İctimai

1) insan cəmiyyətinə aid olan; 2) kollektiv siyasi, mədəni ehtiyaclarına könüllü xidmət etmə; 3) maaşsız, məccani iş; 4) insan cəmiyyətinə aid olan. Məsələn, ictimai quruluş; 5) kollektivin siyasi, mədəni, həmkarlıq və s. ehtiyaclarına könüllü xidmətlə bağlı olan. Məsələn, ictimai iş.
İcra vərəqəsi
İctimai rəy
OBASTAN VİKİ
İctimai Palata
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
İctimai Radio
İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir. Radio 2006-cı il yanvarın 10-dan fasiləsiz yayımdadır. İctimai Radio 24 saatlıq rejimdə, bütün ölkə ərazisində yayımlanır. Proqram cədvəlində əyləncəli səhər verilişi, maarifləndirici axşam şousu, idman verilişi, biznes yönümlü tok-şou, milli caz musiqisinə həsr olunmuş veriliş, o cümlədən, Azərbaycanın siyasi, sosial, mədəni gündəminə dair bir çox maarifləndirici proqramlar da yer almaqdadır. Həmçinin yeni fəaliyyətə başlayan musiqiçilərə dəstəyi ilə seçilən radionun yayımında tez-tez gənc ifaçıların musiqilərini eşitmək mümkündür. İctimai Radio Azərbaycanın ən yenilikçi yayımçılarından hesab edilir və ölkədə yeganə ictimai yayımçıdır. İctimai Radionun fəaliyyəti “İctimai televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.
İctimai TV
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai Televiziya
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai diplomatiya
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsilə bilavəsitə əlaqə yaradılması. 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
İctimai hüquq
İctimai hərkətlilik
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır. İctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür. Üfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər. Şaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir. Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).
İctimai hərəkətlilik
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır. İctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür. Üfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər. Şaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir. Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).
İctimai iddia
İctimai iddia təkcə bir fiziki şəxsin başqa bir şəxsə qarşı qaldırdığı iddia deyil, həm də həmin fiziki şəxsin cəmiyyətə və ya bir təşkilatın müəyyən etdiyi təşkilat qanununun yaratdığı qanuni hüququ ilə əlaqədar təşkilata qarşı irəli sürülmüş və veriləcək qərar və ya qərarların yalnız iddianı açan şəxs üçün deyil, həm də ictimai mənada hər kəsi maraqlandıran işlərlə əlaqədar olaraq məhkəmənin sadəcə fiziki şəxs və yaxud da təşkilat haqqında veriləcək qərarlarına aid edilən işlərə verilən addır. Köhnə dildə dövlətin mühakimə olunması da adlandırılan ictimai iddia; cinayət işinin baş tutması üçün cinayət ittihamının məhkəmə orqanlarına təqdim edilməsi deməkdir. Dövlət cəmiyyət adından hər hansı cinayətkarı törətdiyi cinayətə uyğun olaraq məhkəmə qarşısına çıxarmalı, mühakimə etməli və məhkəmə prosesinə başlamalıdır. Bununla əlaqədar olaraq bu ittihama da ictimai iddia deyilir.
İctimai iqtisadiyyat
İctimai iqitsadiyyat (və ya dövlət sektoru iqtisadiyyatı) — dövlət siyasətinin iqtisadi səmərəlilik və bərabərlik prizmasından öyrənilməsidir. Dövlət iqtisadiyyatı rifah iqtisadiyyatı nəzəriyyəsinə əsaslanır və nəticədə sosial rifahı yaxşılaşdırmaq üçün bir vasitə kimi istifadə olunur. Dövlət iqtisadiyyatı, hökumətin iqtisadi bazarlarda iştirak etməsi və nə dərəcədə olması barədə düşünmək üçün bir çərçivə təmin edir. Mikroiqtisadi nəzəriyyə, dövlət müdaxiləsi olmadığı təqdirdə özəl bazarın səmərəli nəticələr verə biləcəyini qiymətləndirmək üçün istifadə olunur; Bu iş dövlət vergi və xərclərinin təhlilini əhatə edir. Bu mövzu müxtəlif mövzuları əhatə edir, xüsusən də ictimai mallar, xarici təsirlər və qeyri-kamil rəqabət və dövlət siyasətinin yaradılması və həyata keçirilməsi kimi bazar uğursuzluqları. Ümumi texnika və mövzular aşağıdakılardır: dövlət maliyyəsi nəzəriyyəsi və tətbiqi dövlət siyasətinin təhlili və inkişafı vergilərin bölüşdürülməsinin və dövlət xərclərinin təsiri bazar iflasının təhlili və dövlət iflası. Diqqət ideologiyadan fərqli olaraq analitik və elmi metodlara və normativ-etik təhlillərə yönəldilmişdir. Əhatə olunan mövzu nümunələri: vergi yükü optimal vergitutma və ictimai mal nəzəriyyəsi. Səmərəli və ədalətli bazarların təmin edilməsində hökumətin rolu, yarana biləcək bazar uğursuzluqlarını həll etməklə böyük ölçüdə gücləndirilir. Dövlət iqtisadiyyatı, hökumətin bazar uğursuzluqlarını düzəltmək üçün nə vaxt və nə dərəcədə iqtisadiyyata müdaxilə etməsinə diqqət yetirir.
