İCRA
İCTİMAİLƏŞMƏ
OBASTAN VİKİ
İctimai Palata
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
İctimai Radio
İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir. Radio 2006-cı il yanvarın 10-dan fasiləsiz yayımdadır. İctimai Radio 24 saatlıq rejimdə, bütün ölkə ərazisində yayımlanır. Proqram cədvəlində əyləncəli səhər verilişi, maarifləndirici axşam şousu, idman verilişi, biznes yönümlü tok-şou, milli caz musiqisinə həsr olunmuş veriliş, o cümlədən, Azərbaycanın siyasi, sosial, mədəni gündəminə dair bir çox maarifləndirici proqramlar da yer almaqdadır. Həmçinin yeni fəaliyyətə başlayan musiqiçilərə dəstəyi ilə seçilən radionun yayımında tez-tez gənc ifaçıların musiqilərini eşitmək mümkündür. İctimai Radio Azərbaycanın ən yenilikçi yayımçılarından hesab edilir və ölkədə yeganə ictimai yayımçıdır. İctimai Radionun fəaliyyəti “İctimai televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.
İctimai TV
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai Televiziya
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai diplomatiya
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsilə bilavəsitə əlaqə yaradılması. 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
İctimai hüquq
İctimai hərkətlilik
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır. İctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür. Üfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər. Şaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir. Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).
İctimai maliyyə
İctimai (mərkəzləşdirilmiş) və ya Dövlət maliyyəsi — dövlət və bələdiyyə orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş vəsaitlərinin formalaşdırılması və istifadəsi sistemi. Dövlət maliyyəsinə dövlət maliyyəsi və bələdiyyə maliyyəsi daxildir. Mərkəzləşdirilmiş maliyyə büdcə sistemi, eləcə də dövlət və bələdiyyə krediti ilə təmsil olunur. Dövlət maliyyəsi sahəsi hökumətin aşağıdakılara təsirindən ibarət üçtərəfli hesab olunur: Mövcud resursların səmərəli bölüşdürülməsi; Gəlirlərin vətəndaşlar arasında bölgüsü; eləcə də İqtisadi sabitlik. İqtisadçı Conatan Qruber dövlət maliyyəsinin geniş sahəsini qiymətləndirmək üçün çərçivə təklif etmişdir. Qruber dövlət maliyyəsini dörd əsas sual baxımından nəzərdən keçirməyi təklif edir: Dövlət iqtisadiyyata nə vaxt müdaxilə etməlidir? Hökumətin müdaxiləsinin iki əsas motivi var: bazarın uğursuzluğu və gəlir və sərvətin yenidən bölüşdürülməsi. Hökumət necə müdaxilə edə bilər? Müdaxilə etmək barədə qərar qəbul edildikdən sonra hökumət müdaxiləni həyata keçirmək üçün xüsusi alət və ya siyasət seçimini seçməlidir (məsələn, dövlət təminatı, vergi və ya subsidiyalar). Bu müdaxilələrin iqtisadi nəticələrə təsiri necədir?
İctimai maraq
Ümumi maraq (və ya ictimai maraq ) düsturu bütövlükdə hesab edilən əhalini maraqlandıran və ona xidmət edən hərəkətlərin və ya qurumların məqsədini təyin edir. İlk dəfə Aristotel tərəfindən “ Siyasət adlı əsərində formalaşdırılmış, o vaxtdan bəri çoxsaylı mübahisələrin mövzusu olmuşdur.. “İctimai maraq hüququ” 1960-cı illərin sosial qarışıqlıqları zamanı və ondan sonra ABŞ-də geniş şəkildə qəbul edilmiş bir termindir. Bu, ABŞ Ali Məhkəməsinin hakimi olmamışdan əvvəl geniş ictimaiyyətin maraqları üçün vəkilliyi öz hüquqi praktikasına daxil edən Louis Brandeis tərəfindən nümunə götürülən ənənə üzərində qurulmuşdur. 1905-ci ildə məşhur bir çıxışında Brandeis vəkillik peşəsini tənqid edərək şikayət etdi ki, "bacarıqlı hüquqşünaslar böyük dərəcədə böyük korporasiyaların köməkçisi olmağa icazə verdilər və öz səlahiyyətlərini xalqın müdafiəsi üçün istifadə etmək öhdəliyinə məhəl qoymadılar." 1960-cı illərin sonu və 1970-ci illərin sonlarında çoxlu sayda Amerika hüquq fakültəsini bitirən məzunlar öz işlərində “müvafiqlik” axtarmağa başladılar – o dövrdə Amerika cəmiyyətində çox açıq şəkildə və qızğın müzakirə olunan sosial məsələlərə təsir göstərmək istəyirlər. Brandeisin istinad etdiyi "korporativ əlavələrdən" fərqlənmək üçün özlərini ictimai maraqların vəkilləri kimi təyin etdilər.
