her

adv. bura, buraya, bu tərəfə; von außen ~ bayırdan, xaricdən; von dort ~ oradan; von oben ~ yuxarıdan; von unten ~ aşağıdan; von weit ~ uzaqdan; komm ~! bura(ya) gəl!; ~ damit! ver bura(ya)!; hin und ~ ora-bura, oyana-buyana; wie lange ist es her? nə qədər (müddət) olur? es ist drei Jahre ~ üç il olur; es ist zwei Wochen ~, dass… artıq iki həftədir ki…; wo haben Sie das ~? bunu nə yerdən gətirmisiniz (almısınız)?
Hepatitis
herab
OBASTAN VİKİ
Her Loss
Her Loss — Dreyk və 21 Savage tərəfindən birlikdə hazırlanmış studiya albomu. 4 noyabr 2022-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. 01. Rich Flex 02. Major Distribution 03. On BS4 04. BackOutsideBoyz (performed by Drake) 05. Privileged Rappers 06. Spin Bout U 07. Hours in Silence 08.
Planet Her
Planet Her — ABŞ repçi və müğənnisi Doja Cat-ın üçüncü studiya albomu. 25 iyun 2021-ci ildə Kemosabe Records və RCA Records tərəfindən buraxılıb.
She and Her Cat
She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫, azərb. O və onun pişiyi‎) – Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir. Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir.
Can't Let Her Get Away
Can't Let Her Get Away — Maykl Ceksonun mahnısı.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Dadli Robert Herşbax
Dadli Robert Herşbax (18 iyun 1932[…], San-Xose, Kaliforniya) — ABŞ alimi. Amerika kimyaçısı Herşbax 1932-ci ilin iyunun 18-də Kaliforniya ştatında San Xosedə doğulmuşdur. Stanford Universitetini 1954-cü ildə bitirmiş, 1958-ci ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1958–1963-cü illərdə Kaliforniya Universitetində işləmişdir. 1963-cü ildən Harvard Universitetinin professorudur. Əsas işləri fiziki kimyaya aiddir. Kimyəvi reaksiyaların sürətini və mexanizmini müfəssəl öyrənmək məqsədilə 1961-ci ildə bir elementar fiziki-kimyəvi prosesi digərindən ayırmaq məsələsini həll etmişdir. Bunun üçün reaksiyaya girən hissəciklərin – atomların və ya molekulların təcrid olunmuş, cüt toqquşmaları üçün şərait yaratmışdır. Bu halda əvvəlki və sonrakı toqquşmaların bu verilən elementar reaksiya aktına təsiri olmur. Reaksiyaya girən hissəciklərin dəstələrinin toqquşması üsulu ilə belə şərait yaratmaq mümkün olmuşdur.
Devid Herbert Lourens
David Herbert Riçards Lourens (11 sentyabr 1885 - 2 mart 1930) — D.H. Lourens kimi də tanınan ingilis romançı(roman yazıçısı), şair, dramaturq, oçerkist, ədəbiyyatşünas və rəssam.Onun toplanmış əsərlərində müasirlik və sənayeləşmənin fərd üzərindəki insanlıkdan çıxartıcı təsiri geniş surətdə təmsil edilmişdir.
