hipertenziya

hipertenziya (tib.)
hipertenziv
hiperterapiya 2021
OBASTAN VİKİ
Arterial hipertenziya
Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. == Simptomatik hipertoniya (ikincili hipertoniya) == Simptomatik hipertoniyaya aiddir: Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s. == Risk Faktorları == Həyat tərzi ilə bağlı risk faktorları: • Duzlu və yağlı qidaların qəbulu • Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması • Alkoqoldan istifadə • Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi • Həddindən çox stresli həyat tərzi • Tütünçəkmə Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorlarıda mövcuddur. Bunlara aşağıdakılar aiddir: • Şəkərli diabet • Qanda xolesterinin yüksək səviyyəsi • Artıq çəki və piylənmə.
Portal hipertenziya
Portal hipertenziya — Portal təzyiq dedikdə, qapı venasındakı qanın damar divarına etdiyi təzyiq nəzərdə tutulur və bu təzyiq qanın splanxik venalardan qaraciyərə və aşağı boş venaya axmasını təmin edən əsas qüvvədir. Normada qapı venası ilə boş vena arasındakı təzyiqlər fərqi 5 mm Hg st. təşkil edir. Bu fərqin 5 mm Hg st.-dan çox olması portal hipertenziya kimi qəbul olunur. Təzyiqlər fərqi 12 mm Hg st.-dan yüksək olduqda isə, varikoz qanaxma riski yaranır.
Göz hipertenziyası
Göz hipertenziyası — klinik termindir və görmə sinirinin zədələnməsi və görmə qabiliyyətinin itirilməsi olmadığı hallarda göz daxili təzyiqin yüksək olmasını ifadə edir. Bir çox insanlar üçün göz daxili təzyiqin normal aralığı 10–21 mm civə sütunu arasındadır. Bu göstəricinin aşılması qlaukomanın inkişafı üçün əhəmiyyətli risk faktorudur. Göz hipertenziyası ilə bağlı araşdırmalar, çoxmərkəzli randomizə edilmiş klinik sınaqlar göstərdi ki, vaxtında müalicə göz hipertenziyasının açıq bucaqlı qlaukomaya çevrilməsini ləngidir. Beləliklə, göz daxili təzyiqi ardıcıl olaraq 21 mm civə sütunundan yüksək olan şəxslər qlaukomanın səbəb olduğu görmə itkisinin qarşısını almaq üçün tədbirlər görməlidirlər. == Patofiziologiya == Göz daxili təzyiq siliyer cismin ifrazı nəticəsində əmələ gələn mayenin miqdarı ilə trabekulyar şəbəkə vasitəsilə gözdən çıxarılan mayenin miqdarının fərqi ilə müəyyən edilir. == Müalicə == Göz hipertenziyası göz damcıları və ya lazer müdaxiləsi vasitəsilə aradan qaldırılır. Göz damcıları göz daxili təzyiqi, göz daxili mayenin ifrazını azaldır. Lazer trabekuloplastikası göz daxili təzyiqi trabekulyar şəbəkə vasitəsilə göz mayesinin axmasını artırmaqla azaldır. Marixuanadan göz hipertenziyası və ya qlaukomadan qaynaqlanan göz daxili təzyiqi azaltmaq üçün istifadə edilsə də, bu üsul effektiv bir üsul sayılmır.