İctimai mülkiyyət
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
İctimai nəqliyyat
İctimai nəqliyyat — əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat, müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. İctimai nəqliyyat vasitələrinə misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
İctimai seçim
İctimai seçim və ya ictimai seçim nəzəriyyəsi — “siyasət elminin ənənəvi problemlərini həll etmək üçün iqtisadi vasitələrin istifadəsidir”. Məzmununa siyasi davranışın öyrənilməsi daxildir. Siyasət elmində bu, özünə xidmət edən agentləri (seçicilər, siyasətçilər, bürokratlar) və onların qarşılıqlı təsirlərini araşdıran, müxtəlif yollarla - məsələn, standart məhdud yardım proqramı maksimumlaşdırma, oyun nəzəriyyəsi və ya qərar nəzəriyyəsindən istifadə etməklə təmsil olunan müsbət siyasi nəzəriyyənin bir alt hissəsidir. İctimai seçim təhlili kökündən müsbət təhlilə (“nədir”) əsaslanır, lakin tez-tez bir problemi müəyyənləşdirmək və ya konstitusiya qaydalarına (yəni konstitusiya iqtisadiyyatı) təkmilləşdirmələri təklif etmək üçün normativ məqsədlər üçün (“nə olmalıdır”) istifadə olunur . İctimai seçim nəzəriyyəsi eyni zamanda sosial seçim nəzəriyyəsi, fərdi maraqları, sərvət və ya səsləri birləşdirmək üçün riyazi bir yanaşma ilə sıx əlaqəlidir. Çox erkən iş hər iki aspektlə məşğul idi və hər iki sahə də iqtisadiyyat və oyun nəzəriyyəsi vasitələrindən istifadə edirdi. Seçici davranışı dövlət qulluqçularının davranışına təsir göstərdiyindən, ictimai seçim nəzəriyyəsi çox vaxt sosial seçim nəzəriyyəsinin nəticələrindən istifadə edir. Xalq seçiminin ümumi metodları da dövlət iqtisadiyyatına aid edilə bilər. Müasir ictimai seçim nəzəriyyəsinin başlanğıcı İsveç hökumətşünası Knut Wicksell'in (1896) , hökuməti siyasi mübadilə, bir xidmət üçün bir lütf kimi görən, vergilərlə xərcləri birləşdirən fayda prinsipini formalaşdırdığı idi. Bəzi sonrakı iqtisadi təhlillər, hökumətə “cəmiyyət üçün bir növ rifah funksiyasını maksimum dərəcədə artırmağa” çalışmış kimi davranmaq və iqtisadi subyektlərin xüsusiyyətlərindən fərqli olaraq, məsələn, iş kimi təsvir edilmişdir .