Devid Hervud
Devid Hervud (ing. David Harewood; 8 dekabr 1965) — Böyük Britaniya aktyoru və aparıcısı. O, daha çox "Vətən" teleserialındakı MKİ Terrorizmə Qarşı Mübarizə Departamentinin müdiri, eləcə də "Supergörl" teleserialındakı Con Cons / Marslı ovçu və Henk Henşou rolları ilə tanınır. Devid Hervud 8 dekabr 1965-ci il tarixində Birləşmiş Krallığa daxil olan İngiltərənin Birminhem şəhərində anadan olmuşdur. Ailəsi Barbados əsillidir və 1950-ci illərin axırlarında İngiltərə köçmüşdülər. Onun atası yük maşını sürücüsü, anası isə ərzaq tədarükçüsü idi. Onun bacısı Sandra, qardaşları isə Rocer və Poldur. O, Müqəddəs Benedikt adına kiçik məktəb və Veşvud Hit Akademiyasında təhsil almışdır. O, Milli Gənclik Teatrının üzvüdür. Gənclik illərində Birminhem şəhər mərkəzindəki bir çaxır barında işləmiş Hervud 19 yaşında Dram İncəsənəti üzrə Kral Akademiyasına daxil olmuşdur.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Emanuel Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555–1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
Ernst Herzfeld
Ernst Emil Herzfeld (23 iyul 1879[…] – 21 yanvar 1948, Bazel) — alman arxeoloq, memar və sənət tarixçisi. İslam mədəniyyəti, xüsusən İran sənəti ilə bağlı tədqiqatları ilə tanınmışdır. Herzfeld ayrıca Silifke yaxınlığındakı Aya Tekla xristian həcc mərkəzindəki tədqiqatlarda iştirak etmiş və rəsmlərini Samuel Guyerin şərhləri ilə birlikdə nəşr etdirmişdir. Münhen və Berlin universitetlərində memarlıq təhsili almış, ilk dəfə 1903-cü ildə Orta Şərqə getmiş, Mesopotamiyadakı Assuriya şəhərlərindən birində aparılan qazıntılarda memar kimi işləmiş, İraqdakı qədim Samarra şəhərini gördükdən sonra İslam mədəniyyəti ilə maraqlanmağa başlamışdır. Burada həyata keçirmiş olduğu ilk işlərini daha sonra 1907-ci ildə Samarra, Aufnahmen und Untersuchungenzur islamichen Archeologie (Səmarra, İslam Arxeologiya üzrə Ölçülər və Tədqiqatlar) adı altında çap etmişdir. Assuriya qazıntılarından ölkəsinə 1906-cı ildə qayıdarkən, İran yolundan istifadə etmiş və burada Pasarqad və Persepolisə səyahət etmişdir. Növbəti il bu iki şəhər əsasında hazırladığı tədqiqat işi ilə Berlin Universitetində doktorluq adı almışdır. 1908-ci ildə İstanbul və Suriyadan keçməklə Hindistana səyahət etmişdir. Sənət tarixçisi Friedrich Sarre ilə birlikdə Mesopotamiyada Fərat və Dəclə çayları vadilərində gəzərək bir çox arxeoloji sahəni müəyyən etdilər. Bu tədqiqatlarının nəticələrini 1911-1920 arasında Archeologische Reise im Euphrat ung Tignis Gebiet (Fərat və Dəclə Regionunda Arxeoloji Səyahət) adlı dörd cildlik əsərlərində yaydılar.
Foça (Bosniya və Herseqovina)
Foça (bosn. Foča, serb. Фоча / Foča, xorv. Foča) — Srbine (Srbinje/Србиње) — Bosniya və Herseqovinanın cənub-şərqində, Drina çayı üzərində yerləşən bir şəhər. Serb Respublikasına daxil olan Foça bələdiyyəsinin və Foça regionunun inzibati mərkəzidir. Foca Monteneqro və Serbiyanın sərhəddinə yaxın, qayalı Herseqovina və meşəli Bosniyanın kəsişməsində, Drina çayına tökülən Çexotin çayının mənbəyində yerləşir. Bosniya və Herseqovinanın ən yüksək nöqtəsi olan Maqliç dağı (2386 m) inzibati vadid ərazisində yerləşir. Bosniya və Herseqovinada yeganə və Avropadakı ən böyük toxunmamış meşə olan Peruçisa burada yerləşir. Suteska Milli Parkında ölkənin ən gözəl şəlaləsi və Tara çayının kanyonu vardır. Dərinliyinə görə Avropada ən böyük və dünyada ikincidir.
Fransisk (Savoyya hersoqu)
Fransisk (it. Francesco Giacinto di Savoia) (14 sentyabr 1632, Turin – 4 oktyabr 1638, Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatının ardından, hələ 5 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq cəmi bir il sonra qızdırmalı xəstəlik səbəbilə öldüyü qeyd edilir. Ölümündən sonra taxta 4 yaşlı kiçik qardaşı Çarlz Emanuel çıxdı və anası naibəliyə davam etdi. Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Merlini, Carlo (1938).
