda buz şəklində suya rast gəlinir . Namaka təxminən onda bir kütləli heyrətamiz dinamikli orbitə malikdir. Bu qeyri adi ekssentristii var və böyük peykdən çox təsirlənmiş görünür. İki komanda Haumea'nın tapılması üçün kredit tələb edir.
Hauptamt Volksdeutsche Mittelstelle
Hauptamt Volksdeutsche Mittelstelle (mənası: etnik almanlar üçün əsas rifah darəsi), Nasist Almaniyasının hüdudlarından kənarda yaşayan Volksdeutschenin maraqlarını həll etmək üçün qurulmuş bir NSDAP agentliyi idi və sonra Allgemeine SS administrasiyasının nəzdində, Şərqi Avropada Lebensraumda (həyat sahəsi) olan nasist ideologiyasının təbliği və reallaşdırılması işlərinə məsuliyyət daşıyırdı. 1937-ci ildə SS rəhbərliyi altında Obergruppenführer Werner Lorenz tərəfindən təsis edilmişdir. İlk vəzifəsi Almaniya vətəndaşlarını insanlarını Almaniyadan kənarda yerləşdirmək idi. Bu iş bu şüar altında 1939-1940-cı illərdə reallaşdırılmışdır.
Haute-contre
Herbert Aaron Hauptman
Herbert Aaron Hauptman (14 fevral 1917[…], Nyu-York, Nyu-York ştatı – 23 oktyabr 2011[…], Buffalo, Nyu-York ştatı[…]) — Amerika riyaziyyatçısı, 1985-ci ildə "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Kimya üzrə Nobel Mükafatı laureatı. mükafatı həmkarı Cerom Karle ilə paylaşdı. 1917-ci ilin fevralın 14-də Nyu-Yorkda anadan olmuşdur. 1937-ci ildə Hauptman kolleci bitirərək bakalavr dərəcəsi 1939-cu ildə Kolumbiya universitetini bitirərək riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1955-ci ildə Merilend universitetində fəlsəfə doktoru dərəcəsi alır. 1969-cu ilə qədər Vaşinqtonda ABŞ-nin hərbi dəniz donanmasının tədqiqat laboratoriyasında işləmişdir. 1970-ci ildən Buffoloda Nyu-York universitetinin professoru, 1972-ci ildən Buffoloda Tibb mərkəzində iş rəhbəri və vitse prezident işləmişdir. 1955-ci ildə onun fəlsəfə doktoru dərəcəsi alması rentgenstruktur analizi üzrə idi və riyaziyyat üzrə verilmişdir. Hauptman hormonlar, antibiotiklər və vitaminlər kristallarının molekulların fəza strukturunu müəyyən etmək üçün riyazi üsul yaratdı. Fotolent üzərində alınan ləkələrin intensivliyini analiz edərək o, rentgen şüaları dəstəsinin əyilmə bucağını hesablaya bilirdi və bu hesablamalardan tədqiq olunan maddənin molekulyar strukturunun dəqiq şəklini yığa bilirdi.
Ketrin Hauerd
Ketrin Hauerd (İngiliscə: Catherine Howard) (d. 1523 - ö. 13 fevral 1542) - İngiltərə kralı VIII Henrinin beşinci qadınıdır. Lord Edmond Hauerd və Coys Kalpeperin qızıdır. Ketrin Hauerd Lort Edmond Hauerd və Joyce Culpeper`in qızı və Thomas Hauerd`in qardaşı qızı idi. VIII Henrinin ikinci qadını Anna Boleyn`in yaxın qohumu idi. Əmisinin köməkliyi ilə 15 yaşında ikən saraya Klevezli Annanın nədiməsi olaraq daxil olmuş, Klevezli Annanın qısa davam edən saray həyatından sonra aralarında 38 yaş fərq olmasına baxmayaraq Kral VIII Henri ilə evləndi. VIII Henri Klevezli Annadan boşandıqdan sonra eyni il Ketrin Hauerdlə evləndi. Ketrin həm mərhum qadını Anna Boleynin qohumu idi, həm də ona çox bənzəyirdi. İki il davam edən bu nikah kraliçanın qohumu Thomas Culpeper`lə olan gizli münasibətinin aşkara çıxmasıyla başa çatdı.
Leyton Haus (Formula-1 komandası)
Leyton Haus (ing. Leyton House Racing) – Yaponiya komandası, 1990-1991-ci illərdə Formula 1-də iştirak etmişdir. Leyton Haus daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olub, restoran, maqazin, idman mərkəzlərinin sahibi idi. Şirkətə yaponiyalı Akira Akaqi rəhbərlik edirdi. 1986-cı il Formula 3000 yarış iştirakçısı olan komandalardan birinə dəstək oldu. March komandasında iştirak edən İvan Kapelli çempionluq titulu əldə etdi. Nəticə müsbət oldu və Akaqi komandanın Formula 1 yarışında iştirakı üçün komandaya müəyyən məbləğ ödədi. İlk mövsümdə komandanı yalnız Kapelli təmsil edirdi. O Qran Pri Monakoda yalnız bir xal əldə etdi. Daha sonra komandaya Maurisio Qugelmin dəvət olundu.