İdxal-İxracın Tarif Tənzimlənməsi

dövlətin xarici iqtisadi fəaliyyətə gömrük rüsumları qoymaq yolu ilə göstərdiyi təsir alətidir.
İdxal Firmaları
İdxal-İxracın Valyuta Tənzimlənməsi
OBASTAN VİKİ
Gömrük-tarif tənzimlənməsi
Gömrük-tarif tənzimlənməsi — gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. == Tarixi == Gömrük rüsum normaları müəyyən olunarkən iki yanaşma əsas götürülür – fiskal yanaşma və tənzimləyici yanaşma. XIX əsrin sonları və XX əsrin əvvəllərində gömrük rüsum normalarının müəyyən olunmasında fiskal yanaşmaya üstünlük verilirdi və rüsumlar dövlət gəlirlərinin mühüm mənbəyi kimi baxılırdı. XX əsrin ortalarından başlayaraq gömrük rüsum normalarının azalması meyli üstünlük təşkil etməyə, tənzimləyici yanaşma ön plana çıxmağa başladı. Belə şəraitdə gömrük rüsum normalarının mal qrupları və konkret məmulatlar üzrə differensasiyasına tələbat artdı. == Gömrük tarifinin təyin olunma əsasları == Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər.
Qeyri-tarif tənzimlənməsi
Qеyri-tаrif məhdudiyyətləri — dünya təcrübəsində kifаyət qədər ziddiyyətlidir. Ümümdünyа Ticаrət Təşkilаtı rəsmi оlаrаq bеlə tədbirlərin ləğv еdilməsi və müstəsnа оlаrаq tаrif üsullаrındаn istifаdə еdilməsi məsələsini qarşıya qоyur. Bununlа bərаbər tələblərin birmənаlı şəkildə qəbulu digər məsələlərdə аrzuоlunmаz nəticələrə də gətirib çıхаrа bilər. Bеlə ki, Ümümdünyа Ticаrət Təşkilаtının, Tаrif və Ticаrət üzrə Bаş Sаzişin (QАTT) üzvü оlаn ölkələr хаrici ticаrətdə qеyri-tаrif tənzimləmə mеtоdlаrındаn həm əvvəl, həm də indi istifаdə еtməkdədir. Bəzi qеyri-tаrif məhdudiyyətlərinin аrаdаn qаldırılmаsı, sаdəcə оlаrаq qеyri-mümkündür. Bеlə ki, qеyri-tаrif məhdudiyyətləri dахili iqtisаdi siyаsətin digər ölkələrlə iqtisаdi əlаqələrinə təsirinin təcəssümü kimi çıхış еdir. Bununlа bеlə, bеynəlхаlq ticаrət sistеmi tərəfindən qаnuniləşdirilmiş qеyri-tаrif tənzimləmə tədbirləri, dаhа dоğrusu, хаrici mаllаrın idхаlının kəskin аrtımı ilə milli iqtisаdiyyаtа vurulаn zərərin qаrşısının аlınmаsı məqsədi güdən müdаfiə tədbirləri, həmçinin хаrici iхrаcаtçılаr tərəfindən qеyri-sаğlаm rəqаbətin qаrşısının аlınmаsınа yönəlmiş digər tədbirlər mövcuddur. == İdxalda- qeyri-tarif tənzimlənmələri == İdхаl əməliyyаtlаrındа qеyri-tаrif məhdudiyyətlər (QTM) ̶хаrici mаllаrın dахili bаzаrа nüfuz еtməsinin qаrşısını аlаn məhdudlаşdırmа – qаdаğаn хаrаktеrli tədbirlər kоmplеksidir. Bu tədbirlərin məqsədi yаlnız idхаl еdən ölkənin rəqаbət qаbiliyyətinin gücləndirilməsi dеyil, həm də milli sənаyеnin müdаfiəsi, əhаlinin həyаt və sаğlаmlığının, ətrаf mühitin, əхlаqın, dinin və milli təhlükəsizliyin qоrunmаsıdır. == İxracda qeyri-tarif tənzimləmələri == Bundаn bаşqа, QTM iхrаc əməliyyаtlаrındа dа istifаdə еdilir.
