Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hindilər
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerika hindiləri

Hindlilər
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Şindilər
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd. Şindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir. Şindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir.
Anql-Hindlilər
Anql–Hindlilər (avrasiyalılar, ferinqlər, paranqlar, topaslar) — Hindistanda etnik qrup. Sayı 45 min nəfərdən çoxdur (2000). Anql-Hindlilər avropalılarla (portuqallar, hollandlar, fransızlar, ingilislər və b.) hindlilərin qarışıq nikahları nəticəsində meydana gəlmişdir. Avstraliya, Kanada və Avropa ölkələrində də yaşayırlar. İngilis dilində danışırlar. Dindarları xristiandır. Əsasən şəhərlərdə yaşayırlar. İdarəçilik, təhsil, tibb, mədəniyyət, dəmiryolu nəqliyyatında və digər sahələrdə çalışırlar.
Hindudər
Hindudər — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Sərbənd bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,863 nəfər və 523 ailədən ibarət idi.
Hindular
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Sindhilər
Sindhilər (Sindhicə: سنڌي, Urduca:سندھی (Sindhi, Devanaqari komutu: सिन्धी, Sindhī) — Pakistan və Hindistanda yaşayan xalq. Pakistanın ümumi əhalisinin 14%-ni təşkil edirlər. Kökənlərinin dayandığı ana bölgə Pakistanın Sind əyaləti olmaq üzrə Sind bölgəsinin Hindistan kəsimindəki Racastan əyalətində yaşayan Sindhi dili danışan, ağırlıqlı müsəlman Hind-Avropalı bir etnik qrupdur.
Zincilər
Zəncilər – VII–IX əsrlərdə ərəb və İran qul alverçiləri tərəfindən, əsasən, Zənzibar adasının (ərəb dilində əz-Zinc; "zinci" adı da buradandır) qul bazarlarından alınaraq İraq və Xuzistana gətirilmiş Şərqi Afrika mənşəli qul. Zincilərdən ən ağır işlərdə istifadə edirdilər. Onlar kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu.
Çinlilər
Bu məqalə - ÇXR-nın demonimi haqqındadır. Millət olaraq "Çinlilər" adlanan xalq üçün Han xalqı səhifəsinə baxın.Çinlilər - Çin Xalq Respublikasının və Çin Tayvan Respublikasının vətəndaşlarına verilən ad.
İndrilər
İndrilər (lat. Indriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinə aid heyvan fəsiləsi.
Hudilər
Hudilər ya da Banu Hud (بنو هود), İspaniyanın dağınıq müsəlman əmirliklərə (Təvaif-ül Mülk) bölündüyü XI əsrdəki siyasi qarğaşa dönəmində Saraqosa şəhəri çevrəsində hökm sürən bir Ərəb xanədanıdır. Xanədanın qurucusu olan Süleyman bin Məhəmməd bin Hudi, xanədanını Tucibi əmiri və yaxın müttəfiqi olan II Munzirin 1039-cu ildə öldürülməsindən sonra elan etmişdir. Tucibi zamanında şimal sınırında vəzifədə olan əl-Mustain adıyla da anılan Süleyman bin Məhəmməd bin Hudi, əsgəri uğurlarıyla adını duyurmuş və Lerida valiliyi vəzifəsində olmuşdur. Hudilər Əl-Mustain dönəmində qısa müddətdə İber yarımadasının şimal-şərqində geniş torpaqlara sahib bir əmirlik təşkil etdilər. Ancaq Əl-Mustainin ölümündən sonra beş oğlu arasında başlayan taxt qovğası, oğullarından I Əhməd əl-Müqtədirin hakimiyyəti ələ almasıyla sona çatdı. Əhməd əl-Müqtədir uğurlu idarəsi və Norman Robert Crespinin 1064-cü ildə müsəlmanlardan aldığı Barbastoyu yenidən fəthi (1065) ilə müsəlman əmirlər arasında adını duyurdu. Ayrıca aralarında ünlü din alimi Əbul Vəlid əl-Bacinin və şair İbn Ammarın da olduğu önəmli din adamlarını və sənətkarları yanına aldı və günümüzdə sadəcə kiçik bir qismi ayaqda qalmış olan Cəfəriyyə sarayını tikdirdi. əl-Müqtədir bunun yanında Tortosa (1061) və Denianı (1075) ələ keçirərək əmirliyi dönəmində torpaqlarını genişlətməyi bacardı. Yerinə keçən oğlu Yusif əl-Mutəmin (1081-1085) əsgəri kimliyindən çox elm adamı kimliyi ilə ortaya çıxdı. Əl-Mutəmindən sonra taxtı əlinə alan II Əhməd əl-Mustainin hökmdarlıq dönəmiysə (1085-1110) Xristianlarla aparılan savaşlarla keçdi.
İnilər
İnilər (lat. Iniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Cinlilər tayfası