İctimai sfera
İctimai sfera — müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir. İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950–1960-cı illərdə "ortaq sahələr" və ya "vətəndaşlara aid sahələr" şəklində xarakterizə edilmiş, 1970-ci illərdə "ictimai sfera" anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür. Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın "İctimai sfera" konsepsiyasıdır. Onun "İctimai sferanın struktur çevrilişi" kitabında (1962) bəhs edilən "ictimai sfera", sadələşdirilmiş mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi izah edilir. Çap mətbuatının meydana gəlməsi və inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni səviyyədə müzakirə edən fiziki şəxslərin "virtual" icması kimi ortaya çıxır. Məhz bu sosial mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur. Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda, xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
İctimai xadimlər
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
İctimai şirkət
İctimai şirkət (ing. public company) — səhmləri birja bazarında sərbəst şəkildə əməliyyatlar həyata keçirən bir səhmdar cəmiyyətidir . Bir qayda olaraq, birja bazarının tənzimlənməsi ilə bağlı milli qanunvericiliyi səhmləri məhdudiyyətsiz sayda şəxslərə satmağı təklif edə bilən və / və ya səhm bazarında dövriyyə edən şirkətlər haqqında məlumatların açıqlanmasına müəyyən tələblər qoyur. Bu tələbləri yerinə yetirən şirkətlərə ictimai şirkətlər deyilir. İnvestorun fikrincə, ictimai şirkətin səhmləri qeyri-dövlət şirkətlərinin səhmlərindən daha çox likvid aktiv hesab edilə bilər: səhmləri sınırsız sayıda şəxslərə satışa təqdim edilə bilər; potensial alıcı bir şirkətə açıq (müstəqil) mənbələrdən qiymət verə bilər; ictimai şirkətin səhmləri satıcının qeyri-mütəşəkkil bazarda olduğundan daha yaxşı bir alıcı tapması daha asan olduğu mübadilə ilə satılır; təşkil edilmiş bazarda aparılan əməliyyatlara dair məlumatlar (qiymətlər və əməliyyatların həcmi) həm alıcı, həm də satıcının açıq mənbələrində mövcuddur və satış üçün paketin qiymətləndirilməsi üçün əsas ola bilər. Birjada siyahıya alınmış, lakin nədənsə əməliyyatları dayandırmış bir şirkət, bir şell-şirkəti (qabıq şirkəti) adlanır. Dövlət şirkətləri özəl şirkətlərə nisbətən bir sıra üstünlüklərə malikdir. Açıq şirkətlər səhmləri (ilkin və ya təkrar bazarda) satmaqla vəsait və kapital cəlb edə bilərlər. Bu səbəbdən açıq şəkildə satılan korporasiyalar çox vacibdir; Onların mövcudluğundan əvvəl özəl müəssisələr üçün böyük həcmdə kapital əldə etmək çox çətin idi, çünki əhəmiyyətli kapitalı yalnız kiçik bir varlı investorlar qrupundan və ya risk etmək istəyən banklardan, adətən böyük investisiyalardan əldə etmək olardı. Səhmlərdən mənfəət dividendlər və ya sahiblər üçün kapital artımı şəklində gəlir.
İctimai müzakirə
İctimai müzakirə bir cəmiyyətdə və ya geniş ictimai auditoriyada müxtəlif mövzular, məsələlər və problemlər haqqında insanlar arasında fikirlərin mübadiləsi və müzakirəsidir. İctimai müzakirə ictimaiyyətin müstəqil fikirlərinin formalaşdırılması, mübahisələrin aparılması, fərqli məsələlər barədə fikirlərin bölünməsi və ictimai bir perspektivin yaranması üçün əhəmiyyətli bir vasitədir. İctimai müzakirələr müstəqil fikirləri formalaşdırmaq, demokratik proseslərə müstəqil vətəndaşların iştirakını təmin etmək və ictimai məqamların vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli bir platforma təşkil edir. Bu müzakirələr, ictimaiyyətin fərqli perspektivləri və müxtəlif təcrübələri paylaşmağa imkan verir və demokratik cəmiyyətin formalaşmasına və inkişafına töhfə verir. Sosial Məsələlər Əhalinin maraqlarını, insan haqları və sosial məsələlər barədə müzakirələr. Bu müzakirələr genelliklə cins bərabərlik, qadın-kişi əlaqələri, etnik və din məsələlər kimi geniş mövzuları əhatə edir. Mədəniyyət və Təhsil İctimai müzakirələr mədəniyyət, təhsil siyasəti, elmin inkişafı, və ya ictimai təhsil sahəsində aparıla bilər. Siyasi Məsələlər Siyasi quruluşlar, siyasətçilər, vətəndaşlar və digər təşkilatlar arasında siyasi məsələlər barədə müzakirələr geniş bir ictimai auditoriyada aparılır. Bu müzakirələr əsasən seçkilər, siyasət, siyasi həqiqətlər və siyasi proseslər kimi sahələri əhatə edir. İqtisadi Məsələlər İqtisadiyyat, pul siyasəti, əmək haqqı, sürətli iqtisadi inkişaf və başqa iqtisadi məsələlər barədə müzakirələr.