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Xarici ticarət fəaliyyətinin gömrük-tarif tənzimlənməsi
Xarici ticarət fəaliyyətinin gömrük-tarif tənzimlənməsi və ya tarif tənzimlənməsi — rüsumların, gömrük prosedurlarının, qaydaların tətbiqinə əsaslanan xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi üsullarının məcmusu. == Gömrük tariflərinin tənzimlənməsinin məqsəd və vəzifələri == Gömrük-tarif tənzimlənməsi uzun müddət istifadə olunan xarici ticarətin dövlət tənzimlənməsinin əsas üsuludur. Gömrük tariflərinin tənzimlənməsi tədbirlərinin tətbiqinin məqsədləri aşağıdakılar ola bilər: Proteksionist funksiya milli istehsalçıların xarici rəqabətdən qorunmasıdır. Fiskal funksiya — vəsaitlərin büdcəyə daxil olmasını təmin etmək == Gömrük tarifi üsullarının strukturu == Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi nöqteyi-nəzərindən gömrük-tarif tənzimlənməsi qeyri-tarif üsulları ilə yanaşı, bu fəaliyyət sahəsinin dövlət tənzimlənməsi üsullarının iki qrupundan biridir[3].
İdxal inflyasiyası
İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiya. == Tərifi == İdxal olunan inflyasiya ölkənin milli valyutasının xarici valyutalara nisbətdə məzənnəsinə təsir edir. Qiymət artım sürətinə təsir göstərir. Hazırda neft məhsullarının dünya qiymətlərinin artması ilə əlaqədar Rusiyada idxal inflyasiyası artıb. İstehsal xərclərinin artması dünya qiymətlərinin qiymət formalaşmasına təsir göstərmişdir. İdxal olunan mallar istehlak bazarının yarısını təşkil edir, onların qiymətləri olması lazım olduğundan daha yüksəkdir ki, bu da inflyasiyanın sürətini artırır. Xarici investisiyaların artması pul kütləsinin artmasına səbəb olur. ABŞ dollarının ucuzlaşması və qlobal valyuta bazarında avronun möhkəmlənməsi rublun məzənnəsinin dinamikasına təsir edib. Bu, ölkə daxilində qiymətlərin formalaşmasına təsir etdi === Məsələn === Rusiyaya inflyasiya idxalı əsasən ABŞ-dan gəlir. Bu proses II Dünya Müharibəsi başa çatdıqdan sonra, Bretton-Vuds pul sisteminin prinsiplərinə uyğun olaraq dollar ehtiyat valyuta kimi rəsmi status aldıqdan sonra fəal inkişaf etməyə başladı.
Tarif (iqtisadiyyat)
Tarif termini aşağıdakı mənalarda istifadə olunur: rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Məsələn, əmək haqqı tarifi, poçt tarifi; müəssisələrə (təşkilatlara) və əhaliyə göstərilən sənaye və qeyri-sənaye xüsusiyyətli müxtəlif xidmətlərin ödənilməsi dərəcəsi, ödəniş norması; idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi sistemi. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tarif Cəfərzadə
Tarif adası
Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir. Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: — Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; — Yetərli olan minimum yaşıl tarif; — Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; — Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; — Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: — Yüksək effektivlik; — İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; — Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması və mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davamlılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
Məşğulluğun tənzimlənməsi sub-indeksi
== Metodologiya == Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir. İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi və işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.* Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir. Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
İqtisadiyyatın dövlət tənzimlənməsi — dövlət tərəfindən düzəlişlər etmək və əsas iqtisadi prosesləri qurmaq üçün istifadə olunan tədbirlər və tədbirlər məcmusudur. == Tərifi == BRE-yə görə iqtisadiyyatın dövlət tənzimlənməsi milli maraqların həyata keçirilməsinə, cəmiyyətin sosial-iqtisadi hərəkatının istiqamət və mexanizmlərinin müəyyənləşdirilməsinə yönəlmiş iqtisadiyyatda dövlətin iştirakının formasıdır. == Dövlət tənzimlənməsinin məqsədi == İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi — iqtisadi inkişafın təmin edilməsi və cəmiyyətin sabitliyinin qorunması üçün ən əlverişli şərait yaratmaqdır. Bəzi alimlər bu məqsədi ümumi milli məhsulun artım templərinin zəruri təmin