hippoterapiya
hippuritlər
OBASTAN VİKİ
Hippuritlər
Hippuritlər (Hippurites) - rudistlər dəstəsindən (Pachyodonta) olan ikitayqabıqlı molluskların cinsi. Qabığın ölçüsü bəzən 1 m-ə çatır. Uzunsov — konusvari və ya hətta silindrik sağ tay substrata, azqabarıq və yastı sol tay isə uzun-yoğun dişli qapaq şəklində olub, sağ tayı örtürdü. Kilid paxiodont tiplidir. Aralıq dənizi paleocoğrafi vilayətinin gec təbaşir dənizlərinin dayaz zonalarında məskunlaşmışdır. Hippuritlər mərcanlarla birlikdə orqanogen qurumlar əmələ gətirmişdir. İkitayqabıqlı molluskalar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.