irlandiyalılar 2021
irmaq 2021
OBASTAN VİKİ
İrlandlar
İrlandlar (irl. Muintir na hÉireann və ya irl. Na hÉireannaigh) və ya irandiyalılar - Kökləri İrlandiya adasına aid Kelt xalqı. İrlandlar aclıq və iqtisadi problemlər səbəbiylə tarixin müxtəlif dövrlərində İrlandiyanı tərk edərək ABŞ, Kanada, Avstralya, Yeni Zelandiya və Cənubi Afrika Respublikası kimi ingilis dilinin danışıldığı qitədən kənar ölkələrə köç etmişlər. İrlandiya xaricində yaşayan və qismən də olsa irland qanı daşıyanları sayı bu gün 80 milyona çatır. ABŞ Nyu-York və Yeni İngiltərə bölgəsində çox sayda irland yaşayır. Con Kennedi və ondan sonra gələn bir sıra ABŞ prezidentlərinin ailəsi irland mənşəlidir. Amerika qitəsinin həm şimalında, həm də cənubunda bir çox ailənin İrlandiya ilə mənşə əlaqəsi var.