Cinnilər tayfası

Zincilər üsyanı
Zəncilərin üsyanı — Abbasilər dövründə IX əsrin birinci yarısında Cənubi Mesopotomiyada baş vermiş silsilə qiyam. Xilafət ərazisində Zincilərdən ən ağır işlərdə (kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər) istifadə edirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu. Xəlifə əl-Müxtədinin dövründə (868–870), 869-cu ildə Bəsrə bölgəsində zincilərin üsyanı baş verdi. Üsyanın rəhbəri Əli ibn Məhəmməd idi. O, nə zənci, nə də qul idi. Özünü Həzrət Əli ibn Əbutalibin törəməsi kimi qələmə verirdi. Üsyanın yayıldığını görüb özünü Mehdi elan etdi. Xəlifə yalnız 879-cu ildə üsyanı yatıra bildi.
Çinilər (Tarım)
Çinilər (az-əbcəd. چینی‌لَر‎, fars. کردآباد‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 38 nəfər yaşayır (12 ailə).
Serb Respublikasında çinlilər
Serb Respublikasında çinlilər (serb. Кинези у Републици Српској, çin. 中國人 在 塞族共和國) — граждане Serb Respublikası ərazisində yaşayan və işləyən çinli icması. Hazırda çinlilər Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir. 1990-cı illərin sonları 2000-ci illərin əvvəlləri Serb Respublikası ərazisində ilk çin miqrantlsr görünməyə başlamışdır. Onlar əraziyə əsasən ticari məqsədlər üçün gəlsələrdə, bir qismi bölgəni tərk etməmiş və burada daimi yaşayış qurmuşlar. Çinlilər ölkənin hər bir yerinə yayılmışlar. Onların böyük qismi Banya-Luna ərazisində yaşayır. Onların əsas məşğuliyyəti ticarət, biznes və kənd təsərrüfatı sahələrində çalışırlar. Kənd təssərüfatında çalışanların böyük qismi əkinçilikdədirlər.
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.
Rut Hendler
Rut Marianna Hendler (4 noyabr 1916, Denver – 27 aprel 2002) amerikalı biznesmen qadın və ixtiraçı.Oyuncaq istehsalçısı Mattel Inc-in keçmiş prezidenti.1959-cu ildə bütün dünya üzrə milyarddan çox satış etmiş Barbi kuklalarını ixtira etməsi ilə məşhurdur. O,1916-cı ildə Kolorado ştatının Denver şəhərində polyak-yəhudi immiqrantları olan İda və Yakob Moskonun övladı olaraq dünyaya gəlib.Orta məktəb sevgilisi Elliot Hendler ilə evlənərək və 1938-ci ildə Los-Ancelesə köçdü.Əri yeni növ plastik olar pleksidən özlərinə mebel düzəltməyə başlayandan Rut mebel biznesinə başlamağı təklif etdi.Douglas Aviasiya Şirkəti ilə müqavilə imzalayaraq işə başladı. Elliot Hendler və iş ortağı Harold "Matt" Matson şəkil çərçivələri istehsalı üçün kiçik bir şirkət qurdular və adlarının bir hissəsini birləşdirərək "Mattel" adlandırdılar("Matt" və "Elliot") Daha sonra istehsalat artıqlarından kukla evi qurdular.Daha sərfəli olduğunu görüb kukla istehsalına daha çox diqqət ayırdılar.Şirkətin ilk böyük satışı oyuncaq ukulele olan "Uke-a-doodle" oldu. Barbi kuklasını yaradərkən Rut,qızı Barbaradan ilhamlanmışdı.Rut,qızının və dostlarının yetkin qız formasında oyuncaqlarla oynamağı kiçik uşaq oyuncaqlarından daha çox sevdiyini görmüşdü.Həmin vaxta qədər yetkin qız formasında oyuncaqları karton kağız formasında olurdu.Rut isə oyuncağın üçölçülü formasını düzəltməyə qərar verdi. Rut əvvəlcə Mattel şirkıtini buna razı sala bilməsə də Almaniyaya gedərək oradan Lili adlı oyuncaq kuklanı almış və Mattel şirkətini Barbi kuklası istehsal etməyə razı salmışdı.İlk Barbi kuklası 1959-cu ildə istehsal olundu.