İctimai rəy
İctimai rəy — insanların müxtəlif qruplarının onların maraq və tələbatlarına təsir edən real həyat hadisə və proseslərinə münasibətinin (gizli və ya aşkar) təzahür etdiyi kütləvi şüur forması. İctimai rəy açıq şəkildə ifadə olunur, cəmiyyətin və onun siyasi sisteminin fəaliyyətinə təsir göstərir. Məhz ictimai həyatın aktual problemləri ilə bağlı əhalinin açıq, ictimai ifadəsinin mümkünlüyü və bu ifadə edilmiş mövqeyin ictimai-siyasi münasibətlərin inkişafına təsiri xüsusi sosial institut kimi ictimai rəyin mahiyyətini əks etdirir. Eyni zamanda, ictimai rəy bir qrup insana təsir edən konkret məsələ ilə bağlı çoxsaylı fərdi fikirlərin məcmusudur. Hazırda bu nöqteyi-nəzər əksər elmi əsərlərdə öz əksini tapır və ümumi qəbul edilmiş hesab olunur. Bu fenomen qədim dövrlərdən başlayaraq bütün tarixi dövrlərdə mövcud olmuşdur, lakin bəşəriyyətin sosial həyatının bu unikal fenomenini ifadə edən terminin özü IX əsrdə Rusiyada, sonra isə XII əsrdə İngiltərədə meydana çıxdı. Orada onun baş verməsi ingilis dövlət və ictimai xadimi, yazıçı İohann Solsberinin adı ilə bağlıdır ki, o, “Polikratik” kitabında ölkə əhalisinin parlamentə mənəvi dəstəyini ifadə etmək üçün istifadə edib. Sonrakı “ictimai rəy” termini “Public opinion” iki sözünün birləşməsinin hərfi tərcüməsi idi. İngiltərədən bu ifadə digər ölkələrə və XVIII əsrin sonlarından nüfuz etdi və ümumi qəbul edildi.
