İnzibati İdarəçilik

maliyyə cəhətdən çətinlik çəkən kompaniyanın idarəçiliyinin məhkəmə yolu ilə inzibatçıya verilməsidir.
İnzibati İdarə
İnzibati Qiymət
OBASTAN VİKİ
Aktiv idarəçilik
İdarəçilik mədəniyyəti
İdarəetmə mədəniyyəti – şəxsiyyətin kamilləşməsi üçün insan münasibətləri hormoniyasına nail olunması üçün insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsasdır. Bu, həmçinin, yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının sonsuz imkanlarının yeni görünüşüdür.
Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
İnternet İdarəçilik Forumu
İnternet İdarəçilik Forumu (ing. Internet Governance Forum) — qlobal internet şəbəkəsinin dayanıqlı inkişafının və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir; gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır. İnternet İdarəçilik Forumu 16-18 noyabr 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarı ilə yaradılmışdır: Biz BMT-nin Baş katibindən 2006-cı ilin ikinci rübündə çoxtərəfli siyasi dialoq üçün İnternet İdarəçilik Forumu adlandırılacaq yeni forumu təşkil etməyi xahiş edirik. Forumun rolu və funksiyaları "İnformasiya Cəmiyyəti üzrə Tunis Gündəliyi"nin 72-79 paraqraflarında müəyyən edilmişdir. Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən və lazım olduqda beynəlxalq ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir. Forumun fəaliyyəti, funksiyası çoxtərəfli, demokratik və şəffaf həyata keçiriləcək. İnternetin davamlılıq, etibarlılıq, təhlükəsizlik, sabitlik və inkişafını gücləndirmək məqsədilə internet idarəçiliyinin əsas elementlərinə aid dövlət siyasəti məsələlərinin müzakirəsi; İnternet ilə bağlı müxtəlif kompleks beynəlxalq siyasət məsələləri ilə məşğul olan qurumların dialoqunun dəstəklənməsi və hər hansı mövcud qurumun səlahiyyətlərinə aid olmayan məsələlərin müzakirəsi; Müvafiq hökumətlərarası təşkilatlarla və digər qurumlarla onların səlahiyyətlərinə aid məsələlər üzrə qarşılıqlı əlaqə; Məlumat və ən yaxşı təcrübənin mübadiləsini asanlaşdırmaq bununla əlaqədar akademik, elmi və texniki birliklərin təcrübəsindən istifadə etmək; İnkişafda olan ölkələrdə internetin mövcudluğunu və əlçatanlığını artırmaq məqsədilə bütün marağı olan tərəflərə müvafiq yol və vasitələri məsləhət görmək; Marağı olan tərəflərin mövcud olan və ya gələcək internet idarəçilik mexanizmlərində (xüsusən də inkişafda olan ölkələrdə) iştirakının genişləndirilməsi və gücləndirilməsi; Aktual məsələləri müəyyən etmək, onları müvafiq qurumların və geniş ictimaiyyətin diqqətinə çatdırmaq, lazim olduqda tövsiyələr vermək; Yerli bilik və təcrübə mənbələrindən istifadə etməklə inkişafda olan ölkələrdə İnternet idarəçiliyi üçün nəzərdə tutulan potensialın yaradılmasına töhfə vermək; İCÜS prinsiplərinin internet idarəçiliyi proseslərində tətbiqini daim təşviq etmək və qiymətləndirmək; Vacib internet-saytlarla bağlı məsələləri müzakirə etmək; İnternetdən istifadə və sui-istifadə ilə bağlı məsələlərin (xüsusən gündəlik istifadəçilər üçün əhəmiyyət daşıyan məsələlər) həlli yollarının tapılmasına dəstək; Fəaliyyətin nəticələrini dərc etmək. Forumunun 7-ci konfransı 6-9 noyabr 2012-ci il tarixlərində Bakıda keçiriləcək.
İnzibati akt
İnzibati akt — İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. İnzibati aktların qəbulundan əvvəl anılan aktlar aralıq inzibati aktlar deyilir. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır. Mehdiyev, Fərhad.
