May inciçiçəyi
May inciçiçəyi (lat. Convallaria majalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü. Xoş ətirli, zəhərli, Asiya və Avropanin soyuq iqliminə tab gətirən, torpaqda kökümsov gövdələr yaradaraq çoxalan, çoxillik ot bitkisidir. Yayın sonunda kökmsovlar yuxarı dik pörələr verir.
== Botaniki xarakteristikası ==
Yabanı çoxillik bitkidir. Yarpaqları cüt-cüt yerləşən, qından, oval-neştərvari və ya uzunsov-ellipsvari, zirvəsi itiuclu, bütövkənarlı, çılpaq, yaşıl, qövsəbənzər damarlı olub, uzunluğu 10-20 sm, eni isə 3-8 sm-ə bərabərdir. Çiçəkləri (çiçəkqrupları) 5-10 (20) ədəd sarımtıl-ağ rəngli olub, açıq-yaşıl rəngli govdə üzərində birtərəfli yumşaq fırça ilə qurtarır. Çiçək saplağı üzərində əyilmiş çiçəkləri bölünmüş çiçək altlığının əsası ilə əhatə olunmuşdur. Çiçək yatağı sadə, çiçək tacına bənzər, zəngvarı olub, 6 dişlidir. Erkəkciklərin sayı 6, qısa saplaqlı, yuxarı yumurtalıqlı, genişlənmiş dişicik ağızcığından ibarətdir.