İctimai Politika
İctimai politika konsepsiya tərəfindən rəhbər tutulan və tez-tez proqramlar tərəfindən həyata keçirilən müvafiq və real dünya problemlərini həll etmək və ya həlli üçün qanunlar, qaydalar, təlimatlar və tədbirlər kimi institusionallaşdırılmış təklif və ya qərar verilmiş elementlər toplusudur. Bu politikalar təhsil, səhiyyə, məşğulluq, maliyyə, iqtisadiyyat, nəqliyyat və cəmiyyətin bütün elementləri kimi həyatın müxtəlif aspektlərini idarə edir və əhatə edir. İctimai politika həyata keçirilməsi dövlət idarəçiliyi kimi tanınır. İctimai politikanın hökumətin birbaşa və dolayı fəaliyyətinin məcmusu hesab oluna bilər və müxtəlif üsullarla konseptuallaşdırılıb. Politikalar adətən hökumət tərəfindən ictimaiyyət adından yaradılır yaxud qüvvəyə minir. Bəzən onlar qeyri-kommersiya təşkilatları tərəfindən hazırlanır və ya icmalar və ya vətəndaşlarla birgə hazırlanır. Ona görə də “politika prosesi mürəkkəb siyasi prosesdir ki, burada bir çox aktorlar iştirak edir: seçilmiş siyasətçilər, siyasi partiya liderləri, təzyiq qrupları, dövlət qulluqçuları, ictimai işlərdə çalışan peşəkarlar, hakimlər, qeyri-hökumət təşkilatları, beynəlxalq agentliklər, akademik ekspertlər, jurnalistlər və hətta bəzən özlərini politikanın passiv alıcısı kimi görən vətəndaşlar da olur”. Siyasət və politika terminlərinin Azərbaycancada oxşar mənaları vardır. Bugünkü elmi ədəbiyyatda "politika" termini ingiliscə "policy" olan başqa bir fenomeni təsvir etmək üçün də istifadə olunur. Bu məqalədə "Policy" fenomeninin Azərbaycanca qarşılığı üçün "politika" ifadəsinin işlədilməsi də təklif olunur.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Ermənistan İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Ermənistanın İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Fəlsəfə və ictimai inkişaf tarixi
Fəlsəfə və ictimai inkişaf tarixi – fəlsəfə elminin əsas istiqamətlərindən biri. == Azərbaycanda fəlsəfə tarixinin öyrənilməsi == Azərbaycanda fəlsəfə tarixinin öyrənilməsi sahəsində A. O. Makovelski, Ə. K. Zəkuyev, H. Hüseynov, Z. C. Məmmədov Z. Ə. Quluzadə, S. Rzaquluzadə, Y. Rüstəmov və s. alim və filosofarın böyük xidmətləri olmuşdur. Hal-hazırda Dünya fəlsəfi irsinin və fəlsəfə tarixinin, o cümlədən Azərbaycan Fəlsəfə tarixinin öyrənilməsi işi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Fəlsəfə və İctimai Fikir tarixi şöbəsi məşğuldur. Şöbəyə azərbaycanlı alim, filosof Z. Ə. Quluzadə rəhbərlik edir.
Gəncə İdman Klubu İctimai Birliyi
Gəncə İdman Klubu İctimai Birliyi — Azərbaycanda İdman Klubu. == Tarixi == "Gəncə İdman Klubu" ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər. "Gəncə İdman Klubu" yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74–3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi "Gəncə İdman Klubu" MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir. == Loqo == "Gəncə İdman Klubu" İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir. Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmcinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Naxçıvan İctimai Şuralar Cümhuriyyəti
Naxçıvan Sovet Sosialist Respublikası və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (qısaca: Naxçıvan SSR və ya Naxçıvan İŞC) — Azərbaycan SSR tərkibində respublika. Naxçıvan İctimai Şuralar Cümhuriyyəti 1920-ci ildə yaradılmışdır. Naxçıvan SSR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir…" 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırıldı. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
Qadınların İctimai və Siyasi Birliyi