İctimai kapital
İctimai kapital — bir-biri ilə qarşılıqlı əlaqədə olan fərdi kapitalların məcmusu. İctimai kapital da fərdi kapital kimi əməklə kapital arasındakı istehsal münasibətlərini ifadə edir. Lakin fərdi kapitaldan fərqli olaraq ictimai kapital bütövlükdə proletar sinfi ilə bütövlükdə burjua sinfi arasındakı istehsal münasibətlərinin ifadəsidir. İctimai kapitalın hərəkəti fərdi kapitalların dövriyyəsinin nəticəsi olub, istehsal və tədavül sahəsində yaranır. İctimai kapital üç formada - pul kapital, məhsuldar kapital və əmtəə kapital formasında olur. İctimai kapitalın hərəkətinin məqsədi izafi dəfər mənimsəməkdir. İctimai kapitalın artması ilə istehsalın ictimailəşmə dərəcəsi də yüksəlir; bu, kapitalizmin əsas ziddiyyətini kəskinləşdirir, yeni ictimai-inqtisadi formasiyaya keçid hazırlayır. İstehsalın ictimai xarakteri ilə mənimsəmənin xüsusi kapitalist forması arasındakı ziddiyyət ictimai kapitalın təkrar istehsalına siklik xarkter verir və labüd ifrat istehsal böhranlarına səbəb olur.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
İctimai maliyyə
İctimai (mərkəzləşdirilmiş) və ya Dövlət maliyyəsi — dövlət və bələdiyyə orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş vəsaitlərinin formalaşdırılması və istifadəsi sistemi. Dövlət maliyyəsinə dövlət maliyyəsi və bələdiyyə maliyyəsi daxildir. Mərkəzləşdirilmiş maliyyə büdcə sistemi, eləcə də dövlət və bələdiyyə krediti ilə təmsil olunur. Dövlət maliyyəsi sahəsi hökumətin aşağıdakılara təsirindən ibarət üçtərəfli hesab olunur: Mövcud resursların səmərəli bölüşdürülməsi; Gəlirlərin vətəndaşlar arasında bölgüsü; eləcə də İqtisadi sabitlik. İqtisadçı Conatan Qruber dövlət maliyyəsinin geniş sahəsini qiymətləndirmək üçün çərçivə təklif etmişdir. Qruber dövlət maliyyəsini dörd əsas sual baxımından nəzərdən keçirməyi təklif edir: Dövlət iqtisadiyyata nə vaxt müdaxilə etməlidir? Hökumətin müdaxiləsinin iki əsas motivi var: bazarın uğursuzluğu və gəlir və sərvətin yenidən bölüşdürülməsi. Hökumət necə müdaxilə edə bilər? Müdaxilə etmək barədə qərar qəbul edildikdən sonra hökumət müdaxiləni həyata keçirmək üçün xüsusi alət və ya siyasət seçimini seçməlidir (məsələn, dövlət təminatı, vergi və ya subsidiyalar). Bu müdaxilələrin iqtisadi nəticələrə təsiri necədir?