edilməsi, işsizliyin azaldılması, qiymətlərin sabitləşdirilməsi və əlverişli xarici iqtisadi siyasətin davam etdirilməsi kimi vəzifələrlə tamamlayırlar. Dövlət aşağıdakılara cavabdehdir: Fiskal siyasət (büdcə, vergilər); Pul siyasəti (nağd pul, kredit bazarının tənzimlənməsi); Xarici ticarətin tənzimlənməsi; Gəlir bölgüsünə nəzarət. == İqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmləri == Büdcə və vergi (fiskal) siyasəti dövlətin vergitutma — dövlət xərclərinin və dövlət büdcəsinin tənzimlənməsi sahəsində fəaliyyətidir. Sabit iqtisadi inkişafın təmin edilməsinə, inflyasiyanın qarşısının alınmasına və əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib. Pul siyasəti iqtisadiyyatda pul kütləsinə nəzarətdir. Onun məqsədi sabit iqtisadi inkişafı dəstəkləməkdir. == İqtisadiyyatın dövlət tənzimlənməsi üsulları == Tənzimləmə üsulları bölünür: inzibati üsul: müəyyən fəaliyyət növlərinin lisenziyalaşdırılması, ixrac və idxal kvotalarının tətbiqi, iş yerləri üçün kvotalar, qiymətlərin dondurulması və s.; hüquqi üsul: norma və qaydalar sistemini müəyyən edən mülki və iqtisadi qanunvericilik; birbaşa üsul: pulsuz və güzəştli subsidiyalar, subvensiyalar, subsidiyalar, əlavə ödənişlər, vergi güzəştləri, güzəştli kreditlər və dövlət zəmanətləri; dolayı metod: pul siyasəti, vergi siyasəti, sosial siyasət, pul siyasəti, gömrük və tarif siyasəti.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edən, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandıran və yerli şirkətlərlə əlaqələndirən, eləcə də Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə "vahid pəncərə" funksiyası əsasında xidmət göstərən və dəstək verən publik hüquqi şəxsdir. == Fəaliyyəti == Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi təsdiq olunmuşdur. AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. === Fəaliyyət istiqamətləri: === Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixracın və investisiyaların təşviqi üzrə dövlət siyasətinin formalaşdırılmasında və normativ hüquqi bazanın inkişafında iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə ixracatçılar və investorlar üçün davamlı əlverişli mühitin yaradılması proseslərində iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə proqram və layihələrin, dövlət dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak etmək və dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin bu sahə üzrə fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək; ixracatçıların ixrac potensialının gücləndirilməsini, onların və investorların maarifləndirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində beynəlxalq təcrübənin araşdırılmasını, öyrənilməsini və respublika ərazisində tətbiqini təmin etmək; Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. === Agentliyin vəzifələri === Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixrac və investisiya mühitinin yaxşılaşdırılması və investisiyanın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak etmək; ixracın və investisiyaların təşviqi sahəsində göstərdiyi xidmətlərin operativlik, şəffaflıq, rahatlıq, nəzakətlilik və məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının, qanuni maraqlarının qorunması və problemlərinin çevik həlli istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək; ixracatçılar və investorlar arasında sorğular keçirmək, onların problemlərini araşdırmaq, ixrac və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə respublikanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək; qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların təşviq edilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək; qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək; investisiya fəaliyyəti üzrə dövlət-özəl tərəfdaşlığı sisteminin inkişafı və təşviqi üçün tədbirlər həyata keçirmək; ixracatçılara və investorlara göstərilən elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; öz fəaliyyəti haqqında ixracatçıların, investorların, o cümlədən digər fiziki və hüquqi şəxslərin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək; Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. === Müşahidə Şurası === Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinindən, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.