Amerika hinduları
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.