İctimai maraq
Ümumi maraq (və ya ictimai maraq ) düsturu bütövlükdə hesab edilən əhalini maraqlandıran və ona xidmət edən hərəkətlərin və ya qurumların məqsədini təyin edir. İlk dəfə Aristotel tərəfindən “ Siyasət adlı əsərində formalaşdırılmış, o vaxtdan bəri çoxsaylı mübahisələrin mövzusu olmuşdur.. “İctimai maraq hüququ” 1960-cı illərin sosial qarışıqlıqları zamanı və ondan sonra ABŞ-də geniş şəkildə qəbul edilmiş bir termindir. Bu, ABŞ Ali Məhkəməsinin hakimi olmamışdan əvvəl geniş ictimaiyyətin maraqları üçün vəkilliyi öz hüquqi praktikasına daxil edən Louis Brandeis tərəfindən nümunə götürülən ənənə üzərində qurulmuşdur. 1905-ci ildə məşhur bir çıxışında Brandeis vəkillik peşəsini tənqid edərək şikayət etdi ki, "bacarıqlı hüquqşünaslar böyük dərəcədə böyük korporasiyaların köməkçisi olmağa icazə verdilər və öz səlahiyyətlərini xalqın müdafiəsi üçün istifadə etmək öhdəliyinə məhəl qoymadılar." 1960-cı illərin sonu və 1970-ci illərin sonlarında çoxlu sayda Amerika hüquq fakültəsini bitirən məzunlar öz işlərində “müvafiqlik” axtarmağa başladılar – o dövrdə Amerika cəmiyyətində çox açıq şəkildə və qızğın müzakirə olunan sosial məsələlərə təsir göstərmək istəyirlər. Brandeisin istinad etdiyi "korporativ əlavələrdən" fərqlənmək üçün özlərini ictimai maraqların vəkilləri kimi təyin etdilər.
İctimai mülkiyyət
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
İctimai nəqliyyat
İctimai nəqliyyat — əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat, müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. İctimai nəqliyyat vasitələrinə misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
İctimai seçim
İctimai seçim və ya ictimai seçim nəzəriyyəsi — “siyasət elminin ənənəvi problemlərini həll etmək üçün iqtisadi vasitələrin istifadəsidir”. Məzmununa siyasi davranışın öyrənilməsi daxildir. Siyasət elmində bu, özünə xidmət edən agentləri (seçicilər, siyasətçilər, bürokratlar) və onların qarşılıqlı təsirlərini araşdıran, müxtəlif yollarla - məsələn, standart məhdud yardım proqramı maksimumlaşdırma, oyun nəzəriyyəsi və ya qərar nəzəriyyəsindən istifadə etməklə təmsil olunan müsbət siyasi nəzəriyyənin bir alt hissəsidir. İctimai seçim təhlili kökündən müsbət təhlilə (“nədir”) əsaslanır, lakin tez-tez bir problemi müəyyənləşdirmək və ya konstitusiya qaydalarına (yəni konstitusiya iqtisadiyyatı) təkmilləşdirmələri təklif etmək üçün normativ məqsədlər üçün (“nə olmalıdır”) istifadə olunur . İctimai seçim nəzəriyyəsi eyni zamanda sosial seçim nəzəriyyəsi, fərdi maraqları, sərvət və ya səsləri birləşdirmək üçün riyazi bir yanaşma ilə sıx əlaqəlidir. Çox erkən iş hər iki aspektlə məşğul idi və hər iki sahə də iqtisadiyyat və oyun nəzəriyyəsi vasitələrindən istifadə edirdi. Seçici davranışı dövlət qulluqçularının davranışına təsir göstərdiyindən, ictimai seçim nəzəriyyəsi çox vaxt sosial seçim nəzəriyyəsinin nəticələrindən istifadə edir. Xalq seçiminin ümumi metodları da dövlət iqtisadiyyatına aid edilə bilər. Müasir ictimai seçim nəzəriyyəsinin başlanğıcı İsveç hökumətşünası Knut Wicksell'in (1896) , hökuməti siyasi mübadilə, bir xidmət üçün bir lütf kimi görən, vergilərlə xərcləri birləşdirən fayda prinsipini formalaşdırdığı idi. Bəzi sonrakı iqtisadi təhlillər, hökumətə “cəmiyyət üçün bir növ rifah funksiyasını maksimum dərəcədə artırmağa” çalışmış kimi davranmaq və iqtisadi subyektlərin xüsusiyyətlərindən fərqli olaraq, məsələn, iş kimi təsvir edilmişdir .