İnzibati hüquq
İnzibati hüquq — idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir. İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir. İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir. Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
İnzibati orqan
İnzibati orqan — inzibati fəaliyyət həyata keçirən təsisat. Dövlət orqanı olması şərt deyildir: bələdiyyələr, vəkillər kollegiyası, Təhsil Nazirliyindən müstəqil olan univesitetlər, özəl universitetlər, ictimai xidməti inhisarçı qaydada həyata keçirən birliklər də inzibati orqan sayılır. Burada əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. İstisna hallarda, fiziki şəxslər də inzibati orqan sayıla bilər: məsələn, müharibə zamanında kənddə bütün icra strukturları dağıdılıbsa, hərbi komandanlıq hansısa kənd sakininə müvəqqəti olaraq həmin kəndə idarəçilik səlahiyyətləri verə bilər. Həmin şəxs inzibati orqan sayılacaq və onun vəzifəsi ilə bağlı verdiyi qərar və hərəkətlərinə PUBLİK (ictimai) hüquq qaydaları tətbiq olunacaq. Əgər bir orqan inzibati orqandırsa, onun inzibati fəaliyyət ilə aldığı qərarlara və etdiyi hərəkətlərə inzibati hüquq qaydaları, ya da daha geniş mənada publik hüquq qaydaları tətbiq olunacaq.
İnzibati proses
İnzibati proses — dövlət idarəetməsi sahəsində konkret inzibati işlərin həlli üzrə dövlət orqanlarının fəaliyyəti. İnzibati proses normalarına görə, məsələn, vətəndaşların şikayət və ərizələrinə baxılır, intizam tənbehi tətbiq edilir. Bu, səlahiyyətli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, habelə hakimlərin inzibati prosessual hüquq normaları ilə tənzimlənən inzibati işlərin başlanması, baxılması və həlli üzrə fəaliyyəti.
İnzibati xəta
İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. İnzibati hüququn predmetinə idarəetmə sahəsində yaranan münasibətlər aid olunur. Buna görə də bu sahədə yaranan hüquqpozuntuları inzibati xəta adlanır. İnzibati hüquqa aid olan bütün digər anlayışlar kimi, inzibati xəta da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. İnzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) ikinci fəslində öz əksini tapıb. Həmin fəsil "İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT" adlanır. İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır ki, bu da onları bir-birinə yaxınlaşdırır.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Dövlət İdarəçilik Akademiyası (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Finlandiyanın inzibati bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Fransanın inzibati bölgüsü
Fransanın inzibati bölgüsü — Fransanın institusional və inzibati coğrafiyasıdır. Dövlət strukturunun islahatının son illərində, metropoliya (qitənin ərazisi) inzibati bölgüsü və Fransanın xarici mülkiyyətində dəyişikliklər baş vermişdir: Bəzi kommunalar nəqliyyat, məkan planlaması və s. mövzularda qarşılıqlı əlaqə üçün dövlətlər arası əməkdaşlıqda (EPCI — Établissement public de coopération intercommunale) birləşirlər. Fransa dənizaşırı regionlarıda inzibati bölgüsü var.
Gürcüstanın inzibati bölgüsü
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur. Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur. Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır. 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.
Kolumbiyanın inzibati bölgüsü
Kolumbiyanın inzibati bölgüsü — Kolumbiya 1991-ci il Konstitusiyası ilə təsis edildi və 2 iyun 1994-cü il tarixli 136 saylı qanuna əsasən dəyişdirildi. İnzibati ərazi bölgüsünün üç səviyyəsi vardır. İdarəedici departamentlərin birinci səviyyəsinə rayonun paytaxtı Boqota, ikincisi isə bələdiyyələr aid edilir.
Latviyanın inzibati bölgüsü
Len (inzibati vahid)
Len (isv. län — len, fin lääni — lyani) — İsveçin inzibati-ərazi bölgüsü vahidi. 2010-cu ilə qədər Finlandiya da lena (lyani) idi . 1660-cı ilə qədər, Danimarkada da lenlar idi, lakin sonra amtlara dəyişdirildi. Mənaca oxşar sözlər — vilayət, rayon. Hər bir Lena İsveç hökuməti tərəfindən təyin olunan və onun nümayəndəsi, həmçinin Riksdağ parlamentinin nümayəndəsi olan öz plakatı (länsstyrelse) mövcuddur. Lena Şurasının vəzifəsi hökumətin və Riksdağın siyasətinə uyğun olaraq yerli özünü idarəetməni əlaqələndirməkdir, eyni zamanda yerli xüsusiyyətlərə və tələblərə uyğun olaraq. Ölkənin prezidentinin təyin etdiyi qubernatorun rəhbərliyi altında hökumət tərəfindən idarə olunur. Bundan əlavə, hər bir mahalda mahalın əhalisi tərəfindən seçilən yerli idarəetmə orqanı var - landsting. Landsting'in əsas vəzifələrindən biri Lena şəhərində sosial və tibbi yardım göstərməkdir.
