homoseksualist
homosentrik
OBASTAN VİKİ
Homoseksualizm
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Azərbaycanda homoseksualizm tarixi
Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır. == Qədim dövr == Azərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur. Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı. E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır. Heradot skiflər haqqında yazırdı: "Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar". Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir.
Ermənistanda homoseksualizm tarixi
Ermənistanda LGBT tarixi — müxtəlif dövrlərdə erməni cəmiyyətində homoseksuallıqla bağlı məlumatları əhatə edir.Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu. 2003-cü ildə homoseksuallığı qadağan edən qanun Robert Koçaryan tərəfindən Cinayət Məcəlləsindən çıxarılmışdır. == Qədim dövr == İkiçayarası xalqlarının ən qədim nəsr nümunələrindən olan Gilqameş dastanında xalq qəhrəmanı Gilqameşla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır. Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir: "Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur". Bu dastan bir müddət sonra Mesopotamiya taryfalarının ünsiyyətdə olduğu bütün yaxın ərazilərdə sürətlə yayılmış və şöhrət qazanmış, həmçinin Erməni ədəbiyyatına da təsir göstərmişdir. E.ə IV əsrdə Makedoniyalı İsgəndərin geniş Əhəməni torpaqlarını da imperiyasının tərkibinə qatması bu ərazilərdə yeni mədəniyyətin yayılması ilə müşahidə edilir. Böyük İsgəndərin yürüşləri nəticəsində yayılan Ellinizm mədəniyyəti, Qədim Yunanıstan mədəniyyətindən gələn homoseksual münasibətlərin təbliği və yayılmasında ciddi rol oynamışdır. Romanın Ermənistana yürüşləri və bu ərazini əsarəti altına alması, imperator Adrianın (117–138) öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir. B.e. III əsrindən etibarən Ermənistanda Maniçilik yayılmağa başlayır və sonradan manixeylər cinsi nizamsızlıq və homoseksuallıqda günahlandırılırlar.

Digər lüğətlərdə