İctimai sfera
İctimai sfera — müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir. İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950–1960-cı illərdə "ortaq sahələr" və ya "vətəndaşlara aid sahələr" şəklində xarakterizə edilmiş, 1970-ci illərdə "ictimai sfera" anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür. Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın "İctimai sfera" konsepsiyasıdır. Onun "İctimai sferanın struktur çevrilişi" kitabında (1962) bəhs edilən "ictimai sfera", sadələşdirilmiş mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi izah edilir. Çap mətbuatının meydana gəlməsi və inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni səviyyədə müzakirə edən fiziki şəxslərin "virtual" icması kimi ortaya çıxır. Məhz bu sosial mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur. Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda, xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dili mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də ədəbiyyata meyil etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etmişdir.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Dövlət və Din İctimai fikir toplusu
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.
Dövlət və İctimai Münasibətlər (ADA)
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Ermənistan İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Ermənistanın İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Fəlsəfə və ictimai inkişaf tarixi
Fəlsəfə və ictimai inkişaf tarixi – fəlsəfə elminin əsas istiqamətlərindən biri. Azərbaycanda fəlsəfə tarixinin öyrənilməsi sahəsində A. O. Makovelski, Ə. K. Zəkuyev, H. Hüseynov, Z. C. Məmmədov Z. Ə. Quluzadə, S. Rzaquluzadə, Y. Rüstəmov və s. alim və filosofarın böyük xidmətləri olmuşdur. Hal-hazırda Dünya fəlsəfi irsinin və fəlsəfə tarixinin, o cümlədən Azərbaycan Fəlsəfə tarixinin öyrənilməsi işi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Fəlsəfə və İctimai Fikir tarixi şöbəsi məşğuldur. Şöbəyə azərbaycanlı alim, filosof Z. Ə. Quluzadə rəhbərlik edir.
Gəncə İdman Klubu İctimai Birliyi
Gəncə İdman Klubu İctimai Birliyi — Azərbaycanda İdman Klubu. "Gəncə İdman Klubu" ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər. "Gəncə İdman Klubu" yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74–3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi "Gəncə İdman Klubu" MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir. "Gəncə İdman Klubu" İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir. Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmcinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Naxçıvan İctimai Şuralar Cümhuriyyəti
Naxçıvan Sovet Sosialist Respublikası və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (qısaca: Naxçıvan SSR və ya Naxçıvan İŞC) — Azərbaycan SSR tərkibində respublika. Naxçıvan İctimai Şuralar Cümhuriyyəti 1920-ci ildə yaradılmışdır. Naxçıvan SSR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir…" 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırıldı. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
Qadınların İctimai və Siyasi Birliyi
Qadınların İctimai və Siyasi Birliyi (QİSB) — Böyük Britaniyada qadın hərəkatları çərçivəsində aparıcı təşkilatlardan biridir. Bu, üzvlərin sufrajist kimi müəyyən edildiyi ilk qrupdur. QİSB 10 oktyabr 1903-cü ildə Mançesterdə altı qadın tərəfindən yaradılmışdır. Emmeline və qızı Christabel Pankhurst aparıcı şəxslərdən olan bu təşkilatın qurucu üzvlərindəndir. QİSB səmərəsizliyinə görə qadınların Seçki Hüququ Cəmiyyətlərinin militant olmayan Milli Federasiyası ilə (Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Birliyi, həmçinin "Qadınların Seçki Hüquqlarının Milli Assosiasiyası" və ya "Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Assosiasiyası" kimi də tanınır) bölündü. Bu təşkilatın taktikası çıxış edərək siyasətçiləri razı salmaq olub. Qurucu üzvlər Müstəqil İşçi Partiyası ilə birlikdə sosial islahatları müdafiə edən bütün qadınlardan ibarət təşkilat yaratmağa qərar verdilər. Onlar həmçinin qadınların seçki hüququnun genişləndirilməsi üçün mübarizə aparırdılar. Onlar mübariz yanaşmalarını vurğulamaq üçün "Söz deyil, əməl" şüarını seçiblər. 