İQAMƏTGAH
İQDAM, İQDAMAT
OBASTAN VİKİ
İqbal
İqbal — kişi adı.
Məhəmməd İqbal
Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877[…], Sialkot, Pəncab[d], Britaniya Hindistanı – 21 aprel 1938[…], Lahor, Pəncab[d], Britaniya Hindistanı) — Pakistan şairi, filosofu, siyasətçisi. Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra , ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir. Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı. 1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq , izzət və şərəfə dəvətdir." idi. Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur.
İqbal (Sayınqala)
İqbal (fars. ‎اقبال‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 713 nəfər yaşayır (157 ailə).
İqbal (qəzet)
İqbal — gündəlik qəzet. 1912–1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912–20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913–8.10.1914), 265-i isə Məhəmmədəli Əbdüləziz və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914–27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi. Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə, iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.
İqbal Astanlı
İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin] Evlidir, 2 övladı var. Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.
İqbal Babayev
İqbal Alıcan oğlu Babayev (7 avqust 1964, Yardımlı rayonu) — Gömrük xidməti general-mayoru, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini (2018), "Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası"nın təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor. İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) "İnformasiya texnologiyaları" fakültəsində təhsil almışdır. 1986–1987-ci ildə KİMMU-nun "İstehsal prosesslərinin avtomatlaşdırılması" kafedrasında müəllim işləmişdir. 1987–1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya daxil olmuş və eyni zamanda pedoqoji fəaliyyətini davam etdirmişdir. Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə "İlin ən yaxşı ixtiraçısı" adına və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə "Ən yaxşı müəllimlik fəaliyyətinə" görə diplomuna layiq görülmüşdür. 1986–1991 illərdə Kiyev şəhərində kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə "POİSK" şirkətini təsis etmiş və həmin şirkətin bazasında Kiyev şəhəri üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir. Evlidir, iki övladı var. 1990-cı ildə Kiyevdə 05.13.07 — "Texnoloji Proseslərin Avtomatlaşdırılmış İdarəetmə Sisitemi" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi işi mürəkkəb texnoloji proseslərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlı idi.
İqbal Bayramov
İqbal Hacıyev
İqbal Hacızadə
İqbal Məmmədov
Məmmədov İqbal Nəriman oğlu (6 yanvar 1965, Rəzgov, Lerik rayonu) — Milli Məclisin deputatı. Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib. Asif Məmmədovun qardaşıdır. 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir. Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
İqbal Məmmədəliyev
İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri. İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib. Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır. 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub. 2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb.
Hüseynabad-i İqbal
Hüseynabad-i İqbal (fars. حسن اباداقبال‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Mərkəz bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 54 nəfər yaşayır (25 ailə).
Yeni iqbal (qəzet)
Yeni İqbal — 1915—1917-ci illərdə Bakıda çap olunmuş gündəlik ictimai, iqtisadi və siyasi qəzet. “Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzeti” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi. Gündəlik “ictimai, iqtisadi, siyasi türk qəzetəsi” olan “Yeni iqbal” şənbə günü istisna olmaqla həftənin bütün günləri çıxırdı. Bəzən bu müntəzəmlik pozulur, qəzet 2 gündənbir, bəzən də 3 gündənbir nəşr olunurdu. Bu hal bayram günlərində daha çox nəzərə çarpırdı. Bundan əlavə 1915-ci ilin noyabr-dekabr aylarında Orucov qardaşlarının mətbəəsində tətil baş verdiyi üçün qəzet 10 gün nəşr olunmamışdı. “Yeni iqbal” əsasən 4 səhifədən ibarət idi və A2 formatında çıxırdı. Lakin bunlar da sabit deyildi. Bəzən səhifələrin sayı azalır, 2 olur, bəzən də artır, 6 olurdu.
İqbal Babayev (əsgər)
İqbal günü (Pakistan)
İqbal günü—9 Noyabrda Məhəmməd İqbalın doğum günüdür. Gün, 2018-ci ildən indiyədək Pakistanın bütün əyalətlərində və federal inzibati bölgələrində dövlət tətili olur. Şair və filosof olan İqbal Pakistan Hərəkatı üçün böyük bir ilham idi. İqbal günü "Şərqin Şairi" olan Əllama Məhəmməd İqbalın xatirəsi olaraq hər il 9 noyabrda bütün əyalətlərdə təşkil olunur və qeyd olunur. İqbal 9 noyabr 1877-ci ildə Britaniya Hindistanının (indi Pakistan) Pəncab əyalətinin daxilindəki Sialkotda anadan olmuşdur. 21 aprel 1938-ci ildə Britaniya Hindistanının Pəncab, Lahor şəhərində vəfat etdi. Pakistan hökuməti onu rəsmi olaraq xalq şairi elan etmişdir.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.
İqbaliyə
İqbaliyə (digər adları: Sultanabad və ya Sultanabad-i İqbaliyə) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,230 nəfər və 12,082 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
İqbalüssəltənə Murtuzaqulu xan Bayat (kitab)
Əbülhəsən xan İqbali Azər
Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin ş., Əlvənd k. — 05.02.1971, Təbriz) — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır. Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur.

Digər lüğətlərdə