Dövlət və İctimai Münasibətlər (ADA)

"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi.

"ADA" Universiteti
ing. ADA University
Loqonun şəkli
Xəritə
40°23′54″ şm. e. 49°50′46″ ş. u.HGYO
Şüar Aparıcı İnnovasiya və Məsuliyyətli Vətəndaşlıq
Əsası qoyulub Azərbaycan Diplomatik Akademiyası (2006—2014)
"ADA" Universiteti (2014—h.h)
Tip Dövlət
Rektor Hafiz Paşayev
Tələbə sayı 2324 (2068 bakalavr, 265 magistr)
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi 61
Metro Gənclik metrostansiyası
Sayt ada.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır.[1] İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır.[2]

Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır[3].

Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.[4]

2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-ci ildən bakalavr pilləsində ali təhsil verir.

Hazırda, universitetin nəzdində 4 institut fəaliyyət göstərir:

  • İctimai və Beynəlxalq Münasibətlər İnstitutu
  • Biznes İnstitutu
  • İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu
  • Təhsilin İdarə Edilməsi İnstitutu

Bundan əlavə, 2022/2023-cü tədris ilindən etibarən "ADA" Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlamışdır.

Dövlət və İctimai Münasibətlər

[redaktə | mənbəni redaktə et]

Dövlət və İctimai MünasibətlərADA universiteti tərkibindəki fakültə. Fakültəyə ilk dəfə 2013-cü ildə tələbə qəbuluna başlanmışdır.[5] Dövlət İmtahan Mərkəzinin III qrup üzrə keçirdiyi imtahanda iştirak etməklə və ya SAT imtahanı vasitəsilə abituriyentlər bu fakültədə təhsil almaq hüququ qazana bilirlər.[6]

Abituriyentlərin ingilis dili üzrə bilik səviyyələrindən asılı olaraq təhsil müddəti 4–5 il arasında dəyişə bilir. Fakültə tələbələrə analitik və liderlik bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Təhsil müddəti ərzində tələbələr Mikro/Makroiqtisadiyyat, Tarix, Sosiologiya, Media & Dövlət və İctimai Münasibətlər, Hüquq və başqa dərslərdə iştirak edirlər. Bunlarla yanaşı, 3-cü ildən etibarən, tələbələrə digər fakültələrin 1 və ya 2 dərslərində iştirak etməyə də icazə verilir. Təhsil müddəti ərzində tələbələr "ADA" Universiteti tərəfindən təşkil olunmuş mübadilə proqramları vasitəsilə bir semestr ərzində xaricdə təhsil alma şansı qazana bilirlər. Bundan əlavə, Dövlət və İctimai Münasibətlər fakültəsi üzrə magistratura proqramı da ADA da mövcuddur və bu proqramın adı isə "İctimai Siyasətdir". İxtisaslar bunlardır:

I ixtisas qrupu

  • Kompüter elmləri
  • İnformasiya texnologiyaları
  • Kompüter mühəndisliyi
  • Riyaziyyat
  • Elektrik və Elektronika mühəndisliyi

II ixtisas qrupu

  • İqtisadiyyat
  • Biznesin idarə olunması
  • Maliyyə

III ixtisas qrupu

  • Hüquqşünaslıq
  • Beynəlxalq münasibətlər
  • Dövlət və ictimai münasibətlər
  • Filologiya

ADA Qazax Mərkəzi

[redaktə | mənbəni redaktə et]

ADA Qazax Mərkəzi — "ADA" Universitetinin Qazax şəhərində yerləşən mərkəzi. Mərkəz hazırda Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərir. Binanın 2021-ci ildən etibarən bərpa və yenidənqurması həyata keçirilmişdir. Bərpa işlərinə "ADA" Universiteti Fondu və onun tərəfdaşları Heydər Əliyev Fondu, "NEQSOL Holding, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PMD Qrup və Amerika-Azərbaycan Cəmiyyəti cəlb olunub.[7]

Mərkəzdə Azərbaycan dilində magistratura pilləsi üzrə üç proqram tədris olunur:

  1. Təhsil üzrə Menecment: Təhsil üzrə menecment ixtisası təhsilin müxtəlif pillələri və sahələri üzrə idarəçilər yetişdirir. Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır. Proqramda tədris real beynəlxalq nümunələrə əsaslanaraq təhsilin idarə edilməsi üçün zəruri olan hüquqi, iqtisadi, maliyyə və idarəçilik üzrə mövzuları əhatə edir. Proqramın əsas üstünlüklərindən biri də ixtisas təhsili ilə yanaşı, akademik məqsədlər üçün ingilis dilinin tədrisidir.[8]
  2. Təlim və tədrisin təşkili və metodikası: Təlim və tədrisin təşkili və metodikası ixtisası sinifdə öyrənmə prosesini təkmilləşdirmək üçün müəllimlərə lazım olan bilik və bacarıqları öyrədir. Məzunlar müasir tədris texnologiyaları tətbiq edən, sinfi düzgün idarə etməyi bacaran, sinif otağında tələbələrlə birgə öyrənməyi hədəfə alan müəllimlər kimi yetişirlər. Tədris proqramına akademik məqsədlər üçün ingilis dilinin öyrədilməsi də daxildir. Tədris bir semester ərzində 3 həftə Qazaxda bir həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır. Təhsil müddətində uğurlu nəticə göstərən tələbələrə "ADA" Universitetinin Vaşinqton Mərkəzində təhsil alma imkanı yaradılır.[9]
  3. Dövlət idarəetməsi: Proqramın əyani dərsləri "ADA" Universitetinin Qazax Mərkəzində keçiriləcək. Tədrisin ilk ilində tələbələrə "Dövlət qulluqçuları üçün ingilis dili" dərsləri onlayn şəkildə aparılacaq. Bu tətbiqi proqramın əsasını dövlət qulluğunda uğurlu fəaliyyət üçün lazım olan biliklərlə yanaşı, tədqiqat, data əsaslı qərarvermə, maliyyə savadlılığı və kommunikasiya kimi praktiki bacarıqlar təşkil edir.[10]

Mərkəzdə, həmçinin, "Bir Müəllimin Manifesti" adlı ixtisasartırma proqramı mövcuddur.

Fəxri doktorları

[redaktə | mənbəni redaktə et]
  1. ""Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2013-cü il tarixli Sərəncamı". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
  2. ""ADA" Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-20.
  3. "ADA" Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2014-07-31 at the Wayback Machine president.az  (az.)
  4. Vaisman, Daria. "Azerbaijan creates diplomatic academy". New York Times. 11 July 2009. 6 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2009.
  5. "ADA Website: About us". ADA University. 2010-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  6. "Oxford College Website". Oxford College.[ölü keçid]
  7. "Yenidən dirilişin simvolu: Azərbaycan ziyalılarının yetişdiyi Qazax Müəllimlər Seminariyasından REPORTAJ". 2023-08-14 tarixində arxivləşdirilib.
  8. "Təhsil üzrə menecment proqramı". 2023-08-14 tarixində arxivləşdirilib.
  9. "Təlim və tədrisin təşkili metodikası proqramı". 2023-08-14 tarixində arxivləşdirilib.
  10. "Dövlət idarəetməsi proqramı". 2023-08-14 tarixində arxivləşdirilib.
  11. MDBMİ-nin rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının Fəxri doktoru adına layiq görülmüşdür Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine. azertag.az, 11.04.2013 (az.)
  12. Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə "ADA" Universitetinin fəxri doktoru diplomu təqdim edilib Arxivləşdirilib 2015-12-21 at the Wayback Machine. azertag.az, 30.04.2015 (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]