1905-ci ildə QİSB Böyük Britaniya parlamentinin üzvünü qadınların seçki hüququ ilə bağlı qanun layihəsi təqdim etməyə inandırdı.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rusiya Federasiyasının İctimai Palatası
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
Ukraynanın ictimai diplomatikası
Ukraynanın ictimai diplomatiyası — digər dövlətlərin ictimaiyyəti səviyyəsində ünsiyyət vasitəsi ilə xaricdə dövlətin cəlbedici imicinin yayılmasına yönəlmiş Ukraynanın xarici siyasətinin aləti. Buraya mədəniyyət diplomatiyasından istifadə, sosial media, qeyri-hökumət təşkilatları və Ukrayna diasporası ilə əməkdaşlıq, dövlət brendinin yaradılması və təbliği və s aiddir. Rusiyanın Ukraynaya silahlı təcavüzünə qarşı mübarizə və informasiya müharibəsi, Ukraynanın xarici dəstək axtarışı və Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası prosesi ictimai diplomatikasının güclənməsinə təkan verdi. Ukraynada ictimai diplomatiyanın inkişafı və tətbiqi üçün əsas qurum, 2015-ci ildə yaradılan Ukrayna Xarici İşlər Nazirliyi yanında İctimai Diplomatiya departamentidir. Departamentin əsas vəzifələri aşağıdakılardır: digər ölkələrlə Ukrayna arasında ictimaiyyətlə əlaqələrin, ictimai birliklərin və medianın inkişafı. digər ölkələrdə Ukraynanın imic, mədəni və informasiya layihələrinin həyata keçirilməsi. bu sahələrdə digər icra orqanlarının tədbirlərinin koordinasiyası. İctimai Diplomatiya departamenti aşağıdakı şöbələrdən ibarətdir: Mədəniyyət Diplomatiyası departamenti, Təsviri Layihələr departamenti və Media ilə əlaqələr departamenti. Bölmənin rəsmi Facebook səhifəsi var. Ukraynanın ictimai diplomatiyasının mədəni komponentinin təbliğində mühüm rolu Ukrayna İnstitutu və Ukrayna Mədəniyyət Nazirliyinin Ukrayna mədəniyyətini və onun inteqrasiyasını təbliğ edən Ukrayna Mədəniyyət Fondu və Ukrayna Kitab İnstitutu kimi xüsusi qurumları oynayır.
İctimai TV (Azərbaycan)
İctimai Televiziya və Radio Yayımları Şirkəti — Azərbaycanın informasiya-əyləncə telekanallarından biri. Verilişləri bütün Azərbaycan ərazisində, 24 saat ərzində azərbaycan dilində aparılır. Həmçinin ingilis və rus dillərində Carçı informasiya verilişi də yayılırdı. Hal-hazırda İTV Xəbər informasiya proqramı yalnız Azərbaycan dilində yayımlanır. Mənzil qərargahı Bakı şəhərindədir və Avropa Yayım İttifaqının üzvüdür. İctimai Televiziya və Radio Yayımları Şirkəti əsasən reklam və dövlət ödənişləri ilə maliyyələşdirilir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına dair 2004-cü il yanvar qanunu, 2010-cu ilin yanvar ayından televiziya lisenziyası haqlarından maliyyələşdirmə təmin etdi, lakin 2024-cü ildən etibarən bu qanunun bu hissəsi hələ tətbiq edilmir. İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
İlkin İctimai Təklif
İlkin ictimai təklif (ing. dilindən IPO — Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır. İlk müasir IPO, 1602-ci ilin mart ayında Hollandiyanın Ost-Hind şirkəti, kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Ost-Hind şirkəti geniş ictimaiyyətə istiqrazlar və səhmlər buraxan ilk şirkət oldu. Beləliklə Ost-Hind, rəsmi birjada indiyədək siyahıya alınan ən birinci şirkətdir. ABŞ-də ən birinci ilkin ictimai təklif keçirdən şirkət, 1783-cü il tarixində Bank of North America olub. IPO bir neçə məqsəd daşıya bilər və bunların əhəmiyyəti hər hansı bir konkret haldan asılı olaraq dəyişir: Şirkətə kapital cəlb etmək: IPO keçirtməklə, şirkət daha geniş investor qrupuna çıxış əldə edir.

Digər lüğətlərdə