Guerrillero Heroico
Guerrillero Heroico — marksizm inqilabçısı Çe Qevaranın təsvir olunduğu əlamətdar fotoqrafiya, müəllifi Alberto Kordadı. Foto 1960-cı il martın 5-də Havanada keçirilən "La Coubre" teploxodunun partlayış qurbanlarının xatirəsinə olan mitinqdə çəkilib. Foto Leica M2 fotoaparatı ilə Kodak şirkətinə məxsus olan lentə çəkilib. 1960-cı illərin sonlarında Çe Gevara inqilabi fəaliyyətini dəyandırdı və edamı edildi, onun gördüyü işlərlə birlikdə şəkil Çe Qevaranın xarizmatik və ziddiyyətli obrazını "Mədəni ikona"ya çevirdi. Sonralar Korda deyirdi ki, Çe Qevaranın şəkildəki üz mimikası onun "qəti barışmazlığı" və möhkəm xarakterini ifadə edir. "La Coubre" yük gəmisi 4 mart 1960-cı ildə Havana limanında boşaldılması zamanı partlamışdır. Partlayış zamanı yüzdən çox insan həlak oldu və daha iki yüzü xəsarət aldı. O vaxt sənaye naziri olan Ernesto Qevara partlayış zamanı aqrar islahatlar milli institutunda idi, hadisə baş verən kimi dərhal limana gəldi və bir neçə saat ərzində yaralılara tibbi yardım göstərərək xilasetmə əməliyyatında iştirak etdi. Ertəsi gün, martın 5-də Kuba inqilabının lideri Fidel Kastro MKİ-ni partlayış törətməkdə ittiham etdi. Terror aktı qurbanlarının xatirəsinə matəm mitinqi və sonrakı Malekon bulvarından Kolon qəbiristanlığına olan marş zamanı Fidel nitqində sonradan məşhur olacaq "Vətən ya ölüm" (isp.
Gövəravan (Heris)
Gövəravan (fars. گواروان‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 768 nəfər yaşayır (179 ailə).
Göydərək (Heris)
Göydərək kəndi (fars. گوي درق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (35 ailə).
Hafsiya Herzi
Hafsiya Herzi (fr. Hafsia Herzi; 25 yanvar 1987, Manosk) —Tunis-Əlcəzair əsilli Fransa aktrisası. Hafsiya Herzi 25 yanvar 1987-ci ildə Fransanın Manosk şəhərində anadan olub. O, 13 yaşında Notes sur le rire telefilmində rol alıb. Getdikcə püxtələşən Hafsiya Herzi Plus belle la vie и Sous le soleil filmlərində çəkilib. Hafsiya Herzi 2005-ci ildə Əbdüllətif Keşişin Kus-kus və barabulka filmində Rum roluna dəvət alıb.
Hans Herman Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Helen Herron Taft
Helen Herron Taft (ing. Helen Herron Taft; 2 iyun 1861[…], Sinsinnati, Ohayo – 22 may 1943[…], Vaşinqton) — ABŞ siyasətçisi, 28-ci Prezidenti Vilyam Taftın həyat yoldaşı.
Hiq (Heris)
Hiq (fars. كرم جوان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (65 ailə).
Hiyaq (Heris)
Hiyaq (fars. هيق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (53 ailə).
Hughes H-4 Hercules
Hughes H-4 Hercules, Hughes Aircraft şirkəti tərəfindən istehsal edilən ağır nəqliyyat təyyarəsinin prototipi olmuşdur. Təyyarə bircs dəfə, 2 noyabr 1947-ci ildə uçurulmuşdur. Müharibə dövründə alüminiumdan istifadəyə qoyulmuş məhdudiyyətlərə görə təyyarə ağacdan hazırlanmışdır. Taxta və laminatdan hazırlandığına görə tənqidçiləri tərəfindən “Spruce Goose” (ingiliscə spruce “küknar”, və goose “qaz” deməkdir) ləqəbini almışdır. Bu tikinti texnikasından British De Havilland şirkətinin Mosquito təyyarəsində də istifadə edilmişdir və təyyarənin birləşmə nöqtələrində küknardan istifadə edildiyi məlumdur. Hercules indiyə qədər hazırlanmış ən böyük dəniz təyyarəsi olmaqla bərabər, həm də tarixdə hazırlanmış olan ən geniş qanadlı və ən hündür təyyarə tituluna da malikdir. O, ABŞ-nin Oreqon ştatının Makminvil şəhərindəki Evergreen Aviasiya Muzeyində yaxşı vəziyyətdə saxlanılır. Təyyarə ona verilmiş olan ləqəbinə baxmayaraq, demək olar ki, tamamilə ağcaqayın ağacından hazırlanmışdır. Laminatlı ağac strukturunda kontrplak və qatran "Duramuld" prosesi, kompozit forma texnologiyasından istifadə edilmişdir ki, buna da “tur de force texnologiyası” deyilir. İkinci Dünya Müharibəsi dövründə istifadə edilməsi üçün hazırlanan təyyarə vaxtında tamamlanmadı və tək bir prototipinin istehsalı istisna olmaqla, heç vaxt kütləvi istehsal üçün təklif edilməmişdir.
