inkapsulyasiya

inkapsulyasiya
ink-jet
inkar
OBASTAN VİKİ
İnkapsulyasiya (proqramlaşdırma)
İnformatikada inkapsulyasiya (lat. en capsula – paketləşdirmə) məlumatların və/və ya funksiyaların vahid komponent şəklində paketləşdirilməsidir. İnkapsulyasiya obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışlarından biridir. OYP-nin üç konseptində – inkapsulyasiya, varislik və polimorfizm (ad-hoc formasında polimorfizm və ya alttiplərin polimorfizmi) konseptində məlumatlar abstraksiya prinsipinə uyğun olaraq reallaşır. Obyekt yönümlü dillərdə inkapsulyasiya prosesi, bir qayda olaraq, sinif mexanizmləri vasitəsilə reallaşır. Bəzi tədqiqatçılar inkapsulyasiya prosesini həm obyekt yönümlü proqramlaşdırmaya məxsus xüsusi anlayış kimi, həm də leksik görünmə sahəsini tənzimləyən bir vasitə kimi təsnifləşdirirlər. Lakin bu yanaşma birmənalı hesab olunmur, çünki inkapsulyasiyanı bütün proqramlaşdırma dilləri üçün bu cür təsnifatlaşdırmaq olmaz. Məsələn, leksik görünmə sahəsinin təyininə əsaslanan Scheme və Standard ML dillərində inkapsulyasiyanın görünmə sahəsinin idarə edilməsi vasitəsi kimi istifadəsinə ehtiyac yoxdur. Görünmə sahələri açar sözləri vasitəsilə təyin edilir. Bəzi alternativləri nəzərə almasaq, əksər proqramlaşdırma dillərində görünmə sahəsinin təyini zamanı aşağıdakı açar sözlərindən istifadə edilir: public (açıq): Bu görünmə sahəsindəki xüsusiyyətlər public açar sözü ilə yaradılır.