İqta
İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi.
9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı yığması, hüququ verilmirdisə, indi isə doğrudan da tam hüququlu mülkiyətlər yaranırdı, dövlət nümayəndələrinin müdaxiləsindən tamamilə müdafiə olunmuş. Onlardan ancaq mərkəzi hakimiyətə ödənilirdi. Belə növ iqta 10-cu əsr ərzində Xilafətin mərkəzi əyalətlərində adi hala çevrildi, sonralar muqta sinfinin güclənməsi,Avropa kommendasiyalarına oxşar, güclülərin zəiflərə himayəsi kimi(lakin bu klassik anlamda feodal nərdivanı deyildi) təlciyə və himayə yarandı. Öz Samirrə ətrafındaki nüvəsindən və İraq Savadından türklərin iqtası bütün Qərbi İraqa və Qərbi İrana yayıldı, belə ki 11-ci əsrdə artıq buraların emal olunana torpaqlarının böyük hissəsi, mərkəzi hakimiyətdən özgələşdirilən iqtalar təşkil edirdi, hərçənd ki, xüsusi torpaqlar -mülk də vardı.