Hərzəndiq (Heris)
Hərzəndiq (fars. هرزنديق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (25 ailə).
Hərzəvərz (Heris)
Hərzəvərz (fars. هرزه ورز‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (25 ailə).
III Maksimilyan (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
III Viktor Amadeus (Savoyya hersoqu)
III Viktor Amadeus (it. Vittorio Amedeo III di Savoia) (26 iyun 1726[…], Turin, Sardiniya krallığı – 16 oktyabr 1796[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Hesseli Poliksenadır. Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
III Çarlz (Savoyya hersoqu)
III Çarlz (it. Carlo III di Savoia) və ya Yaxşı Çarlz (it. Carlo il Buono) (10 oktyabr 1486, Şaze-syur-En – 17 avqust 1553, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Klaudin Brosdur. 1536-cı ildə bacısı oğlu olan Fransa kralı I Fransisk tərəfindən hersoqluq işğal olundu və III Çarlz ölkədən qaçmağa məcbur oldu. Qalan ömrünü sürgündə keçirmişdir. John Roger Paas, The German Political Broadsheet, 1600–1700: 1600–1615, (Otto Harrassowitz, 1985), 67. Michael Mallett and Christine Shaw, The Italian Wars, 1494–1559, (Pearson Educational Limited, 2012), 230–231.
III Çarlz Emanuel (Savoyya hersoqu)
III Çarlz Emanuel (it. Carlo Emanuele III di Savoia) (27 aprel 1701[…], Turin – 20 fevral 1773[…], Turin, Sardiniya krallığı) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı XIII Lüdovikin nəvəsi Orleanlı Anna Mariyadır. Saray ənənələrinə uyğun olmayan evliliyi səbəbilə skandala səbəb olan atasının taxtdan çəkilməsiylə, gözlənilmədən Savoyya hersoqu və Sardiniya kralı oldu. Ancaq Şamberidəki qəsrində iqamət etməyə başlayan atası çox keçmədən dövlət işlərinə müdaxilə etməyə başladı və oğlunu bacarıqsızlıqla ittiham etdi. Ətrafına topladığı dəstəkçiləriylə yenidən taxtı ələ keçirmək cəhdinin ardından, atasını Rivoli qalasına həbs etdirdi. Çox keçmədən atası burada vəfat etdi. Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1985). L'Allemagne Dynastique, Tome IV – Wittelsbach. France: Laballery.
II Ferdinand (hersoq)
II Ferdinand (d. 14 iyun 1529 — ö. 24 yanvar 1595) — Avstriya hersoqu. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci oğludur. 1557-ci ildə ilk evliliyi Filipina Uelserlə baş tutdu və bu evlilikdən yalnız ikisi yetkinlik yaşına çatan 4 övladı dünyaya gəldi. Xanımının vəfatının ardından 1582-ci ildə öz bacısı qızı Anna Yuliana ilə evləndi və bu evlilikdən də yalnız ikisi yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica.
II Filibert (Savoyya hersoqu)
II Filibert (it. Filiberto II di Savoia) və ya Yaraşıqlı Filibert (it. Filiberto il Bello) (10 aprel 1480, Pon-d'En – 10 sentyabr 1504, Pon-d'En) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Burbonlu Marqaritadır. 1496-cı ildə atası II Filipp gözlənilmədən Savoyya hersoqu olmuşdu və taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti sələfinin 9 yaşlı bacısı Yolanda ilə evləndirmişdi. Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi. Bu səbəblə Filibert Avropanın böyüyən gücü Habsburqlara yaxınlaşmağa başladı. Siyasi məqsədlərlə 1501-ci ildə Müqəddəs Roma imperatoru I Maksimilyanın qızı Marqarita ilə evləndi.

Digər lüğətlərdə