Lion inzibati rayon
Macarıstanın inzibati bölgüsü
Macarıstan ərazisi 7 regiona bölünür, regionlar isə medyelərə bölünür . 2013-cü il yanvar ayının 1 qədər medye bölgələrə və ya kişterşeqilərə (kistérség) ayrıldı. Hal-hazırda, Macarıstan 7 regiona, regionlar isə 19 medyeyə bölünür, medyələr isə — 175 yaraşlara (rayon) (járás), yaraşlar — icmalara bölünüb. Bundan başqa, Macarıstanın (Budapeşt, Debretsen, Mişkolç, Seqed, Peç və Dyör) böyük şəhərləri respublikaya tabedir. Yerli rəhbərliklər seçkilər vasitəsilə formalaşan bələdiyyə başçılarını və icmalarını təmsil edir. Vəzifə müddəti 4 ildir. Macarıstan 19 medyeyə (bölgə) və şəhərə bölünür, medye berabər — Budapeşt.
Monqolustanın inzibati bölgüsü
Monqolustan inzibati ərazi bölgüsü - Monqolustan Respublikası 21 Aymakdan (əyalət) (monq. аймаг) və 1 hotdan ibarətdir. Hər bir aymaq sumlara (rayon) bölünür. Monqolustanda ümumilikdə 315 sum var. Ölkənin paytaxtı Ulan-Bator əyalət statusu ilə ayrıca idarə olunur. Monqol dilində bu idarə ərazi hot adlanır. Çində Mancuriyanın dağılmasından sonra Xarici Monqolustan ərazisi Çovd, Jassaktu, Tuşeti və Setsen xanlıqlarına bölündü. 1921-ci il İstiqlal bəyannaməsindən sonra Aleksa, Ordos, Şilin gol v Cirim Şin əraziləri Monqolustanda qalmasına baxmayaraq Tıva müstəqil respublika oldu. Mövcud ərazilərdə yeni Monqolustan Xalq Respublikası təsis edilir. 1941-ci ildə Rusiya-Yaponiya müharibəsindən sonra Arxanqay, Çoybalsan, Dornoqov, Zavxan, Xentiy, Xovd, Xövsqöl, Ömnöqov, Övörxanqay, Tov və Üvs aymakları yaradıldı.
Monteneqronun inzibati bölgüsü
Monteneqro
Mordoviyanın inzibati bölgüsü
Mordoviya Respublikasının Konsitutsiyası və "Mordoviya Respublikası İnzibati-Ərazi quruluşu məsələlərin həlli proseduru haqqında" qanuna əsasən Rusiya Federasiyasının subyekti aşağıdakı inzibati-ərazi vahidlərə bölünür: 3 respublika əhəmiyyətli şəhər (Saransk, Ruzayevka, Kovılkino). 22 rayon daxildir 342 kənd sovetliyi, 4 rayon əhəmiyyətli şəhər: (Ardatov, İnsar, Krasnoslobodsk, Temnikov), 13 işçi qəsəbə. Mordoviyanın inzibati mərkəzi Saransk şəhəridir. Mordoviya Respublikası bələdiyyə strukturunun tərkibinə inzibati-ərazi vahidləri sərhədləri daxilində 1 yanvar 2018-ci ilədək 377 bələdiyyə daxildir, o cümlədən: 1 şəhər dairəsi, 22 rayonlar, hansıki daxildir: 16 şəhər tipli yaşayış məntəqəsi, 338 kənd tipli yaşayış məntəqəsi. Mordoviyanın ayrı bir inzibati vahid olaraq 1928-ci ildə, orta Volqa vilayəti Mordoviya dairəsi kimi təşkil edilir. İlk əvvəllər dairə 23 rayona bölünürdü: Ardatovski, Atyaşev, Açadov, Bednodemyanov, Duben, Elnikov, Zubovo-Polyan, İnsar, Kovılkin, Kolzov, Koçkurov, Krasnolobod, Narovçat, Romodanov, Ruzayev, Rıbkin, Saransk, Staroşayqov Talızin, Temnikov, Tenquçev, Torbeev və Çamzin. 1930-cu ildə Mordoviya dairəi Mordoviya Muxtar Vilayətinə çevrilir. Bununla belə Bednodemyanov və Narovçat rayonları Penzen dairəsinə verilir. Arzamas dairəsindən isə İçalkov rayonu Mordoviya MV birləşdirilir. Üstəlik Talızin rayonun adı İqnatov olaraq dəyişdirilir.