Qadınların İctimai və Siyasi Birliyi (QİSB) — Böyük Britaniyada qadın hərəkatları çərçivəsində aparıcı təşkilatlardan biridir. Bu, üzvlərin sufrajist kimi müəyyən edildiyi ilk qrupdur. QİSB 10 oktyabr 1903-cü ildə Mançesterdə altı qadın tərəfindən yaradılmışdır. Emmeline və qızı Christabel Pankhurst aparıcı şəxslərdən olan bu təşkilatın qurucu üzvlərindəndir. QİSB səmərəsizliyinə görə qadınların Seçki Hüququ Cəmiyyətlərinin militant olmayan Milli Federasiyası ilə (Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Birliyi, həmçinin "Qadınların Seçki Hüquqlarının Milli Assosiasiyası" və ya "Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Assosiasiyası" kimi də tanınır) bölündü. Bu təşkilatın taktikası çıxış edərək siyasətçiləri razı salmaq olub. Qurucu üzvlər Müstəqil İşçi Partiyası ilə birlikdə sosial islahatları müdafiə edən bütün qadınlardan ibarət təşkilat yaratmağa qərar verdilər. Onlar həmçinin qadınların seçki hüququnun genişləndirilməsi üçün mübarizə aparırdılar. Onlar mübariz yanaşmalarını vurğulamaq üçün "Söz deyil, əməl" şüarını seçiblər. 1905-ci ildə QİSB Böyük Britaniya parlamentinin üzvünü qadınların seçki hüququ ilə bağlı qanun layihəsi təqdim etməyə inandırdı.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rusiya Federasiyasının İctimai Palatası
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyası, (Sov. İKP MK yanında İctimai Elmlər Akademiyası) — Moskva şəhərində 2 avqust 1946-ı il tarixində, ali partiya təhsil ocağı kimi yaradılmışdır. Burada mərkəzi partiya təşkilatları, ittifaq respublikalarının partiyalarının MK-ları, Sov.İKP-nin raykom və obkomları üçün nəzəri işçilərin, və həmçinin ali təhsil müəssisələrinin müəllimlərinin, elmi-tədqiqat müəssisələri və elmi jurnalların elmi işçilərinin hazırlığı baş verirdi. Mütəxəssislərin hazırlığı Sov.İKP-nin tarixi, siyasi iqtisadiyyatın ümumi problemləri, sənaye iqtisadiyyatı, kənd təsərrüfatı iqtisadiyyatı, dünya iqtisadiyyatı, dialektik və tarixi materializm, müasir burjua fəlsəfəsi və sosiologiyasının tənqidi, elmi kommunizm, sovet cəmiyyətinin tarixi, beynəlxalq kommunist fəhlə və milli-istiqlal hərəkəti tarixi, ədəbşünaslıq, incəsənət və jurnalistika üzrə aparılırdı. 1964-cü ildə İEA yanında Elmi ateizm institutu yaradılmışdır. İctimai elmlər akademiyasında aspitantların təhsili 3 illik proqram üzrə həyata keçirilirdi. Üçüncü ilin sonunda aspirantlar elmlər namizədi dərəcəsi üzrə dissertasiyalarını müdafiə edirdilər. RF Prezidenti Boris Yeltsinin 72 nömrəli 5 noyabr 1991-ci il tarixli Sərəncamı ilə İctimai Elmlər Akademiyası Rusiya Dövlət Qulluğu Akademiyasına çevrilmişdir.
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası (rus. Российская ассоциация научно-исследовательских институтов общественных наук; РАНИОН) — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar. Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu, torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
İctimai Təhlükəsizlik Nazirliyi (Vyetnam)
İctimai Təhlükəsizlik Nazirliyi (vyet. Bộ Công an (BCA)) — birbaşa Vyetnam hökumətinin nəzdində olan, təhlükəsizliyə, asayişə, əks-kəşfiyyata, cinayətlərin qarşısının alınması üzrə təhqiqata, yanğınsöndürmə və xilasetməyə, cinayət hökmlərinin icrasına, azadlıqdan məhrum etmə, həbs və ya müvəqqəti təcridxanada saxlama ilə bağlı olmayan hökmlərin icrasına, hüquqi müdafiə və təminata cavabdeh olan nazirlik. dövlət idarəçiliyi funksiyalarını yerinə yetirir. nazirliyin dövlət idarəçiliyində olan sektor və sahələrdə dövlət xidmətlərinin göstərilməsinə cavabdeh olan, dövlət idarəçiliyində olan sektorlarda və sahələrdə dövlət xidmətlərinin idarə edilməsinə nəzarət edən nazirlik. İctimai Təhlükəsizlik Nazirliyi Vyetnam Xalq İctimai Təhlükəsizliyini idarə edən qurumdur. Sayqonun süqutundan sonra İctimai Təhlükəsizlik Nazirliyi ən azı 200,000–300,000 keçmiş Cənubi Vyetnam hərbi zabitini, hökumət işçilərini və Cənubi Vyetnamın keçmiş hökumətinin tərəfdarlarını yenidən təhsil düşərgələrində həbs etmişdir. Burada işgəncə və ruhi zorakılıq adi hal idi. İctimai Təhlükəsizlik Nazirliyi həmçinin, dissident şairlərin, yazıçıların və siyasi məhbusların izlənilməsi və təqib edilməsində rol oynamışdır. 2006-cı ildə 8406-cı blokun qurulmasından sonra Vyetnam demokratiya hərəkatına repressiya da güclənmişdir.
