incibalığı
incidici
OBASTAN VİKİ
İnciçiçəyi
İnciçiçəyi (lat. Convallaria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Zaqafqaziyada inciçiçəyi yabanı halda meşələrdə, kolluqların arasında, günəş düşməyən yerlərdə bitir. Gövdəsi 15–20 sm hündürlükdə olan kökümsovlu, çoxillik bitkidir. Kökümsov gövdəsindən iki kökyanı yarpaq, bir neçə çiçək oxu inkişaf edir. Onun üzərində ağ rəngli ətirli iyi olan çiçəklər sadə salxım çiçək qrupunda toplanır. Yarpaqları iri, yaşıl rəngdədir, qövsvari damarlanmışdır. Yarpaqlar çiçək qrupunu hər iki tərəfdən əhatə edir. Meyvələri kürəşəkilli, ətli, qırmızı rəngli giləmeyvədir. Bitkinin bütün hissələri acı və zəhərlidir.
Keysk inciçiçəyi
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
May inciçiçəyi
May inciçiçəyi (lat. Convallaria majalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü. Xoş ətirli, zəhərli, Asiya və Avropanin soyuq iqliminə tab gətirən, torpaqda kökümsov gövdələr yaradaraq çoxalan, çoxillik ot bitkisidir. Yayın sonunda kökmsovlar yuxarı dik pörələr verir. == Botaniki xarakteristikası == Yabanı çoxillik bitkidir. Yarpaqları cüt-cüt yerləşən, qından, oval-neştərvari və ya uzunsov-ellipsvari, zirvəsi itiuclu, bütövkənarlı, çılpaq, yaşıl, qövsəbənzər damarlı olub, uzunluğu 10-20 sm, eni isə 3-8 sm-ə bərabərdir. Çiçəkləri (çiçəkqrupları) 5-10 (20) ədəd sarımtıl-ağ rəngli olub, açıq-yaşıl rəngli govdə üzərində birtərəfli yumşaq fırça ilə qurtarır. Çiçək saplağı üzərində əyilmiş çiçəkləri bölünmüş çiçək altlığının əsası ilə əhatə olunmuşdur. Çiçək yatağı sadə, çiçək tacına bənzər, zəngvarı olub, 6 dişlidir. Erkəkciklərin sayı 6, qısa saplaqlı, yuxarı yumurtalıqlı, genişlənmiş dişicik ağızcığından ibarətdir.
Yapon inciçiçəyi
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
Zaqafqaziya inciçiçəyi
May inciçiçəyi (lat. Convallaria majalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü. Xoş ətirli, zəhərli, Asiya və Avropanin soyuq iqliminə tab gətirən, torpaqda kökümsov gövdələr yaradaraq çoxalan, çoxillik ot bitkisidir. Yayın sonunda kökmsovlar yuxarı dik pörələr verir. Yabanı çoxillik bitkidir. Yarpaqları cüt-cüt yerləşən, qından, oval-neştərvari və ya uzunsov-ellipsvari, zirvəsi itiuclu, bütövkənarlı, çılpaq, yaşıl, qövsəbənzər damarlı olub, uzunluğu 10-20 sm, eni isə 3-8 sm-ə bərabərdir. Çiçəkləri (çiçəkqrupları) 5-10 (20) ədəd sarımtıl-ağ rəngli olub, açıq-yaşıl rəngli govdə üzərində birtərəfli yumşaq fırça ilə qurtarır. Çiçək saplağı üzərində əyilmiş çiçəkləri bölünmüş çiçək altlığının əsası ilə əhatə olunmuşdur. Çiçək yatağı sadə, çiçək tacına bənzər, zəngvarı olub, 6 dişlidir. Erkəkciklərin sayı 6, qısa saplaqlı, yuxarı yumurtalıqlı, genişlənmiş dişicik ağızcığından ibarətdir.

Digər lüğətlərdə