hibbon

hibbon
hiasint
hibrid
OBASTAN VİKİ
Hibbonlar
Hibbonlar (lat. Hylobatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi. Ön ətrafları qeyri-adi dərəcədə uzun olub açılmış halda 2 metrədəkdir. Quyruğu və ovurd kisələri yoxdur. Oturaq döyənəkləri kiçikdir. İki cinsi: 6 növdən ibarət əsl hibbonlar (hylobates) və daha iri 1 növü olan (symphalangus syndactylus) siamanqlar, yaxud pəncəsinin 2-ci və 3-cü barmaqları dəri pərdə ilə bitişmiş bitişikbarmaqlılar (symphalangus) var. Bədəninin uzunluğu 40-64 sm, çəkisi 4-12,5 kq olur. Cinsi dimorfizm zəifdir. Tükü sıxdır; rəngi boz, yaxud sarımtıl-qonurdan qaraya qədər dəyişə bilir. Vətəni Cənubi Çin, Hind-Çin, Sumatra, Yava, Kalimantan adalarıdır.