HİPOSENTR

yun. hypo – altında + yun. centrum – mərkəz

HİPOLİMNİON
HOPHOP
OBASTAN VİKİ
Hiposentr
Hiposentr — Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yer. Hiposentr, adətən, bir nöqtədən ibarət olmayıb, bir xətt və ya bütöv bir sahə təşkil edir. Zəlzələnin dərinliyi müxtəlif ola bilər. Bunların divarlarında əmələ gəlmiş çatları ölçməklə bu dərinliyi qaba üsul ilə təyin etmək olur. Burada çatların Yer səthinə olan meylini təyin edir və çat müstəvilərindən perpendi kulyar qaldırırlar. Həmin perpendikulyarın bir-biri ilə kəsişdiyi nöqtə hiposentrin yerini müəyyən edir. Hiposentrin dərinliyini isə şaqul üzrə ölçməklə təyin edirlər. Zəlzələnin başlandığı yerin dərinliyini seysmoqrafların yazıları əsasında daha dəqiq hesablayırlar. Müşahidələrin göstərdiyi kimi, zəlzələ hiposentri adətən nisbətən az dərinlikdə, 50–100 km-dən artıq olmayan dərinlikdə yerləşir. Lakin son zamanlar bu dərinliyin 300–700 km-ə bərabər olduğu müəyyən edilmişdir.

Digər lüğətlərdə