İctimai telefon şəbəkəsi
İctimai telefon şəbəkəsi (ing. public switched telephone network; PSTN) — milli, regional və ya lokal telefon operatorları tərəfindən idarə olunan dünya telefon şəbəkələrinin məcmusu. Bu ictimai telekommunikasiya üçün infrastruktur və xidmətlər təqdim edir. Şəbəkə telefon xətlərindən, fiber optik kabellərdən, mikrodalğalı ötürmə xətlərindən, mobil şəbəkələrdən, rabitə peyklərindən və mərkəzi ofislər, şəbəkə tandemləri və beynəlxalq şlüzlər kimi kommutasiya mərkəzləri ilə bir-birinə bağlanan sualtı telefon kabellərindən ibarətdir ki, bu da telefon istifadəçilərinin bir-birləri ilə əlaqə saxlamasına imkan verir. Əvvəlcə stasionar analoq telefon sistemləri şəbəkəsi olan PSTN öz əsas şəbəkəsində demək olar ki, tamamilə rəqəmsaldır, mobil və simsiz şəbəkələri əhatə edir. Şəbəkələrin qurulması və müştərilərə xidmətlərin satışı şəbəkə operatorlarının üzərinə düşür. PSTN xidmətləri göstərmək üçün birləşən ilk şirkət ABŞ-də "Bell Telephone Company" olmuşdur. Bununla belə, bəzi ölkələrdə telefon şəbəkələrinin təmin edilməsi işi hökumətin üzərinə düşürdü, çünki tələb olunan sərmayə çox böyük idi və telefon xidmətinin göstərilməsi getdikcə vacib ictimai xidmətə çevrilmişdi. Məsələn, Birləşmiş Krallıqda Baş Poçt İdarəsi bir sıra özəl şirkətləri bir araya gətirərək vahid milliləşdirilmiş şirkət yaratmışdı. Daha son onilliklərdə bu dövlət inhisarları özəlləşdirmə yolu ilə bölünmüş və ya satılmışdır.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. == Mükafat proseduru == Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. == Geyinmək qaydası (Hərbi üsul) == Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra == Medal ilə təltif olunanlar == Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.
BƏƏ İctimai Kitabxanası
Birləşmiş Ərəb Əmirliklərinin İctimai Kitabxanası (ərəb. دار الكتب الوطنية لدولة الإمارات‎) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində mədəniyyət mərkəzi. == Tarixi == BƏƏ İctimai Kitabxanasının fondlarında 1.000.000 nüsxə kitab saxlanılır. Onun yerləşdiyi binada konsert zalı və "Qasr Al Hosn" sərgi mərkəzi (eyni adlı qala ilə qarışdırılmamalıdır) yerləşir. Kitabxananın ərazisinə fəvvarə, ictimai və uşaq tamaşaları üçün amfiteatr və parkinq daxildir. Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin tabeliyinə daxil deyil (digər kitabxanalar kimi). Milli Kitabxananın binasının memarı 1976-cı ildə Beynəlxalq Dizayn Müsabiqəsində qalib olmuş Hişam N.Aşkuridir. Kitabxana binasının tikintisi 1981-ci ildə başa çatdırılmışdır. Ümumi tikinti dəyəri 56,1 milyon dollar təşkil edib. Bina BƏƏ mədəniyyətinə həsr olunmuş muzey və sərgi mərkəzi kimi xidmət edən Əl Hosn Qəsri adlı başqa binalar kompleksini yaratmaq üçün sökülüb.

Значение слова в других словарях